Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə57/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   53   54   55   56   57   58   59   60   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

69 
saplarının bir-birlərinin üzərini eyni səviyyədə örtməsi parçanın sürtünməyə qarşı 
davamlılığını xarakterizə edə bilir. 
Görkəmli sovet alimi N.A.Arxangelski əsərlərində belə bir fikir formalaşır ki, 
əgər saplar uzun məsafəyə bir-birlərini örtürsə (sarja, sətin-atlas toxunmaları), 
parçanın səthi hamardırsa, saplar bir-birlərinin üzərindən kəskin ötüb əyilmirsə, 
parçanın sürtünməyə qarşı davamlılığı daha da artmağa başlayır. 
Məlumatlardan göründüyü kimi, bir neçə arayışlandırma əməliyyatları, 
məsələn, ağardılma, bişirmə, qısaldılmanı azaldan əməliyyatlar kostyumluq yun 
parçaların sürtünməyə qarşı davamlılığına mənfi təsir göstərir. Əksinə, sıxlaşdırma, 
xovlaşdırma kimi əməliyyatlar isə parçaların sürtünməyə qarşı davamlılığını artırır. 
Bununla yanaşı, təcrübəvi sınaqlardan göründüyü kimi, parçaların upruqluq xassəsi 
sürtünməyə qarşı davamlılığına həlledici təsir göstərir. Daha yüksək upruqluğa 
malik olan parçalar sürtünmə təsirinə qarşı davamlı olur. Belə ki, yun parçaları və 
yundan olan digər toxuculuq materialları, xüsusilə sintetik liflərdən olanlar 
sürtünməyə qarşı daha dözümlüdür. Müəyyən edilmişdir ki, yun parçaların 
tərkibinə 10-15% sintetik şpatol liflərinin qatılması nəticəsində bu parçaların 
sürtünməyə qarşı davamlılığını 2-3 dəfə artırır. 
Parçaların sürtünməyə qarşı davamlılığına sürtünmə qüvvəsi və liflərin 
keyfiyyəti də həlledici təsir göstərə bilər. Məsələn, mütəxəssislərin fikrinə görə 
sürtünmə qüvvəsi nə qədər çox olursa, parçanın yararlılıq qabiliyyəti də çox olar. 
Bildiyimiz kimi parçaların sürtünməsi prosesi bir neçə vəziyyətlərdə baş verə 
bilər. Bu baxımdan, təcrübəvi olaraq parçaların istehlak şəraitində sürtünməsi 
məqamlarına oxşadılması məqsədilə bir neçə konstruksiyaya malik olan 
cihazlardan istifadə etməyi məsləhət görürlər. Odur ki, sürtünmə xüsusiyyətindən 
asılı olaraq, tətbiq olunan laboratoriya cihazları, xalis sürtünmə prosesini yerinə 
yetirən və eyni vaxtda dartılmanı da yaratmaqla sürtünməni yaradan, qatlanma və 
yaxud parçanın əzilməsini yaratmaqla sürtünməni yaradan cihazlara bölünürlər. 
Parçaların sürtünməsini yaradan cihazları da bu əlamətləri nəzərə almaqla 2 qrupa 
ayrılırlar: 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin