Direktorun el kitabi A5 21 04 2021. indd


̶ 10 ̶ DƏYƏR YARADAN MƏKTƏBLƏR



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə57/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   53   54   55   56   57   58   59   60   ...   66
Direktorun el kitabi A5 21 04 2021

̶ 10 ̶
DƏYƏR YARADAN MƏKTƏBLƏR
- Qoşqar Məhərrəmov, Dadaş Əliyev - 
“Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağış-
lan maz xəyanətdir. Biz öz milli-mənəvi dəyərlərimizlə, 
adət-ənənələrimizlə fəxr edirik”.
Heydər Əliyev
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi məktəb və dəyər anlayı-
şına işıq tutmaq və məktəbin necə dəyər əmələ 
gətirə biləcəyi üzərində dayanmaqdır. “Dəyər 
yaradan məktəblər” bölməsinin sonunda oxu-
cular:
• Məktəbdə dəyər anlayışı haqqında yeni fikir 
sahibi olacaq;
• Dəyər formalaşdırmağın praktiki yollarını 
öyrənəcək;
• Təhsil tarixində dəyər yaratmış olan məktəb-
lər haqqında məlumatlanmış olacaqlar.


194
NÜMUNƏ HADİSƏ
Beşmərtəbəli binaydı. Beşincidəkində inam-
sızlıq yarandı. İnamsızlıq sirayət etdi dörddəkinə, 
onda da inamsızlıq nəticəsində küskünlük ya-
randı. O da üçüncü qata sızdı. Üçün sakinində 
küskünlüyün yaratdığı qəddarlıq ikiyə keçdi. 
İkidəki o qədər qəddarlaşdı ki, “hər şey mənim-
dir” dedi. Onun tamahı birə sızdı. Birdəki gedib 
oğurluq etdi. Yuxarıdan aşağı vüsət alan proses 
sonda cinayətlə nəticələndi. Onu törədəni – bi-
rinci qatdakını tutub apardılar. Əslində günah-
kar o deyildi...
Göylər isə həmişə hər şeyi tərsinə gördüyün-
dən 1-dən 5-ə izlədiyi prosesi günah kimi qiy-
mətləndirdi. Elə beşinci qatdakı inamsız üçün 
cəza fikirləşirdi ki, zəlzələ baş verdi. Bina yerlə 
yeksan oldu. Qurtulan bir tək cinayətkar oldu. O, 
həbsxanada idi, həbsxana da şəhərdən uzaqda.
... zatən günahkar deyildi o …
Şəhla Nihan / www.fabula.az


195
GİRİŞ
Bu bölmədə əvvəlcə dəyər anlayışından bəhs olunacaq 
və dəyər əmələ gətirmək üçün direktorların məsuliyyət-
lərindən danışılacaq. Dəyərlər maddi və maddi olmayan 
olaraq iki yerə bölünür. Məktəbin maddi dəyər yaratması 
həmin müəssisədə alınıb-satıla biləcək müəyyən məhsulla-
rın, dəyərlərin əmələ gətirilməsi, istehsal edilməsi ya yaxud 
təklif olunması mənasına gəlir. Yəni, əgər bir məktəb öz la-
baratoriyasında şagirdləri ilə birgə hansısa fəaliyyətlərin nə-
ticəsində bir məhsul ortaya qoya bilirsə, deyə bilərik ki, bu 
məktəb dəyər yaradır. Müəssisənin həyətyanı sahəsi varsa, 
orada müəyyən fəaliyyətlərlə dəyər yaratmaq mümkündür. 
Belə ki, şagirdlər müəssisələrdə sabun, ətir, dibçək və yaxud 
buna bənzər müxtəlif məhsullar istehsal edə və onu maddi 
dəyərə çevirə bilərlər. Azərbaycanda da bəzi müəssisələr, 
xüsusilə peşə məktəbləri emalatxanalarında müəyyən məh-
sullar hazırlayır və onları bir dəyərə çevirirək ölkəyə, eyni 
zamanda məktəbə maddi dəyər qazandırırlar. Müəssisələrin 
maddi dəyər yaratması, onun sadəcə müəyyən məhsullar 
istehsal etməsi deyil, eyni zamanda xidmətlər təklif etməsi 
ilə də mümkündür. Belə ki, müəssisələr maddi dəyər əmələ 
gətirmək üçün müəyyən inventarı və ya infrastrukturu 


196
üçtərəfli müqavilələr əsasında cəmiyyətə təklif edə bilər. 
Beləcə, məktəbin idman zalı, futbol meydançası və yaxud 
buna bənzər hansısa infarstruktur bölmələri varsa, həmin 
bölmələrdə maddi dəyər əmələ gətirə bilər. 
Mənəvi dəyər isə müəllimlərin və şagirdlərin müəyyən 
dəyərlərlə təmin olunması mənasına gəlir. Mənəvi dəyər 
dedikdə Azərbaycan Respublikasının qanunvericiliyində 
müəyyən olunan vətəndaşlıq dəyərləri, azərbaycançılıq 
ideyaları, ümumbəşəri dəyərlər əsas götürülə bilər. Əgər 
bir müəssisə vətənpərvərlik hissi, çevrəyə qarşı həssas 
olma, sosial məsuliyyət, yardımlaşma, əməkdaşlıq, dü-
rüstlük kimi dəyərləri şagirdlərinə aşılaya bilirsə, deməli 
həmin məktəb dəyər yaradan məktəbdir. Eyni zamanda, 
şagirdlərində oxuma vərdişi əmələ gətirə bilən, onları bir 
tədqiqatçı kimi formalaşdıra bilən, gələcəyin yaxşı vətən-
daşları və mütəxəssisləri kimi yetişdirə bilən məktəblər də 
dəyər yaradan məktəblər kimi qiymətləndirilə bilər. Aşa-
ğıda məktəb direktorlarının dəyər yarada bilməsi üçün 21 
məsuliyyətdən söz açılıb. Bunlardan birincisi, təsdiqet-
mədir. Məktəbin təsdiqetmə davranışını göstərmək üçün 
direktor məktəbin uğurunu görür, həmin uğura diqqət 
yetirir, şagirdlərdə və müəllimlərdə həmin uğurları xüsu-
silə qeyd edir. Eyni zamanda, məktəb direktoru məktəbin 
uğursuzluğunu da görür, bunu qəbul edir, nəzərə alır və 
tədbir görür. Təsdiq etmə davranışını göstərmək üçün mək-
təb direktoru şagirdlərin uğuruna sistematik olaraq nəzarət 
edir və onların uğurlarını ədalətli, şəffaf bir şəkildə qiymət-
ləndirir. Qiymətləndirmə olduqda insanlar mövcud vəziy-
yəti daha asan və şəffaf şəkildə anlayır, beləliklə diaqnostik 


197
qiymətləndirmələrin nəticəsində strateji planlar hazırlamaq 
mümkün olur. Məktəb direktoru mövcud vəziyyəti anlaya 
bildiyi üçün hansı tədbirlər görməli olduğunu daha yaxşı 
başa düşür və beləcə strateji plan hazırlaya bilir. 
İkincisi, direktor həmişə mövcud vəziyyəti dəyişdirmək 
üçün səy göstərir və beləcə sabitliyə, yeknəsəqliyə meydan 
oxuyur. Məktəb direktoru bunu şüurlu şəkildə edir və hə-
mişə yeniliklər üzərində təqdiqatlar aparır, yenilikləri təc-
rübədən keçirir və beləliklə, ortaya təşəbbüskarlıqlar qoyur. 
Həmin bu məsuliyyətı üzərinə götürən məktəb direktoru 
müəllimlərin də müxtəlif təşəbbüslərini qiymətləndirir, 
onları təşviq edir və onlara öncüllük edir. Bu tip məktəb 
direktorları işlərin həmişə eyni qaydada yerinə yetirilmə-
yinə qarşı çıxır. Yəni, onlar təkrarçılıqdan qaçır, yeniliyə, 
innovasiyaya açıq mövqe sərgiləyirlər. Bununla da, müəl-
limləri və şagirdləri bir-birlərinin təcrübələrini izləməyə və 
bir-birlərindən bəhrələnməyə dəvət edirlər. 
Dəyər yarada bilmək üçün məktəb direktorunun üçüncü 
məsuliyyəti işçiləri mükafatlandırmaqdır. İşçiləri mükafat-
landırmaq üçün məktəb direktoru müəllimlərin uğurlarını 
diqqətə almalıdır. Çünki direktor anlayır ki, məktəbdə çalı-
şan insanlar öz əməklərinin, səylərinin nəticələrini görsələr, 
müsbət mənada motivasiya olunacaqlar və daha yaxşı iş-
ləyəcəklər. Məktəb direktorlarının işçiləri mükafatlandır-
ması onların müvəffəqiyyət göstəricilərinə də müsbət təsir 
göstərəcəkdir.
Dördüncü məsuliyyət kommunikasiya olaraq qeyd oluna 
bilər. Dəyər yarada bilmək üçün direktor məktəbdə kom-


198
munikativ mühit əmələ gətirməli və insanlarla daha açıq 
kanallar qurmalı, bu kanallar vasitəsilə insanların onunla 
daha asan ünsiyyət qura bilməsini təmin etməlidir. Onun 
qapısı müəllimlərin üzünə həmişə açıq olmalıdır. 
Beşincisi, direktor dəyər yarada bilmək üçün məktəbdə bir 
mədə niy yət formalaşdırmalıdır. Həmin mədəniyyət inanc-
lar, normalar əsasında inkişaf edir və təməlində əməkdaşlıq 
dayanır. Yəni, burada mü əllimlər yarış, müsabiqə ruhunda 
deyil, biri-birinə yardım etmə mövqeyindədirlər. Bu mə-
dəniyyətlə insanlar bir-birlərinə qarşı anlayışlı olmalıdırlar 
və hamı məktəbin ortaq görüşlərini paylaşmalı, bilməli və 
bunu öz məqsədi hesab etməlidir.
Altıncısı, direktor məktəbdə nizam-intizam formalaş-
dırmalıdır. Bu nizam-intizamı formalaşdırmaq üçün mək-
təb direktoru dərsə əngəl olan, dərsin vaxtını alan, dərsdə 
diqqəti dağıdan ünsürləri diqqətdə saxlayır və onları aradan 
qaldırmağa çalışır. 
Direktorun dəyər yaratmaq üçün yeddinci məsuliyyəti 
onun qərarlarda çevik, müəyyən qədər rahat olmağıdır. Belə 
ki, həmin direktor liderlik davranışlarını mövcud vəziyyə-
tin tələblərinə uyğun qurur. Mövcud ehtiyacı da nəzərə alır, 
rahatlığı da təmin edir. Həmin direktor mövcud vəziyyətə 
görə liderlik davranışını dəyişə bilir və bununla da statik 
bir vəziyyət sərgilənmir. Məktəbi daha uğurlu vəziyyətə 
aparmaq üçün o həmişə həm özünü, həm vəziyyəti dəyiş-
dirməyə açıqdır. 
Direktorun səkkizinci məsuliyyəti baxışdır. Yəni, onun 
gələcəyə doğru bir baxışı, nəzəri, görüşü vardır. O, uzaq-


199
görəndir və gələcəyə çatmaq üçün hədəflər qoyur, həmin 
hədəfləri məktəbin birinci məsələsi halına gətirir. Direktor 
dəyər yarada bilmək üçün kurikulumla, təlimlə, tədrislə, 
qiymətləndirmə məsələləri ilə əlaqədar məktəbdə konk-
ret hədəflər yaradır. Məktəbin ümumi fəaliyyəti ilə əlaqə-
dar konkret hədəflər qoyur, şagirdlərə yüksək göstəricilər 
müəyyən edir, gözləntilərini onlara bildirir, müəyyən edilən 
hədəfləri davamlı olaraq diqqətində saxlayır. 
Direktorun doqquzuncu məsuliyyəti məktəbdə inanc 
formalaşdırmaqdır. Məktəbi idarə edərkən direktor davra-
nışında və iş prosesində yüksək ideallar və inanclar ortaya 
qoymalı və bu inanclara, ideallara işçilərini də inandırmalı-
dır. Və beləcə həmin inanclar hamı tərəfindən mənimsənilir, 
qəbul edilir, həzm edilir və ortaq məqsədə çevrilir.
Direktorun dəyər yarada bilmək üçün onuncu məsuliy-
yəti məktəbi lazımi resurslarla, vəsaitlərlə, mədaxillərlə tə-
min etməsidir. Məktəb siyasətini müəyyən edərkən həmin 
direktorlar məktəbin işçilərinin fikirlərini nəzərə alır, qərar 
qəbul etmə proseslərində onların da iştirakını təmin edir. 
On birinci məsuliyyət direktorun məktəbdə intellek-
tual stimul əmə lə gətirməsidir. Yəni məktəb direktoru 
dəyər yarada bilmək üçün mütləq elmi fəaliyyətlərə dəstək 
mövqeyində dayanır və layihə yazılışı, tədqiqat aparılması, 
kitab yazılması kimi məsələlərdə müəllimlərə dəstək olur, 
onlarla əməkdaşlıq edir, müəllimləri başqaları ilə əlaqələn-
dirir. Və beləcə məktəbdə elmi fəaliyyətin inkişafına intel-
lektual kamillik mənasında stimul verir.


200
Direktroun on ikinci məsuliyyəti kurikulum, təlim və 
qiymətləndirmə proseslərində iştirak etməsidir. Belə ki, 
dəyər yarada bilmək üçün direktor formativ və summativ 
qiymətləndirmələrin keyfiyyətinə nəzarət edir, şablonlardan, 
çərçivələrdən asılı qalmadan, onların içində boğulmadan, 
eyni zamanda, qanunvericiliyin tələblərini də pozmadan 
məktəbdə öyrənmə mühitini formalaşdırmağa çalışır. Belə 
ki, həmin müəssisədə şagirdlər və müəllimlər hər zaman 
öyrənmə əzmindədirlər və hər zaman biri-birindən öyrən-
məyə hazırdırlar. 
Direktorun on üçüncü məsuliyyəti öz üzərində işləməsi-
dir. Belə ki, direktor kurikulum, təlim, tədris və qiymətlən-
dirmə ilə əlaqədar özünün şəxsi biliklərini daim artırmalı, 
yəni bu istiqamətdəki prosesləri müntəzəm olaraq öyrən-
məli, özünü təkmilləşdirməli, dərsləri müşahidə edərkən 
hansı meyarlar əsasında qiymətləndirmə aparacağını, hansı 
meyarlar əsasında dəyərləndirəcəyini, rəy bildirəcəyini öy-
rənməlidir. Bununla da, müəllimlərin müntəzəm inkişaf et-
məyinə şərait yaratmalı, onlara dəstək olmalıdır. Bu məna-
da direktor həm öyrənmə, həm də öyrətmə mövqeyindədir. 
Direktorun on dördüncü məsuliyyəti monitorinq və qiy-
mətləndirmədir. Bu baxımdan məktəb direktoru müntəzəm 
olaraq həm kurikulumun tətbiqini, həm tədrisi, həm də 
qiymətləndirmə proseslərini monitorinq edir, nəzarətində 
saxlayır, onları dəyərləndirir, qiymətləndirir. 
Direktorun on beşinci məsuliyyəti optimallaşdırma-
dır. Yəni, işləri asanlaşdırmaq, proseslərin daha səmərəli 
və effektiv olması üçün şərait yaratmaqdır. Bunun üçün 


201
müəllimləri mümkün qədər təkrarçılıqdan, kargüzarlıq 
işlərindən uzaq tutmaq və məktəbdə keçirilən vaxt inter-
valının daha səmərəli istifadəsi üçün müəllimlərə dəstək 
olmaq lazımdır. Belə ki, həm dərs zamanı, həm də mək-
təbdə dərsdən kənar keçirilən vaxt müddətində müəllim-
lərin peşəkar inkişafı, onların şagirdlərin inkişafı ilə əlaqə-
dar proqram hazırlaması və özlərinin təlim metodu ilə 
çalışması, şəxsi peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi 
dəstəklənməlidir. 
Direktorun on altıncı məsuliyyəti məktəbdə qaydalar 
qoymaq, nizam-intizam yaratmaqdır. Hər müəssisədə ol-
duğu kimi, məktəbdə də prosedurlara, qaydalara ehtiyac 
var. Bunlar isə məktəbin düzgün fəaliyyəti üçün lazımlı 
məsələlərdir və məktəb direktorları müəllimlərin əməl edə 
biləcəyi, onların da birlikdə qəbul etdiyi müəyyən prose-
durlar, qaydalar, strukturlar müəyyən edir. Bu strukturlar, 
qaydalar və prosededurlar həm müəllimlərin, həm də şa-
girdlərin məktəbdə məmnunluğunu, normal həyatını tə-
min etməlidir.
Məktəb direktorunun on yeddinci məsuliyyəti onun nə-
ticələrə təsiridir. Yəni, direktor məktəbin bütün tərəfdaşları 
qarşısında onun müdafiəçisi, söz sahibi olmalıdır. Məktəb 
direktoru regionda, şəhərdə məktəbini tanıdır, valideynlərlə 
ünsiyyət qurur, təhsil şöbələri ilə daim əlaqə saxlayır və 
cəmiyyət qarşısında öhdəlik götürür, məktəbin fəaliyyətlə-
rini hesabatlılıq prinsipi ilə təqdim edir. Bununla da, başqa 
məktəblərə də nümunə kimi dəyər yaradan məktəb olma 
məsuliyyətini dərk edir və ortaya qoyur.


202
Məktəb direktorunun on səkkizinci məsuliyyəti müəl-
limlərin və işçilərin şəxsi həyatlarına qarşı həssas olmaq və 
onlara yaxından dəstək olmaqdır. Bu baxımdan məktəb 
direktoru insanların şəxsi problemlərindən xəbərdar olmalı, 
işçilərin şəxsi ehtiyaclarını, onların həyatındakı əhəmiyyətli 
hadisələri bilməli, müəllimlərlə müntəzəm şəxsi münasibət 
qurmalı və bu münasibətləri qorumalıdır. 
On doqquzuncu məsuliyyət isə məktəb direktorunun 
müəllimləri tədrislə bağlı materiallar, ləvazimatlarla təmin 
etməsidir. Direktor peşəkar bacarıqlarını inkişaf etdirmək 
üçün onları ixtisasartırma təlimlərinə istiqamətləndirmə-
lidir. 
Məktəb direktorunun iyirminci məsuliyyəti situasiya-
lara bağlı olaraq anlayış və məlumatlılıq ortaya qoyma-
sıdır. Məktəbin fəaliyyətindəki məlumatlardan, detallar-
dan xəbərdar olan direktor onlardan mövcud və gələcəkdə 
yarana biləcək problemləri həll etmək üçün istifadə edə 
bilir. Məktəb direktoru “Yolunda getməyən nəsə varmı?”, 
“Problemin səbəbi nədir?”, “İnformal olaraq müəllim qrup-
laşmaları varmı və varsa, hansı problemləri yarada bilər?”, 
“Məktəbdə problem yaradacaq hansı məsələlər var?” kimi 
sualları cavablandırmalı və müəllimləri ilə birlikdə onların 
həllini axtarmağa çalışmalıdır.
Məktəb direktorunun iyirmi birinci məsuliyyəti belə ifadə 
oluna bilər: onun müəllim və şagirdlərlə keyfiyyətli ünsiyyəti, 
daimi əlaqəsi var, sistemli və müntəzəm sinif müşahidəsi edir, 
tez-tez şagirdlərlə görüşlər təşkil edir, müəllim, şagird və va-
lideynlərin gözü qarşısındadır, onlar üçün əlçatmaz deyil.


203
Dəyər yaradan məktəblərə bir neçə nümunə göstərmək 
olar. Bunlar təhsil tarixində adları və praktikaları ilə məşhur 
olan təhsil müəssisələridir. Müxtəlif ədəbiyyatlarda bu təh-
sil müəssisələri alternativ məktəblər olaraq da adlandırılır. 
Alternativ - mövcud praktikadan fərqli, hamının bildiyi, 
hamının tətbiq etdiyi yanaşmalardan fərqlənən, seçilən 
məktəblər deməkdir. Alternativ məktəblərin təlim, tədris, 
kurikulum, məzmun istiqamətləri, idarəetmə yamaşması 
ənənəvi təhsil müəssisələrindən fərqlənir. Dəyər yaradan 
məktəblərin məqsədi standartlaşmaya qarşı çıxmaq, stan-
dart şagird anlayışından fərqli şagird anlayışına keçid və 
şagirdin özünəməxsus yaradıcılıq qabiliyyətini üzə çıxar-
maqdır. 
Təhsil tarixində dəyər yaradan məktəblər deyəndə ilk 
ağıla gələn Montessori məktəbləridir. Montessori məktəb-
ləri Mariya Montessori tərəfindən 1929-cu ildə qurulmuş-
dur. Mariya Montessori özü həmin müəssisələrdə şəxsən 
müəllimlik etmişdir. Montessori təlim üsulunun ənənəvi 
üsullardan fərqi onun şagird individullağına və özünəməx-
susluğuna önəm verməsi və eyni zamanda strukturlanmış, 
formalaşdırılmış təhsil anlayışından kənara çıxmasıdır. 
Montessori təlim üsulu dünyada əsasən məktəbəqədər təhsil 
müəssisələrində geniş istifadə olunur. Bu üsulun əsas özəl-
likləri müxtəlif yaş qruplarını eyni sinifdə toplamaq, xüsusi 
təlim materialları, əvvəldən xüsusi mühit hazırlamaq olaraq 
sadalana bilər. Montessori yanaşmasında şagird müstəqil 
olaraq əvvəldən hazırlanmış müxtəlif həyati təcrübələrlə 
başbaşa olur, onlarla məşğul olur və məşğul olarkən müəl-
limlərin köməyi ilə öyrənir. Beləliklə, şagird müəyyən bir 


204
çərçivəyə salınmır, öyrənmə fəaliyyətlərinə öz istəyi, arzusu, 
marağı istiqamətində müstəqil şəkildə qoşulur. Montessori 
təhsil yanaşmasında həyatın bütün mərhələləri materiallar 
halında sinifdə öz yerini tapır. Bununla da, şagirdlər həyat 
bacarıqlarını, qabiyyətlərini öyrənmiş olurlar. 
Dəyər yaradan məktəblərə digər bir misal isə Waldorf 
məktəbləridir. Waldorf məktəbləri Rudolf Stiyler tərəfindən 
qurulmuşdur. Rudolf Stiyler 1861-ci ildə dünyaya gəlmiş 
və həyatını təhsil müəssisələri açmaq və inkişaf etdirməyə 
həsr etmişdir. Waldorf məktəblərində azyaşlıların inkişaf 
nəzəriyyəsi əsas götürülür və bu nəzəriyyəyə görə uşaqların 
inkişafı mərhələlərə bölünür. Bu mərhələlərdə uşağın dün-
yanı tanıması, dəyişməsi, orta məktəb illəri və müccərəd 
düşüncəni başa düşməsi kimi mərhələlər nəzərdə tutulur. 
Waldorf məktəblərinin əsas xüsusiyyətləri bunlardır: 
A) Uşaq inkişafı nəzəriyyəsi, 
B) Müəllimin özünü inkişaf etdirməsi nəzəriyyəsi, 
C) Uşağın qabiliyyətinin ritmi ilə müəllimin metodları 
arasındakı uyğunluq, 
E) İdarətmə və tədrisin inteqrasiyası, 
F) Şagird, müəllim və valideynlərin dəstəklədiyi bir şə-
bəkə qurmaq. 
Dəyər yaradan məktəblərə başqa bir misal Paideya mək-
təbləridir. Paideya məktəbləri də özünəməxsusuğu ilə se-
çilən məktəblərdir. Bu məktəblər Mortimer Jerome Adler 
tərəfindən qurulmuşdur. Mortimer Jerome Adler 1902-ci 
ildə Nyu-Yorkda dünyaya gəlmiş və təhsil nəzəriyyələri 


205
ilə dünayada tanınmışdır. Adler 1930-cu ildə Çikaqo uni-
versitetinin fəlsəfə bölümündə müəllim işləmişdir. Onun 
qurduğu Paideya məktəbləri bir sıra xüsusiyyətləri özündə 
cəmləşdirir. Burada birinci özəllik didaktik üsula yanşmadır 
(təşkilatlandırma, şagirdlərə enerji vermə və didaktik dərs-
ləri məhdudlaşdırma). Paideya məktəblərinin ikinci özəlliyi 
kouçluğun tətbiq olunmasıdır. Üçüncü xüsusiyyət Paideya 
məktəblərində seminarların keçirilməsidir. Bu xüsusiyyət-
ləri ilə humanist cərəyanın fəlsəfi fikirlərini özündə cəm-
ləşdirən Paideya məktəbləri dəyər yaradan, fərqli yanaşma 
ortaya qoyan məktəb olaraq tarixə düşmüşdür. 
Dəyər yaratmaq, əvvəldə də qeyd olunduğu kimi, maddi 
və maddi olmayan, insanların önəm verdiyi, cəmiyyətlərə 
fayda verən varlıqlar, səmərələr, xid mətlər, məhsullar və 
emosialar əmələ gətirməkdir. Dəyər yaratmaq istəyən mək-
təb direktoruna aşağıdakı məsləhətlər də faydalı ola bilər:
• Düşünmək,
• Mütaliə etmək,
• Maraqlı, ilham verən filmlər və videolar izləmək,
• Şəxsi və peşəkar inkişafın marağında və həvəsində ol-
maq,
• Məktəbin resurslarını tanımaq,
• Valideyn, şagird və müəllim kontingentini yaxından 
tanımaq,
• Komanda qurmaq,
• Müzakirələr aparmaq,


206
• Problemləri müəyyən etmək üçün sorğular aparmaq,
• Layihələr yazmaq,
• Qərar qəbul edərkən işçilərin, şagirdlərin və validey-
nlərin fik rini öyrənmək,
• Kontingentin dəyərlərini bilmək.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin