Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə37/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   33   34   35   36   37   38   39   40   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

45 
indi xaricdə mövcud olan keyfiyyətin idarə edilməsinə yanaşma üsullarının 
birbaşa, müasir dövrdə respublikamızda formalaşan bazar münasibətlərinə tətbiqi 
arzuolunan nəticələri əldə etməyə kifayət qədər imkan vermir. Lakin ən başlıcası, 
bütün hallarda keyfiyyətin təmin edilməsinə sistemli yanaşmanı inkişaf etdirmək 
və geniş tətbiq etməkdir. 
Sistemli keyfiyyətin idarə edilməsi nəzərdə tutur: Kİ üzrə bütün fəaliyyətə 
sistem kimi baxılmasını; yarımsistemlərin və sistemin elementlərinin tərkibinin və 
strukturunun müəyyənləşdirilməsini, onların idarə edilməsinin təşkilini, həmçinin 
onların arasında qarşılıqlı əlaqəni; sistemin xarici əlaqələrinin müəyyən edilməsini 
və onların arasında əsaslarının, mühümlərinin üzə çıxarılmasını; sistemin məqsəd 
və funksiyalarının müəyyən edilməsini və digər sistemlər arasında onların 
əhəmiyyətini; sistemin bütün elementlərinin və hissələrinin analizini; nəticələrin 
təhlili əsasında sistemin inkişaf ənənələrinin və qanunauyğunluqlarının aşkar 
edilməsini. 
Keyfiyyətin təmin edilməsinə sistemli yanaşmaya aşağıdakıları da əldə etmək 
lazımdır: 
- keyfiyyətin yüksəldilməsi, təmin olunması və yaxşılaşdırılması hər bir 
müəssisənin, firmanın, şirkətin və s. iqtisadi siyasətinin mərkəzində olmalıdır. 
Onların fəaliyyətinin məqsədi, bir qayda olaraq, bunlar olmalıdır: istehlakçıların 
tələbatını təmin etmək; minimal xərclərlə istehlakçıların gözlədiyi keyfiyyətə 
(qiyməti nəzərə almaqla) nail olmaq; müəyyən olunmuş müddətdə məhsulun 
tədarükünü və xidmətlərin göstərilməsini təmin etmək; 
- keyfiyyət sahəsində məqsədə çatmağın əsas göstəricisi kimi, alıcıların 
tələblərinin təmin edilməsi götürülməlidir; 
- keyfiyyət sahəsində məqsədə çatmağın daha effektiv metodları kimi Kİ-na 
kompleks və sisyemli yanaşmanın qəbul edilməsi və həyata keçirilməsinin 
labüdlüyü; 
- yüksək keyfiyyət səviyyəli məhsulun istehsalında və xidmətlərin 
göstərilməsində yüksəkkeyfiyyətli əmək vasitələrindən istifadə; 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin