Distant təhsil və xüsusiyyətləri


Distant təhsillə qiyabi təhsilin arasında nə fərq var?



Yüklə 20,08 Kb.
səhifə2/2
tarix25.11.2022
ölçüsü20,08 Kb.
#70461
1   2
Distant təhsillə qiyabi təhsilin arasında nə fərq var?

Əslində, demək olar ki, ikisi də oxşardır. Amma distant təhsilin əsas fərqi ondan ibarətdir ki, dərslər internet vasitəsilə keçirilir. Tələbələr distant təhsili harada olmalarından asılı olmayaraq ala bilərlər. Bunun üçün sadəcə sürətli internet lazımdır. Qiyabi təhsildən fərqli olaraq distant təhsildə virtual da olsa tələbə və müəlim arasında əlaqə yaranır. Tədris prosesində müəyyən zaman fasiləsi uzun çəkmir, müəllim və tələbə arasında istənilən zaman onlayn əlaqə yaranır. Distant təhsil formasında tələbələrin birgə işi təşkil olunur: konferensiyalar, seminar və müzakirələr, birgə proyektlər.


Distant təhsil ilk olaraq qiyabi təhsil kimi görünsə də, əslində isə onun qiyabidən fərqləndirən xüsusiyyətləri çoxdur. Məsələn, qiyabi təhsil alan tələbələr məcburdurlar ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbələr artıq evdə oturduqları halda bu təhsili ala biləcəklər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri olsa da, bir çox fərqlilikləri var. Belə ki, qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də elə budur.


Distant təhsili tələbələrin harada olmasından asılı olmayaraq almaq mümkündür. Bunun üçün ilk növbədə sürətli internet lazımdır ki, tələbə bu təhsili ala bilsin. Distant təhsil vasitəsilə tələbələr Böyük Britaniya və dünyanın bir çox digər universitetlərində təhsil ala bilərlər. Dərslər onlara verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir. Qeyd edək ki, Distant təhsil üzrə verilən dərəcələr ayrı-seçkilik olmasın deyə əyani təhsilin diplomundan fərqlənmir. Bunun ikinci bir üstünlüyü isə Azərbaycanda oxuya- oxuya tələbələr eyni zamanda, distant təhsilini də davam etdirə bilərlər.

İllərdir ki, Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət, ali təhsil müəssisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir.


Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. Əslində distant təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlar da olmalıdır. Azərbaycanda hələ ki heç bir ölkənin distant təhsili tanınmır.
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin