kliiniki müşahidə metodudur. Xəstənin hərəkətlərini evdə, xəstəxanada, iş yerində
izləmək lazımdır. Bu zaman onun mimikası, danışığı, suallara reaksiyası,
emosional halı, davranışı müşahidə obyekti olmalıdır. Xasiyyətlə, yaşla,
intellektual və mədəni səviyyə ilə bağlı bəzi xoşagəlməz halları psixi xəstəlik kimi
qiymətləndirmək olmaz. Mürəkkəb patopsixoloji xəstəliklərin diaqnostikasında
bəzən nisbətən mürəkkəb kliniki müayinə üsullarından istifadə etmək zərurəti
ortaya çıxır. Bunlardan biri eksperimental psixoloji müayinədir. Mürəkkəb
patopsixilioji sindromların diaqnostokasında, müalicə və ekspertiza işlərində bu
üsul daha səmərəlidir.
Diqqət, hafizə, qavrayış, təfəkkür və s. kimi psixi idrak proseslərinin
diaqnostikasında “Piktoqram” (15 20 sözü və ya söz birləşmələrinin yadda
saxlanılması), “Korrektura sınağı” (5-10 dəqiqə ərzində kiçik mətndəki bütün İ və
M hərflərinin üstündən xətt çəkmək), “Çıxma əməliyyat” (100 ədədindən8, 14,18
ədədlərini bir neçə dəfə ardıcıl çıxmaq tələb olunur), “10 söz öyrənmək” (on sözü
yadda saxlamaq, bir saat sonra təkrar etmək), “Rəsm əsərlərinin sujetinin təhlili”,
“Təsnifetmə” (şəkilləri qruplaşdırmaq), “Əşyaları ixtisar etmək” (çoxsaylı
şəkillərdən uyğun gəlməyəni ixtisar etmək), “Anlayışları fərqləndirmək”, xəstədən
iki sözün (əşyanın) fərqini söyləməsi soruşulur. Məsələn, pəncərə ilə qapı, maşınla
at, yağışla qar və s. ağıl zəifliyi olan şəxslər belə suallara cavab verməkdə çətinlik
çəkir, təfəkkür qabiliyyəti pozulmuş şəxslər isə suallara gülünc və məntiqsiz cavab
verirlər.
Yeni tarix dövründə psixoproseslərin təzəcə kəşf olunmuş fiziki və kimyəvi
qanunların köməyi ilə izah etmək cəhdləri yarandı. Belə ki, ingilis həkmi Hartli
(1705-1757) intellektual və iradi aktları Nüyuton təlimi nöqteyi-nəzərindən
qiymətləndirən assosiyativ psixologiya yaratmış, fransız həkimi Lametri (1709-
17057) şüurun təbiət proseslərinə tabeliliyi prinsipini irəli sürmüş, Amerika
psixiatriyasının banisi B.Raş (1745-1813) isə psixi və fiziki proseslər arasındakı
nəyinki düz, hətta əks əlaqələri də müəyyən etmişdir.
XIX əsrdə fiziologiya və nevrologiya intensiv inkişaf edir. Bu psixologiya
qanunlarının dərk olunmasına yeni təkan verir. Ingilis nevroloqu Çarlz Bell (1774-
- 5 -
1842), fransız fizioloqu F.Macandi (1783-1855) və alman fizioloqu İ.Müller
(1801-1858) insan davranışının əsası kimi reflektor fəaliyyət təlimini işləyib
hazırlayırlar. Avstriyalı həkim anatom F.Qal (1758-1828) psixi funksiyalların
lokallaşmasını öyrənərkən, yeni psixoloji fənn –frenologiyanın əsasını qoyur. Elmi
cəhətdən tutarlı olmasına baxmayaraq bu təlim baş –beyin qabığının psixi
proseslərdə mühüm rolu olduğunu irəli sürür.
Psixologiyanın müstəqil elmə çevrilməsində bütöv bir psixofizioloqlar
nəslinin böyük xidməti olmuşdur. Bunlardan orqanizmin özünütənzim təlimini
yaratmış K.Bernar (1813-1878), beyni reflektor aparat kimi qiymətləndirən
V.Leykok (1812-1876) və V.Karpenter (1813-1885), hiss orqanlarının fəaliyyətini
tətbiq etmiş H.Heymhols (1828-1894), prsixiproseslərlə orqanizdən kənarda baş
verən fiziki proseslər arasında əlaqəni müəyyənləşdirmiş Q.Fexner (1801-1887) və
E.Q.Veberi (1795-1878) göstərə bilərik. M.İ.Süçünov (1829-1905) psixiaktı
başlanğıcı, gedişatı və sonu olan bir proses kimi qiymətləndirmişdir. V.Vundt
(1832-1920) ilk dəfə sosiologiyanın təcrübi elm kimi quruluşunu vermişdir. 1875-
ci ildə Vundt dünyada birinci eksperimental psixologiya laboratoriyası təşkil
etmişdir. Bu laboratoriya sonralar çoxlu psixologiya karifeyləri yetirmiş instituta
çevrilmişdir. XX əsrin əvvəllərində psixologiyanın inkişafında psixi xəstəliklərin
klinikası sahəsində tədqiqatlar müjhüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyildir ki,
deferensial psixologiyanın işləyib hazırlamış E.Krepelin (1856-1926) bheviorizmin
təşəkkül tapmasına şərait yaratmış İ.P.Pavlo (1849-1936), psixoanalizin banisi
Z.Freyd (1856-1939) və fenomenologiya məktəbinin görkəmli nümayəndəsi
K.Yasper (1883-1969) kimi klinisistlər psixologiyada sammballı elmi cərəyanların
əsasını qoymuşlar.
Psixologiyanın inkişaf etməsi və müstəqil elmə çevrilməsi ilə birgə,
psixoloji biliklərin tibbi praktikaya geniş tətbiqi prosesi gedirdi. Bunların əsasında
bir çox psixi və psixosomatik xəstəliklərin müalicəsində çox effektli olan psixoloji
müalicə metodları yaradıldı. Xəstələri müalicə etmək məqsədilə hipmoz tətbiq
etməyə Mesmer (1734-1815) ilk dəfə cəhd göstərmiş, sonradan hipno-suggesiv
praktika Şarkonun (1825-1893) V.M.Bexterevin (1857-1927) və digər alimlərin
təcrübələrində öz əksini tapmışdır.
XX əsrin lap əvvəllərində yeni psixoterapevtik texnikalar meydana çıxdı.
P.Dübua (1848-1918) pasiyentin problemlərini şüur səviyyəsində qiymətləndirən
rasional terapiya, Z.Freyd və onun davamçıları isə şüuraltı mexanizmlərə müraciət
edərək, psixoanalizi işləyib hazırladılar. Sonradan yeni-yeni psixoterapiya
metodları –Q.Şultsun Qərb relaksasiya metodları ilə Şərq meditasiya
Dostları ilə paylaş: |