Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvolyun parçaların keyfiyyət səviyyəsinin



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə64/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

 
3.Komvolyun parçaların keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi və sortlaşdırılması prinsipləri 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

78 
vermədiyindən realizə olunmur. Bunu trikotaj dəyişəklərinin timsalında daha aydın 
görmək olar ki, istifadə olunan liflər elektrikləşməyə məruz qaldığından tələbata 
uyğun gəlmir. 
Parçaların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi zamanı orqanoleptik və 
laboratoriya üsullarından istifadə edilir. Lakin ticarət təcrübəsində daha çox 
orqanoleptik üsuldan, yəni qəbul ərəfəsində parçanın xarici görkəminə nəzarət 
etməklə rast gələn nöqsanlara əsasən keyfiyyət səviyyəsini qiymətləndirirlər. 
Bundan əlavə, qəbul ərəfəsində də ekspert, sosioloji və təcrübəvi geyim metodları 
vasitəsi ilə də parçaların keyfiyyət səviyyəsini qiymətləndirirlər. 
Orqanoleptik üsul təcrübədə daha çox tətbiq olunan üsul sayılır. Çünki bu 
üsul sadə və tez başa çatan üsuldur. Orqanoleptik üsul məmulatın vahid keyfiyyət 
göstəricisinin insanın hiss üzvlərinin köməyi ilə müəyyən edilməsinə əsaslanır. 
Məsələn, parçanın rənginin, şəfəqliliyinin, qabalığı və yumşaqlığının, yanma 
xarakterinin, yanması zamanı baş verən iyinin və digər xassələrinin 
qiymətləndirilməsində orqanoleptik üsul əvəzsizdir. Lakin bu üsul subyektiv 
xarakter daşıyır, yəni mütəxəssisin təcrübəsindən, ixtisas səviyyəsindən asılı olaraq 
fərqlənə bilər. 
Laboratoriya üsulu ilə parçanın keyfiyyətinə nəzarət zamanı müxtəlif saylı 
xassə göstəricilərini cihazların və kimyəvi maddələrin köməyi ilə qiymətləndirib, 
alınan nəticələri standart göstəriciləri ilə tutuşdurmaq mümkündür. Bu məqsədlə 
müxtəlif lif tərkibinə malik olan parçalar üçün keyfiyyət göstəriciləri 
nomenklaturasını özündə əks etdirən standartlar işlənib hazırlanmışdır. Bunlara 
misal olaraq hələlik qüvvədə olan standartlardan QOST 4.3-78, QOST 4.4-75, 
QOST 4.5-78-4.6-78, QOST 4.33-72-4.35-73 və s. kimi sənədləri misal göstərmək 
olar.Əvvəlcə daxil olan parçaların partiyası uzunluq ölçüsü üzrə yoxlanılır. Bu 
zaman bunların xarici və daxili qablaşdırılması, qatlanması, bükülməsi, normativ-
texniki sənədlərə müvafiq olaraq markalanması nəzərdən keçirilir. Eyni zamanda 
ilkin baxışdan keçirilərkən parçanın artikuluna, naxışının nömrəsinə, xüsusi 
arayışlandırma növünə və digər əlamətlərinə də fikir verilir. Bütün bu 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin