Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə58/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

70 
1. Tədqiq olunan parça nümunəsinin bütün səthini yalnız bir istiqamətdə və 
yaxud da qatlanma halında sürtünmə prosesini yerinə yetirən cihazlar; 
2. Parça nümunəsinin səthini müxtəlif istiqamətlərdə, xüsusilə dairəvi 
vəziyyətdə sürtünmə prosesini yaradan cihazlar. 
Bütün bunları nəzərə alaraq, hazırda elmi-tədqiqat işlərinin aparılması üçün 
real istehlak şəraitini xatırladan parçanın səthini müxtəlif istiqamətlərdə 
sürtünməyə məruz qoyan cihazlardan istifadə edirlər ki, bunlardan ən səmərəlisi 
İT-3M markalı cihaz sayılır. Lakin yun parçaların sürtünməsinin tədqiq üçün ancaq 
Tİ-1M markalı cihazdan istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, parçaların 
sürtünməsini öyrənərkən yeyici və yaxud sürtücü (obrazov) materialının seçilməsi 
həlledici əhəmiyyətə malikdir. MDB ölkələri miqyasında fəaliyyət göstərən 
Moskva Mərkəzi Elmi-Tədqiqat Yun Sənayesi İnstitutunun hazırladığı metodikaya 
müvafiq olaraq müxtəlif parça növlərinin sürtünüb dağılması prosesini yerinə 
yetirən cihazda yeyici material kimi 6405 artikulu boz rəngli şipelmek mahud 
parçasından istifadə etməyi məsləhət görülür. Eyni zamanda parçanın sürtünməsini 
öyrənərkən sürtücü materiallı başlığın nümunəyə təsiri səviyyəsini mütləq nəzərə 
almaq lazımdır. 
Aşağıdakı cədvəldə kostyumluq yun parçaların sürtünməyə qarşı 
davamlılığını xarakterizə edən tədqiqatın nəticələri haqqında məlumat verilmişdir. 
Cədvəl məlumatlarından göründüyü kimi, əvvəlcədən söylənilən fikirlər öz 
əksini göstərməkdədir. Belə ki, qeyd edilirdi ki, parçaların tərkibinə müəyyən faiz 
kimyəvi liflərin qatılması onların fiziki-mexaniki xassələrinin yaxşılandırılmasının 
həlledici təsir göstərir. Yəni əgər birinci keyfiyyət kateqoriyasına daxil olan xalis 
kamvol kostyumluq parçasının sürtünüb deşilənə qədər sərf olunan dövrlərinin sayı 
3600 idisə, bu göstərici lavsan qarşılıqlı yarımyun kamvol parçasında 4000 dövrə 
çata bilir. Bu nəticə eyni zamanda zərif yundan olan mahud parçalara da aiddir. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin