Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə38/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

46 
- Kİ və təminetmə sahəsində mütəxəssislərin fasiləsiz və sistematik 
öyrədilməsi, xüsusi peşəkar hazırlığı, yüksəkixtisaslı kadrların hazırlığı, onların 
ixtisasının daim yüksəldilməsi; 
- Keyfiyyətin yüksəldilməsinə, təmin edilməsinə və yaxşılaşmasına bütün 
işçilərin vicdanla, yaradıcı şəkildə yanaşması; 
- Məhsulu hazırlayanlarda, xidmət göstərənlərdə, ümumiyyətlə, bütün 
işçilərdə istehlakçılara (alıcılara) və sifarişçilərə dərin hörmət münasibətlərinin 
aşılanması; 
- Müxtəlif vəzifə kateqoriyalı işçilərə qayğı və hörmət mühiti yaratmaq və 
onların ehtiyatlarına, tələbatına, güzəranına diqqət göstərmək, yəni insan 
faktorunun nəzərə alınması. 
Sənaye cəhətdən inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsindən istifadə 
edərək, mövcud Kİ sistemlərinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətləri 
qeyd etmək olar: 
1. Kİ sahəsində fasiləsiz, mütəmadi təhsil sisteminin və bütün işçilərin 
istehlakçılara (alıcılara), sifarişçilərə hörmətlə yanaşma üslubundan tərbiyə 
edilməsi. Əsasən bu müəssisənin birinci rəhbər işçiləri üçün zəruridir. Kİ sistemi 
aydın olmalıdır; bu işə kütləvi informasiya vasitələrini cəlb etmək 
məqsədəuyğundur, müxtəlif kateqoriyalı işçilər üçün məhsulun keyfiyyəti 
haqqında kütləvi jurnallar nəşr edilməlidir, məhsulun keyfiyyətinin idarə edilməsi 
sahəsində tədris prosesləri üçün və ixtisası artırmaq üçün ixtisaslaşdırılmış təhsil 
mərkəzinin yaradılması vacibdir. Belə tədris proseslərinə başqa ölkələrin keyfiyyət 
sahəsində mütəxəssislərin cəlb edilməsi çox yüksək nəticələr verə bilər. Bu 
istiqamət son dərəcə əhəmiyyətlidir, çünki rəqabət qabiliyyəti məhsulu və xidməti 
ancaq yüksəkixtisaslı mütəxəssislər yarada bilər; 
2. Məhsulun hazırlanması, istehsalı sahəsində xidmətlərin göstərilməsində 
yüksək və stabil keyfiyyətə görə stimullaşdırmanın rolunun yüksəldilməsi. Bunun 
üçün normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan işə görə sərt cərimələr 
sistemini istisna etməyərək, yüksək keyfiyyət üçün həvəsləndirici tədbirləri 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin