Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə31/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

37 
qiymətləndirilməsində baş verən münaqişələr orbitraj orqanı vasitəsilə həll edilir. 
Ticarət təşkilatlarında malların keyfiyyətinə nəzarət hazırda istehlak malları 
departamenti, İqtisadi İnkişaf Nazirliyinin müvafiq şöbələri tərəfindən həyata 
keçirilir. 
Əksəriyyət hallarda keyfiyyətin vahid göstəriciyə görə ifadə olunması lazımi 
nəticəni vermədiyindən, kompleks keyfiyyət göstəricisinin hesablanması lazım 
gəlir. Kompleks keyfiyyət göstəricisini hesablamaq üçün birincisi, bütün xassə 
göstəricilərini fərqləndirmə vəziyyətinə çatdırmaq, ikincisi isə hər bir xassə 
göstəricisinin sanballıq əmsalını müəyyənləşdirmək lazımdır. Birinci halda, yəni 
vahid keyfiyyət göstəricisini müqayisə ediləcək növə çatdırmaq faktiki olaraq onun 
keyfiyyətini izah edir, daha doğrusu, yoxlanılan keyfiyyət göstəricisi optimal 
göstəriciyə 
və 
yaxud 
da 
ən 
yaxşı 
dünyamiqyaslı 
məlumatın 
keyfiyyətgöstəricilərinə yaxınlaşa bilir. Vahid keyfiyyət göstəricisinin müqayisə 
olunacaq növə gətirməyin başqa üsullarından biri də xassə göstəricilərinin bütün 
həddini bir neçə daxili intervala bölünməsi sayılır ki, bunu da bal qiyməti ilə, yəni 
5,4,3,0 və yaxud da 3,2,1,0 qiymətləri ilə qiymətləndirmək olar. Bu zaman əgər hər 
hansı bir xassə qeyri-kafi qiymət olarsa, bu zaman bütün keyfiyyət qeyri-
qənaətbəxş qiymətləndirilir. Əksəriyyət mal növlərinin keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsində 40 bal sistemi qəbul edilir. 
Hər bir xassənin sanballı əmsalı bütün xassələrin cəmi daxilində eyni 
deyildir. Məsələn, bunu paltaryuyan maşının timsalında paltarın yuyulması 
göstəricisinin əhəmiyyəti onun markalanması cədvəlindən daha vacib sayılır. 
Yaxud da dəyişən qrupuna daxil olan pambıq parçaların geyilməyə qarşı 
davamlılığı estetik xassələrindən daha vacibdir və s. 
Sanballıq əmsalının müəyyən edilməsi üçün bir neçə qaydalar təklif 
edilmişdir ki, bunlardan da ən vacibi ekspert üsulu sayılır. Belə hesab edirlər ki, 
daha mürəkkəb xassə qrupuna daxil olan xassənin sanballıq əmsalı bu mürəkkəb 
xassənin və yaxud da xassə qrupunun sanballıq əmsalına bərabər olmalıdır. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin