Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə63/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   59   60   61   62   63   64   65   66   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

76 
anbarlarında parça malları quru, havası tənzimlənən, 15±18ºC və nisbi rütubət 60-
65% olan şəraitdə rəflərdə mal altlıqları ilə təmin edilmiş, divardan və döşəmədən 
20 sm aralı, elektrik lampalarında 50 sm və qızdırıcı cihazlardan isə 1m aralı 
məsafələrdə saxlanılmalıdır. 
Parçalar tozdan, çirklənmədən qorunsun deyə, rəflərə yığılmış parça 
toplarının üzəri qalın parça vasitəsilə örtülməli və yaxud da bükücü kağızla 
mühafizə edilməlidir. Parçalar saxlanarkən vaxtaşırı nəzərdən keçirilir, yeri 
dəyişdirilir, habelə güvədən qorunmaq üçün ya naftalin həbindən, yaxud da digər 
vasitələrdən istifadə olunur. 
 
 
 
 
 
 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

77 
Təcrübədə parçalar keyfiyyətcə qəbul edilərkən QOST 20566-75 “Parça və ədədi 
məmulatlar. Qəbul qaydaları” adlı sənəddən istifadə edilir. Keyfiyyətin 
qiymətləndirilməsi zamanı daxil olan partiyadan parça kəsiklərinin miqdarı, eyni 
adda olan parçanın topu, artikulu, eyni sortda olması, bəzəndirilməsinin növü, eyni 
sənədlə tərtib edilməsi qaydaları ciddi olaraq nəzərdən keçirilir. 
Məlum olduğu kimi, xalq istehlakı mallarının keyfiyyət səviyyəsi, o 
cümlədən parçaların keyfiyyəti xalq təsərrüfatı əhəmiyyətli məsələlərdəndir. 
Parçaların keyfiyyət layihələndirilməsi və istehsal prosesində formalaşdırılır, satışı 
və istehlakı prosesində qorunub saxlanılır. Odur ki, parçaların keyfiyyət 
problemlərinin müvəffəqiyyətli həlli yalnız keyfiyyətin idarə edilməsi sisteminin 
mövcudluğu hallarında həll oluna bilər. Çünki keyfiyyətin idarə edilməsi sistemi 
vaxtaşırı olaraq keyfiyyətə nəzarət etmək və onun səviyyəsinin qiymətləndirməyi 
tələb edir. yekun etibarilə parçanın keyfiyyətinə nəzarət dedikdə keyfiyyət 
göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun gəlib-gəlməməsinin 
aşkar edilməsi kimi başa düşülməlidir. 
Keyfiyyətə 
nəzarətdən 
fərqli 
olaraq, 
keyfiyyət 
səviyyəsinin 
qiymətləndirilməsi özündə keyfiyyət göstəriciləri nomenklaturasının seçilməsi, 
onların miqdarının dəqiqləşdirilməsi, baza keyfiyyət göstəricilərinin seçilməsi və 
nisbi göstəricilərin hesablanması kimi prosesləri cəmləşdirir. Odur ki, keyfiyyət 
səviyyəsinin qiymətləndirilməsi keyfiyyətə nəzarətdən daha geniş məna daşıyır. 
Xüsusilə ticarətə daxil olan ən yeni parça növlərinin keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi çox vacibdir. Onun təyinatını, istehlak şəraitini, istifadə olunan 
lifinin növü, parçanın quruluşu və xassələri mütləq nəzərə alınmalıdır. Təəssüflər 
olsun ki, bəzən yeni növ parçalar standart və ya texniki şərtlərin tələblərinə cavab 
verir, lakin keyfiyyət səviyyəsi aşağı olduğundan istehlakçıların tələbinə cavab 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin