Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə54/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
Direktorun el kitabi A5 21 04 2021

TƏŞKİLATİ MOBBİNQ
Mobbinq anlayışı iş həyatında ilk dəfə 1980-ci illərdə 
İsveçdə yaşayan alman sənaye psixoloqu Heinz Leymann 
tərəfindən istifadə olunub. Araşdırmaçıya görə, mobbinq 

psixoloji və sosial olaraq kədərə səbəb olan, bir və ya bir neçə 
şəxs tərəfindən (nadir hallarda dörd nəfərdən çox) bir başqa şəxsə 
(nadir hallarda daha çox şəxsə) ən az altı ay müddətində həftədə 


183
ən az bir dəfə tətbiq olunan hərəkətlər” şəklində ifadə edilir 
(Leymann, 1996: 165). Mobbinq anlayışı işçilərə iyerarxik 
strukturda özlərindən yuxarıda olan, aşağıda olan və ya 
bərabər pillədə olan əməkdaşlar tərəfindən sistemli şəkildə 
tətbiq olunan hər formada pis münasibət, təhdid, şiddət 
və təhqir kimi davranışları ifadə edən mənaları əhatə edir 
(Tınaz, 2008). Yəni mobbinq davranışlarını tətbiq edən 
əməkdaşlar sadəcə özlərindən aşağı pillədə olan işçilərə qar-
şı deyil, eyni pillədə və ya daha üst səviyyədəkilərə qarşı da 
eyni şəkildə davrana bilər. İş həyatında mobbinq davra-
nışlarının ortaya çıxma səbəbləri tam olaraq elmə məlum 
deyil. Lakin iş yerində baş verən münaqişələrdə bir tərəfin 
üstünlüyünü ələ keçirməsi, işdə baş verən anlaşmazlıqlar 
kimi müxtəlif səbəblər mobbinqin gerçəkləşməsinə təkan 
verə biləcək səbəblər olaraq qiymətləndirilir. Adətən mob-
binqi tətbiq edən şəxs güclü, mobbinqə məruz qalan şəxs 
isə daha zəif vəziyyətdə olur.
Digər təşkilatlarda olduğu kimi, məktəb təşkilatlarında 
da mobbinqə rast gəlmək mümkündür. Məktəb təşkilat-
larında müxtəlif şəxsiyyət tiplərinə və xarakterlərə sahib 
insanlar fəaliyyət göstərirlər. Bəzən arzu olunmayan hallar 
bu müxtəlifliklərdən qaynaqlanır. Ümumi olaraq məktəb 
mühitində ortaya çıxan mobbinq davranışlarının səbəbləri 
aşağıdakı kateqoriyalara ayrılır:
a) Mobbinqə məruz qalan şəxsdən asılı olan səbəblər;
b) Şəxsi səbəblər;
c) Ünsiyyətlə bağlı səbəblər.


184
Mobbinqə məruz qalan şəxsdən asılı səbəblər müxtə-
lif ola bilər. Bu səbəblər arasında mobbinqə məruz qalan 
şəxsin hər hansı fiziki məhdudiyyətinin olması və ya digər 
iş yoldaşlarına nisbətən daha yaşlı və ya daha gənc olma-
sı, cinsiyyəti, təhsilinin digərlərindən daha yüksək olma-
sı, siyasi görüşü və ya siyasi görüşlərindəki fərqlər, geyim 
tərzinin fərqli olması və s. kimi xüsusiyyətləri qeyd etmək 
mümkündür. Şəxsi səbəblər də müxtəlif ola bilər. Məsələn, 
mobbinqə məruz qalan birinin ərafındakılara təsir etmə-
si və ya nailiyyətlərinin çox olması, məktəb müəssisəsində 
idarəçilikdəki problemlər, xüsusən məktəb direktorunun 
idarəetmə bacarıqlarının qənaətbəxş olmaması və s. kimi 
səbəblər qeyd oluna bilər. Ünsiyyət ilə bağlı problemlər 
də mobbinqin ortaya çıxmasına səbəb ola bilər. Məktəbdə 
müəllimlər və digər personal arasında səmimi olmayan mü-
nasibətlər, mobbinqə məruz qalan şəxsin həddindən artıq 
emosional olması və s. kimi durumlar da mobbinqin ortaya 
çıxmasına şərait yarada bilər (Toker, 2008).
Mobbinq davranışları müxtəlif formada təzahür edə 
bilər. Bunlara nümunə olaraq, iş yoldaşları ilə tez-tez mü-
naqişələrin yaşanması, mobbinqə məruz qalan şəxs haqqın-
da dedi-qoduların yayılması, günahsız işçiyə bacarıqları və 
səriştələrinə uyğun olmayan, potensialından çox aşağı işlə-
rin verilməsi, gördüyü hər işin və ümumiyyətlə şəxsiyyəti-
nin təqib edilməsi, ona ləqəblər taxılması, digərləri tərəfin-
dən daima tənqid və istehzalı münasibətə məruz qalması, 
yazılı və ya şifahi formada müraciət etdiyi tələblərə cavab 
ala bilməməsi, işlə əlaqəli irəli sürdüyü təkliflərin qəbul 
edilməməsi, daha az əmək haqqı alması və s. göstərilə bilər 
(Tınaz, 2006: 49).


185
Qeyd olunanlardan da göründüyü kimi, mobbinq işçinin 
müsbət olmayan davranışını ifadə edir və mənfi nəticələ-
ri var. Müsbət olmayan davranışların məktəb təşkilatında 
nümayiş etdirilməsi məktəbdə həm insan münasibətlərinə, 
həm də tədrisin effektivliyi və idarəçilik prosesinə ciddi 
zərər gətirə bilir. Məktəbdə mobbinq davranışları nüma-
yiş etdirən və mobbinqə məruz qalan işçilərin varlığı təhsil 
müəssisəsi üçün təhlükə yarada və müəssisənin imicinə xələl 
gətirə bilər. Ona görə də bir təhsil lideri olaraq məktəb di-
rektoru və ya direktor müavinləri rəhbərlik etdikləri mək-
təbdə personal arasındakı münasibətlərin keyfiyyətinə əhə-
miyyət verməli, mobbinq halı müşahidə olunduğu zaman 
onun ortaya çıxmasına səbəb olan faktorları təhlil etməli, 
yəni mobbinqin qaynağını tapmalı və onun aradan qaldı-
rılması üçün yaranma səbəblərinə uyğun olaraq tədbirlər 
görməli, mobbinqə məruz qalan şəxsə dəstək olmalıdır. 
Mobbinqə səbəb olan hallar aşkar edilməzsə və problem 
həll edilməzsə, mövcud vəziyyət daha da kəskinləşə və təş-
kilatda böyük miqyaslı problemlərə səbəb ola bilər. Bu isə 
həm məktəbin imici, həm tədris prosesinin keyfiyyəti baxı-
mından olduqca təhlükəli bir hal olaraq qiymətləndirilir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin