Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
57
III FƏSİL. KAMVOL YUN PARÇALARIN KEYFİYYƏTİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ KEYFİYYƏTİNƏ NƏZARƏTİN TƏŞKİLİ
Komvol yun parçaların əzilməyə,cirilmya, sürtünməyə qarşı
davamlılığının təhlili
Məlum
olduğu kimi, istismar şəraitində parçadan olan geyim əşyaları xarici
mexaniki qüvvənin təsiri altında əzilməyə məruz qalır.
Ümumiyyətlə, parçanın
əzilməsi xoşagəlməz hallardan biri sayılır. Əzilmə dedikdə parçanın əyilməsi
nəticəsində qatlanma və qırışların baş verməsi kimi başa düşülür. Deməli, əgər
parça müəyyən sıxılma qüvvəsi və qatlanma nəticəsində özünün əvvəlki formasını
bərpa etmirsə, onda belə parçalar əzilməyə qarşı davamsızdır.
Bir qayda olaraq,
parça istehsalında digər xassələrlə yanaşı, parçanın əzilməyə davamlılıq xassəsinə
də ciddi fikir verilir. Fiziki mənşəyinə görə parçanın əzilməsi upruq-plastiki
xassəsinin aşkar edilməsinə aiddir. Parçanın yüksək plastika deformasiyasının
hesabına baş verən qatlanma yerləri tədricən yox olmağa başlayır.
Əgər eyni bir
yerdə parçada təkrar olunan qatlanmalar baş verərsə, bu zaman yaranmış qırışlar
hətta ütüləmə nəticəsində belə çətinliklə yox olur. Belə
dözümlü qatlanma izləri
parçada gərginləşmiş sahələr hesab olunur və nəticədə parçanın tez sürtünüb
dağılmasına gətirib çıxarır. Xüsusilə belə hal yüksək qabalığa malik olan parçalara
daha çox aiddir.
Parçanın əzilməyə qarşı dözümsüzlüyü bütövlükdə
onun keyfiyyətinə mənfi
təsir göstərən amillərdən biridir ki, istismar zamanı onun xarici görkəminə pis təsir
göstərir, dağılmasını sürətləndirir. Odur ki, parçaların istehlak xassələri
qiymətləndirilərkən onun əzilməyə qarşı davamlılığı
ən vacib amillərdən biri
sayılır ki, bu da qüvvədə olan standartlarla normalaşdırılır. Parçanın əzilməyə qarşı
davamlılığı bir neçə amillərdən,
o cümlədən lif tərkibindən, iplik və sapının
quruluşundan, parçanın arayışlandırılması xüsusiyyətindən və strukturundan çox
asılıdır.
Yəni götürülmüş nümunələr cihazın sıxıcısı ilə 180º bucaq altında
müəyyən
müddətdə sıxılır və sonra nümunələrin sıxılmadan sonra əyilməsinin hansı bucaq