207
̶ 11 ̶
MƏKTƏBDƏ
STRATEJİ PLANLAŞDIRMA
Tez-tez iclas keçirmək zəif təşkilatçılıqdan xəbər verir.
Kiril Parkinson
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədləri
məktəblərdə strateji
planlaşdırma nın aparılması üsullarını və mər-
hələlərini izah etməkdir. Bölmənin sonunda
oxucular:
• Strateji plan anlayışını öyrənəcək,
• Missiya və baxış formalaşdıra biləcək,
• Strateji plan hazırlaya biləcəklər.
Açar sözlər: strateji plan, baxış, missiya.
208
NÜMUNƏ HADİSƏ
1. Baxış və ya Strateji Baxış mədəniyyət mü-
əssisəsinin gələcəyi
üçün təşəbbüslər nümayiş
etdirir. Sözügedən baxış (və ya “Strateji Baxış”)
sanki gələcək haqqında qurulan “xəyal”a, söz-
lərlə boyanmış və insanların həm qəlbinə, həm
də beyninə xitab etməklə onları ruhlandırmaq
üçün nəzərdə tutulmuş rəsmə bənzəyir.
2. Ortaq Baxış. Təşkilatda hər kəsin bu baxışı
paylaşması olduqca önəmlidir.
Əməkdaşlar
ol duqca fərqli və bir-birini qarşılıqlı şəkildə ta-
mamlayan bacarıqlara
sahib olsalar da, təşkilat
üçün eyni baxışa malik olmaları
ali rəhbərlik
üçün xüsusilə zəruridir.
3. Liderlik və Baxış. Liderin əsas vəzifələrindən
biri baxışı dəqiq ifadə etmək və əsaslandırmaq,
eləcə də təşkilatda hər kəsin sözügedən baxış
istiqamətində çalışması üçün onları ruhlandır-
maqdır.
4. Uğur. Hər bir
insan və təşkilat uğur qa-
zan maq istəyir. Bununla yanaşı, uğur anlayışını
müx təlif üsullarla müəyyən etmək olar. Bu sə-
bəb dən, müəssisənin uğur anlayışını öz yanaş-
ması baxımından aydın
şəkildə müəyyən etməsi
olduqca əhəmiyyətlidir.
Dostları ilə paylaş: