Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 9
etməyə yönəldilir. Yəni çalışmalıyıq ki, müəyyən bir artikulda parça daha çox
növlərdə geyim nümunələrinin biçilib tikilməsi üçün yararlı olsun. Əlbəttə, bu bir
tərəfdən yaxşıdır. Lakin təcrübə göstərir ki, parçalarda istehlak xassələrinin bu
istiqamətdə təkmilləşdirilməsi onların çeşidini məhdudlaşdırır. Bu, parçaların
mənəvi cəhətdən tez köhnəlməsinə səbəb olur, az bir dövr ərzində parçalar öz
rənginə, tərtibatına, kaloritinə görə əhalinin istək və arzularından, alıcılıq tələbinin
inkişafı səviyyəsindən geri qalır. Buna görə də parçaların təyinat üzrə çeşidinin
çoxaldılması, onların funksional xassələrinin konkret bir tələbat mövqeyindən
formalaşdırılmasına səy göstərilməsi işi daha perspektivli hesab edilməlidir. Bu
deyilənləri nəzərə alaraq parçaların istehlak xassələrini ətraflı təhlil etmək üçün
həmin xassələrin V.P.Skliyannikovun təklifi üzrə təsnif edilməsi məqsədyönlü
hesab edilir.
Əhali tələbini ödəmək mövqeyindən müəllif parçaların istehlak xassələrini üç
sinfə bölür:
1. Maddi tələbatı ödəyən xassələr;
2. Qeyri-maddi tələbləri ödəyən xassələr;
3. Mövsümi (dövrü) tələbləri ödəyən xassələr.
Bunlardan insanın maddi tələbatının ödənilməsi “İnsan-məmulat-mühit”
sistemində həyata keçirilir. Müşahidə zamanı aydın olur ki, parçaların insan
tələbatını ödəməsi istehlakçının cins, yaş, peşə görkəmindən, onun mənəvi
səviyyəsindən, onun seçdiyi milli ənənədən, iqlim şəraitindən, mövsümdən,
modanın inkişaf istiqamətindən, həm də parşadan tikilməsi lazım gələn məmulatın
növündən və istehlak şəraitindən daha çox asılı olacaqdır. Əlbəttə, bu
çoxcəhətliliyi aydınlaşdırmaq üçün parçaların insan tələbatını müəyyən fiziki
mühitdə ödədiyini, həmin fiziki mühitin insanla əlaqədə olduğunu və parçanın
utilitar xassələrə malik olması zəruriliyini nəzərə almaq lazımdır. Zahirən belə
görünür ki, fiziki mühit maddi tələbatın ödənilməsində rol oynamır. Lakin insanın
istirahət etdiyi, işlədiyi, yolda olduğu və s. istər-istəməz onun geyimi üçün spesifik