Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə30/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   26   27   28   29   30   31   32   33   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

36 
şyrənmək, cihazlar vasitəsilə parçanın bütün xassələrini təyin etmək mümkündür. 
Bu zaman parçaların istehlak xassələrini qiymətləndirərkən qüvvədə olan 
standartların normaları ilə tutuşdurulub müqayisə etmək olur. Bununla yanaşı, 
laboratoriya şəraitində parçaların boyağının sabitliyini də təyin etmək mümkündür. 
Parçaların laboratoriya tədqiqatı müəyyən nisbi rütubətli və temperaturlu şəraitdə 
aparılır. Bununla yanaşı, tədqiqat zamanı nəzərdə tutulan şərtlərdən də istifadə 
olunur, yəni parça nümunəsinin ölçüləri, miqdarı cihazlarda öyrəniləcək xassənin 
dəqiqliyi və s. amillər ciddi nəzərə alınmalıdır. Tədqiqat zamanı alınan nəticələr 
aşkar və gizli olan qeyri-bərabərliklərlə xarakterizə oluna da bilər. Məlumdur ki
aşkar kənarlaşmaları orqanoleptiki üsulla təyin etmək olar və gələcəkdə etalon 
göstəriciləri ilə müqayisə edib qiymətləndirirlər. Lakin gizli olan kənarlaşmaları 
təyin edərkən laboratoriya üsulundan istifadə edərək nəticələr qrafiki və hesablama 
üsulu ilə qiymətləndirmək olar. Qrafiki üsulla bu və ya digər xassələr üzrə alınan 
nəticələr qurulmuş əyrilərlə təyin olunur. 
Sortlaşdırma da parçanın keyfiyyətinin qiymətləndirilməsinin bir üsulu kimi 
də sayıla bilər. Odur ki, hər bir parça sorğu bal qiyməti və yaxud da orqanoleptik 
sistemlə qiymətləndirilə bilər. Bunun üçün parçada hər bir sort üçün orqanoleptik 
sistemlə nöqsanların siyahısı tərtib edilir, onun miqdarı müəyyənləşdirilir, ölçüsü, 
harada rast gəlməsi, habelə fiziki-mexaniki və digər göstəricilər, onların normadan 
kənarlaşması haqqında məlumatlar işlənib hazırlanır. Malların, o cümlədən yun 
parçaların bu göstərilən normalardan birisinə uyğun gəlməməsi zamanı parça 
materialı ya aşağı sorta salınır və yaxud da zay hesab edilir. Oqranoleptik üsul eyni 
zamanda parçaların keyfiyyətinə nəzarət prosesində də müvəffəqiyyətlə istifadə 
edilir. Bu zaman malların normativ sənədlərin tələblərinə uyğun gəlib-gəlməməsi 
aydınlaşdırılır. Bal sistemi ilə parçaların keyfiyyətinin qiymətləndirilməsində hər 
bir nöqsan üçün bal qiyməti müəyyən edilir. Parçanın sortu ümumi bal qiymətinin 
yekununa görə təyin olunur. Ümumiyyətlə, nəzarət təşkilatlarında parçaların 
sortunun dəqiqləşdirilməsini onun qəbulu zamanı keyfiyyətinə nəzarət yolu ilə 
həyata keçirirlər. Bir qayda olaraq, xalq istehlak mallarının keyfiyyət səviyyəsinin 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin