Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə54/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

66 
dəyişir. Məlumatlardan göründüyü kimi, mahud parçasının tərkibinə lavsan lifinin 
qarışdırılması nəticəsində parçanın cırılmaya qarşı davamlılığı xalis yun 
parçasından xeyli yüksəkdir. Əgər xalis mahud parçasının əriş üzrə (səthi sıxlıq 
250-dən az) cırılma yükü 256 H-dirsə, lavsan tərkibli mahud parçasınınkı 294 H-
dir. Deməli, parçanın səthi sıxlığı çoxaldıqca, cırılma yükünün səviyyəsi də 
çoxalır. Məsələn, xalis mahud parçasının səthi sıxlığı 310-dan artıq olduqda, onun 
ərişi üzrə cırılma yükü 245 H olduğu halda, lavsan tərkibli mahud parçasınınkı 
343-ə çata bilir. Bu hal həm də parçaların arğacı üzrə cırılma yükünün 
dəyişilməsinə də aiddir. Bir sözlə, parçanın lif tərkibinə kimyəvi liflərin 
qatışdırılması onun cırılmaya qarşı davamlılığına həlledici təsir göstərir. 
Bu vəziyyəti parçanın cırılması zamanı uzanma göstəricisinə aid etsək
aşağıdakıları qeyd etmək olar. Bütün hallarda parça zolağına düşən yükün 
səviyyəsindən asılı olmayaraq, uzanma həddi eynu göstəriciyə malikdir. Hər 4 
variant üzrə - həm əriş və həm də arğac üzrə uzanma 15%-dən çox olmamışdır. 
Lakin bəzi ədəbiyyat mənbələrindən göründüyü kimi, yun parçalarının tərkibinə 
müəyyən faiz pambıq lifinin qatışdırılması zamanı eyni səthi sıxlığa malik olan 
parçaların cırılması zamanı uzanması 12%-ə bərabərdir. Bu yəqin ki, onunla izah 
oluna bilir ki, pambıq lifinin qırılma uzunluğu 6-9%-ə bərabərdir ki, bu vəziyyət 
pambıq qarışıqlı yun parçasının cırılması zamanı uzanma göstəricisi də aşağıdır. 
Sürtünməyə qarşı davamlılıq dedikdə parça materiallarının istismar 
prosesində kompleks halda dağıdıcı amillərin təsirinə qarşı müqavimət göstərməsi 
başa 
düşülür. 
Parçaların 
sürtünməsinin 
fiziki-mexaniki 
mahiyyəti 
çox 
mürəkkəbdir. Belə ki, istismar prosesində parça materialları müxtəlif xarakterli 
səthlərlə sürtünməyə məruz qalır. Özü də parçanın sürtünüb dağılmasında müxtəlif 
mexaniki təsirlər, o cümlədən sürtünmə, təkrar qatlanmalar, dartılmalar kimi 
təsiredici qüvvələr mövcuddur. Eyni zamanda fiziki-kimyəvi və bioloji amillərin 
də parçasının istismarı zamanı dağılmasında rol oynamır. Demək olar ki, parçanın 
dağılmasında yalnız bir amilin rolu yoxdur və kompleks təsireidici qüvvələrin ya 
eyni bir vaxtda təsiri və yaxud da müəyyən ardıcıllıqla təsiri nəticəsində dağılma 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin