539) Əng sümüyü haqqında anlayış hansıdır?
A) Tək sümük olub üzün orta hissəsində yerləşir
B) Üz skeletinin yeganə hərəkətli sümüyüdür, üzün aşağı hissəsini təşkil edir
C) Üz skeletinin yeganə hərəkətsiz sümüyüdür, üzün yuxarı hissəsini təşkil edir
D) Cüt və hərəkətli sümükdür, gözlərin aşağı hissəsindədir
E) Cüt sümük olub, üzün orta hissəsində yerləşir, hərəkətsız sümükdür
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 13
540) Hansı fikir düz deyil?
A) Hər bir dişin anatomik və klinik tacı var
B) Süd və daimi dişlərin sayı eynidir
C) İnsan ömrü boyu üç dişləm dövrü keçirir
D) Süd dişləri mavi rəngə çalır
E) Süd dişlərində kiçik azı dişləri olmur
Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста. Москва. «Медицина»-1991 səh 31
541) Düz dişləm hansı dişləm növünə aiddir?
A) Patoloji
B) Sagital
C) Transversal
D) Fizioloji
E) Dərin
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 33
542) Hər iki çənənin geriyə meylliyi vəziyyətində çənələrin qapanması necə adlanır?
A) Distal dişləm
B) Opistoqnatiya
C) Progeniya
D) Mezial dişləm
E) Proqnatiya
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 34
Dostları ilə paylaş: |