Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 81
Yadda saxlamaq lazımdır ki, keyfiyyət problemindən danışarkən bu
mövhumun üstündə istehlakçı durur. İstehlakçı özü üçün ən yaxşı xassələri seçir və
bu xassələrə cavab verə biləcək malları alır. Deməli, keyfiyyət sahəsində son
dövrlər daha böyük yeniləşmələr baş vermişdir. Elə buna görə də keyfiyyətin idarə
edilməsinin müasir metodlarının köməyi vasitəsilə bir çox xarici ölkələrin parça
istehsalı ilə məşğul olan firmaları müxtəlif bazarlarda özlərinə qabaqcıl yer
tutmuşlar. Lakin qeyd etməliyik ki, respublikamızda parça istehsalı lazımi
səviyyədə olmadığından bu sahədə geriləmələr çoxdur və təəssüflər olsun ki,
keyfiyyətin kompleks idarə edilməsi sistemi tətbiq olunmur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, məhsulun keyfiyyətinin
yüksəldilməsi geniş potensiala malikdir. Lakin keyfiyyətin yüksəldilməsini bütün
mərhələlərdə keyfiyyətə olan münasibəti dəyişmədən mümkün deyildir.
Keyfiyyətin yüksəldilməsinə dair çağırışları hər bir rəhbərlik səviyyəsində
keyfiyyətə həyat obrazı kimi baxılmasa, həll etmək mümkün deyil. Çünki
istehsalla keyfiyyət arasında birbaşa əlaqə olduğundan keyfiyyətin yüksəldilməsi
istehsalın səmərəliliyinin artırılmasına, xərclərin azaldılmasına və bazarın
genişləndirilməsinə geniş imkan yaradır, keyfiyyətin idarə edilməsi sisteminin yeni
metodoloji prinsiplərinin tətbiqini tələb edir.
Bütün bu yuxarıda qeyd edilənləri yekunlaşdıraraq, hazırki magistr
dissertasiyasının mövzusu ilə bağlı aşağıdakı praktiki təkliflərin verilməsini
məqsədəuyğun hesab edirik.
1. Son dövrlərdə respublikamızın xarici ölkələrlə iqtisadi əlaqəsinin
genişləndirilməsi ayrı-ayrı yeni istehsal müəssisələrinin tikilib istifadəyə
verilməsinə şərait yaratmışdır. Bu çox yaxşı əlamətdir, çünki bir tərəfdən yeni iş
yerləri yaradılır, digər tərəfdən isə əhalimizin bəzi mal növlərinə olan tələbatı
ödənilir. Lakin bir vaxtlar respublikamızda özünəməxsus yer tutan yun parçaları
istehsalı ilə məşğul olan fabriklər hazırda durğunluq vəziyyətindədir. Yaxşı olardı
ki, bu müəssisələrin yenidən bərpa edilib fəaliyyət göstərməsi məsələsi dövlət
səviyyəsində həll edilsin.