1.7.
İstehsalat təcrübəsi və tətil müddətlərində
tələbələrin işləyib-işləməmələrindən asılı
olmayaraq, təqaüd alma
hüquqları saxlanılır.
[9]
1.8.
T
ələbələrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi
t
əqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.
1.9. Ali v
ə orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər
Akademiyasında akademik m
əzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam
h
əcmdə ödənilir və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının
n
əticələrinə əsasən ümumi əsaslarla verilir. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə
t
əqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılır və akademik məzuniyyətdən qayıtdıqda
t
ələbələrə təqaüdün verilməsi davam etdirilir.
[10]
1.10.
T
ələbələr üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.
1.11.
T
ələbələr üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi
icra hakimiyy
əti orqanları
və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilir.
Büdc
ədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası
və
magistratura s
əviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi müəssisə və təşkilatının Elmi Şurası
t
ərəfindən müəyyən olunur və
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
öd
ənilir.
Dostları ilə paylaş: