Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 82
2. Bildiyimiz kimi, keyfiyyət anlayışı bəzi istehsal müəssisələrinin tarixi
məlumatları
əsasında
formalaşır.
Məsələn,
İngiltərənin,
İtaliyanın,
Hollandiyanın, Türkiyənin parça istehsalı ilə məşğul olan məşhur firmaların yun
parçaları özlərinin keyfiyyət səviyyəsinə görə uzun illər öz məzmununu saxlaya
bilmişdir. Çünki bu müəssisələrin buraxdıqları məhsulun keyfiyyətinə qarşı çox
ciddi tələblər qoyurlar. Xüsusilə, parçaların en ölçülərini, davamlılığını,
rənginin sabitliyini istehsal firmaları həmişə diqqət mərkəzində saxlamış və
buna nail olmuşlar. Elə bu deyilənlərin təcrübəvi materialların toplanması
zamanı şahidi olduq. Yaxşı olardı ki, bu təcrübələrin respublikamızın bəzi
istehsal sahələrində tətbiqinə nail olunsun.
3. Elmi-texniki tərəqqinin son nailiyyətləri istehsalın avtomatlaşdırılmasına,
mürəkkəb avadanlıqların idarə edilməsinə, buraxılan məhsulun keyfiyyətinin
kompleks idarə edilməsi sisteminin tətbiqinə geniş imkanlar açmışdır. Bununla
bağlı keyfiyyətə nəzarətlə əlaqədar informasiyaların toplanması, işlənməsi və
təhlili üzrə yeni metodlar tətbiq edilir. Bu isə bazar iqtisadiyyatında müəssisələrin
davamlı fəaliyyət göstərməsinə imkan yaradır. Yaxşı olardı ki, respublikamızda
keyfiyyətlə bağlı informasiyaların toplanması, işlənməsi və təhlili üzrə belə bir
mərkəz yaradılsın.
4. Bildiyimiz kimi, məhsulun keyfiyyət problemlərini istehsal və
istehlakçı mövqeyindən ayrı nəzərdən keçirmək olmaz. Xüsusilə, bazar
iqtisadiyyatı şəraitində keyfiyyətə istehlakçı mövqeyindən yanaşılır və
qiymətləndirilir. Özü də məhsulun keyfiyyət səviyyəsini qiymətləndirən
kvalimetriya elm sahəsi mövcuddur ki, bu elmin köməyi ilə malların keyfiyyət
xarakteristikasına miqdarı qiymət verilir. Yaxşı olardı ki, müxtəlif təyinatlı
xalq istehlakı mallarının, o cümlədən parça mallarının keyfiyyətinə nəzarət
təcrübəsində alimlərin, mühəndislərin və menecerlərin qüvvəsindən layiqincə
istifadə edilsin.
5. Məlumdur ki, parça mallarının keyfiyyətin idarə edilməsinə sistemli
qaydada yanaşmaq lazımdır. Çünki keyfiyyətin idarə edilməsi sisteminə idarəedici