Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 74
Çıxış bazaları (istehsal müəssisələrinin) və ticarət bazalarında malların qəbulu
bu məsələlərə dair xüsusi qaydalara uyğun olaraq qəbul edilən parçaların
keyfiyyəti müəyyən edilərkən 10% həcmində nəzarətdən keçirilməlidir.
Fabrikin anbarında o parça malları nəzarətdən keçirilir ki, bunlar müəssisənin
texniki-nəzarət şöbəsi işçiləri tərəfindən sortlaşdırılıb, markalanıb və göndərilməyə
hazırlanıb. Müqaviləyə əsasən fabrik baza işçiləri üçün bütün şəraiti yaradır.
Habelə keyfiyyətsiz mal aşkarlanan zaman lazımi aktın tərtibatı üçün öz
nümayəndəsini də təqdim edir.
Topdan bazalarda malların normativ-texniki sənədlərin tələblərinə uyğun
gəlməsinin
yoxlanması
ərəfəsində
fiziki-mexaniki
və
digər
xassələrin
dəqiqləşdirilməsi üçün laboratoriya tədqiqatları aparılmalıdır.
Parçaların etiketində normativ-texniki sənədlərin tələblərinə uyğunluğu
barədə zaylaşdırıcı əmtəəşünas öz nömrəsinə müvafiq bazanın möhürünü vurur.
Əgər parçanın keyfiyyətində fikir ayrılıqları baş verərsə, bu zaman topdan baza
müvafiq hüquqi nizamlaşdırıcı aktlara uyğun istehsal müəssisəsinə cərimə təqdim
etməlidir.
Əgər baza öz anbarında parçaların keyfiyyətinə nəzarət yoxlanması keçirirsə,
bu zaman fabrik öz nümayəndəsini həmin bazaya göndərərək zay hesab edilən
parça mallarına dair aktın tərtibində iştirak edir:
- akt keyfiyyəti ödəməyən bütün parça partiyası üzrə Keyfiyyət Ekspertizası
Bürosunun nümayəndəsinin iştirakı ilə tərtib edilir, qanuna müvafiq olaraq
malgöndərən müəssisədən cərimə tələb olunur;
- aktın nüsxəsi malgöndərənin olduğu yerin Dövlət Ticarət Nəzarəti Bürosuna
göndərilir ki, həmin müəssisə keyfiyyətsiz mal istehsal etdiyi üçün əlavə iqtisadi
sanksiyaya məruz qalsın;
- texniki şərtlərin tələblərinə və etalona müvafiq olmayan qeyri-standart
məhsul istehsal etdiyi və ticarət müəssisələrinə keyfiyyətsiz mal göndərdiyi üçün
həmin istehsal müəssisəsi ciddi nəzarət altında saxlanılsın;