Direktorun el kitabi A5 21 04 2021. indd


bunun üçün aşağıdakı addımlar atılmalıdır



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə63/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   58   59   60   61   62   63   64   65   66
Direktorun el kitabi A5 21 04 2021

bunun üçün aşağıdakı addımlar atılmalıdır:
• Planın insanlar tərəfindən qəbul olunmasına nail olmaq,
• Planlaşdırma prosesinin təşkili, komandanın qurulması,
(Strateji Planlaşdırma komandası: idarəçi, müəllim, per-
sonal, valideyn, şagird),
• Ehtiyacların müəyyən olunması,
• Zamanın planlaşdırılması,
• Hazırlıq proqramı.


216
Hazırlıq bitdikdən sonra missiya elan edilməlidir. Missi-
ya müəssisənin varlıq səbəbidir. Missiya qurumun nə etdiy-
ini, necə etdiyini və kimin üçün etdiyini açıq şəkildə ifadə 
edir. Missiyanın müəyyən olunması strateji plan sənədinin 
digər bölmələrinin da əsasını təşkil edir. Missiya fransız 
sözüdür və ülvi vəzifə, məqsəd, qayə deməkdir. Missiya 
müəssisənin nəyi, nə üçün etdiyini ifadə edir. 
Missiya hazırlamaq üçün dörd əsas sual soruşulmalıdır: 
Nə? Necə? Niyə? Kim üçün? 
Missiya üçün cavab verilməli olan suallar bunlardır:
• Nə etməyimiz gözlənilir?
• Bunları kim üçün edirik?
• Hansı üsul, yanaşma və dəyərlər ilə nə əmələ gətir-
məyə, yaratmağa çalışırıq? Necə işləyirik?
• Bunları niyə edirik? Niyə varıq?
Missiyanın hazırlanması üçün aşağıdakı diaqram istifadə 
oluna bilər:


217
Nümunəvi missiya: 
“Biz dövrün tələblərinə uyğun təhsil mühitində, elmi üsul və 
yollarla, müstəqil düşünən, özü və cəmiyyətlə barışmış, milli və 
ümumbəşəri dəyərləri mənimsəmiş, elm yaradan və insanları növ bəti 
təhsil səviyyəsinə və həyata hazırlayan bir qurum olaraq va rıq”.
Digər mərhələ isə baxışın elanı mərhələsidir. Baxış gə-
ləcəyə baxışı, uzaqgörən düşüncəni ifadə edir. Baxış müəs-
sisənin gələcəyini simvolizə edir və gələcəkdə müəssisənin 
nə etmək istədiyinin ifadəsidir. Baxış müəssisənin müxtəlif 
departamentləri, şöbələri, sektorları arasında birləşdirici bir 
ünsürdür. Baxış aşağıdakı ifadələrlə izah oluna bilər: 
• Çatılmaq istənilən zirvə
• İdealist, özünəməxsus, çəkici, həyəcan verən
• İddialı / real
Güclü bir baxış idealist olmalı, ürəkdən gəlməli, hisse-
dilən olmalıdır. Baxış özünəməxsus olmalı, müəssisəyə aid 
olduğu hiss olunmalıdır. Baxış müəssisəni fərqləndirməlidir. 
O, nəzərəçarpan olmalı, məktəbin daxilindəki və xaricində-
ki insanların diqqətini çəkməli, sinerji əmələ gətirməlidir. 
Bu anlayışda səhv və düz yoxdur. O, reallaşmaq məcburiy-
yətində deyil və insanlara həyəcan aşılamalıdır. Baxış “xəyal 
edilən, amma fantaziya olmayan” bir gələcəyin fotoşəklidir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin