Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə55/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

67 
prosesi baş verir. Bu baxımdan da, birinci halda biz hər bir təsiredici amilin 
parçanın dağılmasındakı rolunu və ikinci halda isə geyilməyə qarşı davamlılıq 
halında ümumi fikir söyləyə bilərik. Mütəxəssislərin fikirlərinə görə parça 
materiallarının müxtəlif səthlərlə sürtünüb dağılması prosesi 3 mərhələdə baş verir. 
Birinci mərhələdə parça ilə sürtücü səth arasında sürtünmə əlaqəsi, ikinci 
mərhələdə sürtünmə prosesinin mövcudluğu və üçüncü mərhələdə isə parçanın 
dağılması baş verir. Başqa sözlə desək, əvvəlcə hər iki səth arasında qarşılıqlı 
cəzbetmə (yapışma) hadisəsi, ikinci halda isə hər iki səthin qarşılıqlı sürətdə bir-
birlərinə nüfuz etməsi halı baş verir. Nəhayət, sürtünmə əlaqəsinin pozulması 
müxtəlif hallarda ola bilər. Odur ki, toxuculuq mallarının sürtünməsi prosesində 2 
vacib dağıdıcı amilin üzərində, yəni yorulma nəticəsində baş verən dağılmanın və 
mikrodoğranma halının üzərində dayanmaq çox vacibdir. Belə ki, parçanın 
yorulması nəticəsində baş verən dağılmada liflərin müəyyən sahəsində çoxsaylı 
təkrar qatlanmalar baş verir və nəticədə liflərdəki fibrillər arasındakı əlaqə pozulur, 
aralanma baş verir və nəticədə liflərin parçalanması baş verir. Adətən dağılmanın 
sürəti yüksək olmur, yəni əvvəlcə liflər boşalır və sonra parçalanır. Sürtünmənin 
ikinci halında baş verən mikrodoğranma halı o zaman baş verir ki, sürtünən hər iki 
səth həm sərtliyinə və həm də bərkliyinə görə müxtəlif olmuş olsun. Ümumiyyətlə, 
parçaların dağılması istismar prosesində yorulması hesabına baş verməklə burada 
mikrodoğranma elementləri də iştirak edir. 
Parçaların sürtünməyə qarşı davamlılığının qiymətləndirilməsi kriteriyası 
(ölçüsü) bir neçə ola bilər. Dağılmaya qarşı davamlılıq müxtəlif amillərin miqdarı 
ilə qiymətləndirilə bilər ki, bu amillər yekun etibarilə parçanın birbaşa dağılmasına 
gətirib çıxarar, yaxud da parçanın dağılmasına sərf olunan işlərin miqdarı ilə də 
ölçülə bilər. Parçanın dağılmasını onun çəkisinin dəyişilməsinə görə də, habelə də 
onun davamlılığının azalmasına, habelə parçada qalıq deformasiyasının baş 
verməsinə görə də qiymətləndirmək olar ki, bütün bu hallarda artıq həmin parça 
materialını istismar etmək mümkün olmur. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin