Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə62/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

75 
- yoxlanmanın nəticəsinə görə tərtib olunan sənədin bir nüsxəsi müəssisənin 
tabe olduğu nazirliyə göndərilir. 
Bütün bu işlərin içərisində malların keyfiyyətcə qəbuluna cavabdeh olan 
zaylaşdırıcı əmtəəşünas əsas rol oynayır. Yəni o, tərtib olunan aktı hüququ xidmət 
orqanına təqdim edir ki, mal göndərən təşkilata etiraznamə bildirsin. Eyni zamanda 
əmtəəşünasın vəzifəsinə: mal göndərən təşkilatla birlikdə material və yazışmaların 
hazırlanması; qablaşdırılması, markalanması, rəng tərtibatı, bütün yoxlamaların 
qeydiyyatdan keçirilməsi; Dövlət Ticarət Müfəttişliyi ilə birlikdə istehsal 
müəssisəsində texnoloji rejimlərə nəzarəti gücləndirmək, markalanmanın, 
qablaşdırmanın və saxlanmanın keyfiyyətinə nəzarət etmək; etalon nümunələrinin 
hesabatına və olmayan etalonlara sifarişi təşkil etmək; qüvvədə olan QOST-ra
OST-ra və texniki şərtlərin yenidən işlənilməsinə dair təkliflərin hazırlanması; 
hazır parçaların müəssisənin laboratoriyalarında müxtəlif əlamətlər üzrə 
tədqiqatına nəzarət etmək; vaxtaşırı laboratoriyalara parça nümunələrinin tədqiq 
edilməsi üçün materialların verilməsi. 
Bir qayda olaraq, bu işlər birbaşa əmtəəşünas-zaylaşdırıcının fəaliyyətinə 
daxildir. O, standart və normativ-texniki şərtlərin tələblərinə uyğun gəlməyən ayrı-
ayrı parça malları partiyasının satışa çıxarılmasına qadağa qoyur və malgöndərən 
müəssisələrindən malın qəbul edilməsinin dayandırılması barədə bazanın rəhbərliyi 
qarşısında məsələ qaldırır. 
Adətən mağazalarda parçaların keyfiyyətinə nəzarət keyfiyyət üzrə 
əmtəəşünas, şöbə müdiri və ya mağazanın səlahiyyətli nümayəndəsi tərəfindən 
həyata keçirilir. Yoxlama ərəfəsində əgər parçanın keyfiyyəti normalara müvafiq 
gəlmirsə, bu zaman istehsal müəssisələrindən nümayəndə çağırılır. Daha çox fikir 
ayrılıqları baş verərkən belə halda keyfiyyət üzrə Ekspertiza Bürosundan 
nümayəndə dəvət edilir. Bu nümayəndələrin iştirakı ilə daxil olan parça mallarının 
bu və ya digər sorta aid edilməsi barədə yekun qərar qəbul edilir. 
Bazanın ştatında olan zaylaşdırıcı və keyfiyyətə cavabdeh olan əmtəəşünaslar 
mağazalarda parça mallarının düzgün saxlanılmasına cavabdehdirlər. Mağazanın 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin