Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 79
yoxlamalardan sonra parçaların sortu yoxlanılır. Bir qayda olaraq, parça və parça
məmulatlarının sortu istehsal müəssisələri tərəfindən müəyyən edilir. Hər bir parça
növünün sortu onlarda rast gələn nöqsanlara görə müəyyən edilir və bu normalar
balla aşağıdakı cədvəl 3.4-də verilmişdir.
Cədvəl 3.4
Sıra sayı Parçaların adları Sortu (balla) I II III 1.
Pambıq parçaları
10
30
-
2.
Xalis yun və yarımyun parçaları
12
36
-
3.
Basma naxışlı xalis yun və yarımyun parçaları
12
36
50
4.
Xalis ipək və yarımipək qarışıqlı parçalar
I və II qrup ..................................................
III qrup ........................................................
7
5
17
9
30
25
5.
Kətan parçaları
8
22
-
Yoxlama ərəfəsində parçanın xarici görünüşündə rast gələn nöqsanlar və normativ-
texniki sənədlərin normalarından kənarlaşma zamanı parçaların sortu cərimə balı
ilə qiymətləndirilir. Bu balların qiymətinin böyüklüyü rast gələn nöqsanların
ölçüsündən və normalardan kənarlaşma səviyyəsindən asılıdır. Bütün bal
qiymətləri toplanır və ümumi qiymətləndirmə əsasında sort müəyyənləşdirilir. Ipək
parçalardan başqa qalan parçalar keyfiyyətcə I və II sorta, ipək parçalar isə III sorta
ayrılır. Aşağı keyfiyyətə malik olan parçalar normalara uyğun gəlmədikdə, sortdan
kənar hesab olunur. Əgər yoxlama ərəfəsində qeyri-qənaətbəxş qiymətləndirmə
əldə edilərsə, bu zaman təkrar sınaq keçirilir. Təkrar sınaq aparıldıqda, nümunələr
ikiqat artıqlaması ilə seçilir. Yekun nəticə ilə həm ilkin və həm də təkrar
yoxlamaların nəticələri toplanaraq orta riyazi göstərici alınır.