Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə64/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   58   59   60   61   62   63   64   65   66
Direktorun el kitabi A5 21 04 2021

MİSSİYA - BAXIŞ
Baxış
Missiya 
Sabahı göstərir
Bu günü əks etdirir
İlham verəndir
Hədəf kütləni müəyyən edir


218
Məktəbin getmək istədiyi 
istiqaməti müəyyən edir
Əsasa prosesləri müəyyən 
etməyə yarayır
Strateji qərar meyarlarını 
müəyyən etməyə yarayır
Uğur meyarlarını müəyyən 
etməyə yarayır
Nümunəvi baxış: 
• Təhsildə lider mövqeyə gələrək dünyanın ən keyfiy-
yətli müə ssisələri arasında yer almaq
• Özünəməxsus fəaliyyətləri ilə nümunə göstərilən bir 
müəssisə olmaq
• Elm və texnologiyanın işığında gələcəyə istiqamət 
vermək
• Yaxın coğrafiyanın elm, mədəniyyət və incəsənət mərkə-
zi olmaq
Müəssisədə missiya və baxışın bünövrəsində mütləq də-
yərlər və prinsiplər olmalıdır. Bunlara iş fəlsəfəsi, fəaliy-
yət lərin bünövrəsindəki dəyərlər, standartlar və ideallar, 
işçilərin dəyərləri və inancları nümunə göstərilə bilər. 
Dəyərlər üç sahə ilə əlaqədar ola bilər:
• Fərdlər: Müəssisə daxili və xarici insanlar
• Proseslər: Müəssisənin idarə etmə, qərar alma və xid-
mət istehsalı prosesi
• Göstəricilər: Qurumun ortaya qoyduğu xidmət və 
məhsullardan keyfiyyət gözləntisi
Nümunəvi dəyərlər:
Məktəb tərəfdaşları ilə onların arzu və gözləntilərinə 


219
uyğun olaraq açıq ünsiyyət və empatiya qurur, bütün pro-
seslərə məktəb icmasının üzvlərinin hamısını dəvət edir, on-
ların da proseslərdə iştirakını təmin edir, məktəbdə güvən, 
etibar və əməkdaşlığı təmin edir, davamlı inkişafı təşkil 
edir, şagird mərkəzçi təhsil, məktəb mərkəzçi idarəetmə 
anlayışını mənimsəyərək şagirdin uğurunu əsas götürür və 
məktəbin keyfiyyətindən əsla güzəştə getmir.
• Qərar almada iştirakçılıq, şəffaflıq və bərabərlik prin-
siplərinə əməl edirik.
• İnanırıq ki, bütün şagirdlər zəkalıdır, vacib olan bu 
zəkanı işə salmaqdır.
• Bilirik ki, dövr bilikləri əzbərlətmə dövrü deyil, biliyin 
necə tapıla biləcəyini öyrətmə dövrüdür. 
• Keyfiyyət: Varlıq səbəbimiz şagirdlərimizdir, keyfiyyət 
işimiz, şagird, valideyn və cəmiyyətin gözləntilərinə cavab 
vermək vəzifəmizdir. Məsuliyyət: İnsanlar məsuliyyətlərini 
başa düşürlər, bu şüurla hərəkət edirlər, birgə işlərin məsu-
liyyətini hamı qəbul edir. 
• Qarşılıqlı mənafe: Qarşılıqlı fayda, şəxsi mənafe, ic-
timai mənafe balansı qorunur. 
Məhsuldarlıq: Resursları maksimum dərəcədə 
səmərəli istifadə edir, israf etmirik və işi ən yaxşı səviyyədə
görürük. 
Əsas məsələlərdən biri də fəaliyyət istiqamətlərinin, baş-
lıqların strateji planda yer almasıdır. Bu başlıqlar mümkün 
qədər qısa və konkret olmalıdır. Məsələn, təlim-tədris, tər-
biyə, təlimə dəstək və s. 


220
Bu əsas başlıqlara uyğun olaraq aşağıdakı kimi alt baş-
lıqlar verilə bilər: 
• Tərəfdaş münasibətləri
• İnsan resursları
• Sektoral əməkdaşlıq
• Fiziki vəziyyət
• Nizam-intizam
• Maliyyə mənbələri
• Məktəbin akademik uğuru
Strateji planlaşdırmada məqsədlərin müəyyən olunma-
sı da qarşıda dayanan əsas məsələlərdən biridir. Strateji 
məqsədlərin nəticəyönlü, əsaslı, konseptual, istiqamətlən-
miş olmağı vacibdir. Strateji məqsədlər əksəriyyət tərəfin-
dən mənimsənməli və qəbul edilməlidir. Məqsədlər ruhlan-
dırıcı olmalı və bir-biri ilə ahəngdar olmalıdır. Məqsədlər 
missiya və baxış ilə təzad təşkil etməməli, missiyanı yerinə 
yetirməyə kömək olmalıdır. Qeyd olunan məqsədlərin daha 
sonrakı strateji plan fəaliyyətlərinə çərçivə əmələ gətirməsi 
əsasdır. Məqsədlər müəssisənin prioritetlərini və mövcud 
vəziyyətini nəzərə almalıdır. Bu məqsədlər çox vacib xarici 
faktor olmadığı müddətcə dəyişdirilməməlidir. Məqsədlər 
feilin məsdər formasında yazılmalı və konkretlik daşımalı-
dır. Məsələn, təlimi təşkil etmək bir vəzifədir, ancaq dövrün 
tələblərinə uyğun təlimi təşkil etmək bir strateji məqsəddir. 
Strateji planlaşdırmada məqsəd və hədəf anlayışları 
fərqlənir. Belə demək olar ki, hədəf məqsədə aparır. Bir 


221
məqsəd üçün 3-4 hədəf yazıla bilər. Hədəflər məqsədə çat-
maq üçün qarşıda duran dayanacaqlardır. Hədəflər daha 
qısamüddətli, detallı, ölçülə bilən kəmiyyət və ya görülən 
keyfiyyət ifadələridir. Hədəflər zamanla məhduddur və 
nəticəyə yönəlir. Strateji məqsəd üçün 5 illik, 1-4 hədəf 
müəyyən oluna bilər. Hədəflərlə görüləcək işlər qarışdırıl-
mamalıdır. 
Nümunə: Peşə məktəblərinin ümumi şagird potensia-
lını 2025-ci ilə qədər 35% artırmaq.
Hədəflərin ardından müəssisə üçün KPİ (Key perfor-
mance indicator), yəni əsas göstərici indikatorları yazılma-
lıdır. Şagirdlərin sayındakı artım, ali məktəbə daxil olma 
faizi, iş tapma faizi kimi göstəricilər əsas sayıla bilər. Hə-
dəflərin ölçülə bilən və gerçəkləşdsirilə bilən, yəni real ol-
mağı əsasdır. Bundan əlavə, hədəflərin hüdudları olmalı və 
müəssisənin tərəfdaşları tərəfindən qəbul edilməlidir. 
Məqsəd və hədəf strateji planlaşdırma edənləri fəaliyyət 
planı hazırlamağa vadar edəcək və fəaliyyətlər sıra ilə zehin-
lərdə canlanmağa başlayacaqdır. Bir nümunə ilə məqsəd, 
hədəf və fəaliyyət münasibətini izah edək:
Məqsəd: Məktəblərdə əqli sağlamlığı inkişaf etdirmək 
və bu yolla zorakılıq hallarını azaltmaq.
Hədəf: Məktəblərdə zorakılıq hallarını 2022-ci ilə qədər 
30%, 2025-ci ilə qədər 60% azaltmaq.
Fəaliyyət: 2021-2025-ci illər arasında ümumtəhsil 
müəssisələrində əqli sağlamlıqla bağlı seminar və vebinar-
ların aparılması, psixoloqların təkmilləşdirilməsi.


222

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin