60
Qobustandan baĢını götürüb, yayın istisində əldən düĢmüĢ əsgər-
lərilə geri qaçan Pompey keçən qıĢı keçirdiyi Kaspi bölgəsinə payızqaba-
ğı dönür və 65/64-ün qıĢını da burada keçirir. Azərbaycandan geri
dönən Pompey
Qazax
bölgəsinə
qədər
gəldiyi yolla geri qayıdır,
buradan
Dilican-Qanlıca yolu ilə deyil, Qazax-Tiflis yolu ilə Borçalının yuxarı
bölgələrindən keçib
Kaspiyə
enir. QıĢı orada qalıb,
yazda Qanlıca-ArtaĢat-
Sürməli-Körpüköy yolu ilə geri qayıdır.
Beləliklə, Pompeyin Azərbaycana yürüĢ yolunu qədim qaynaqlar
üzrə
araĢdırmaqla bu ölkənin m.ö.
I əsrdəki etnik
tarixi-coğrafi
durumuna
aid müəyyən bilgi əldə etdik. Göründüyü kimi, yolboyu qarĢıya çıxan Kür,
Araz, Araq, Kasax, Kambis, Albana hidronimləri, Antak, Xazdar, Baqa,
Astarak, Qanlıca, Abul, Kaspi, Asqur, Alban toponimləri türk onomastik
qaynağını təĢkil edir və bunların içində azər/xəzər xalqı adının kökündə
duran qədim «az» boyuna aid genotoponimlərin tərkibi də müxtəlif dia-
lekt deyimlərini aydın əks etdirir:
Dostları ilə paylaş: