Dos. N. Z.Çələbiyev


üsullarını  özündə  birləşdirən  altogen  məşq,  geştat



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix02.01.2022
ölçüsü174,24 Kb.
#1593
1   2   3
üsullarını  özündə  birləşdirən  altogen  məşq,  geştat  psixologiyanın  nəzəri 

müddəalarına 

əsaslanan 

F.Perlzin 

geştat-terapiyası, 

Y.Morenonun 

psixodraması, K.Rogersin qeyri-drektiv terapiyası, bheviorizmin naliyyətlərinə 

əsaslanan Volpenin davranış terapiyası, Pelmanın idrak nəzəriyyəsinin üzərində 

qurulmuş 

A.Bekin 

koqnetiv 

terapiyası, 

H.S.Salivanın 

fərqlərarası 

münasibətlər  nəzəriyyəsindən  istifadə  edən  interpersonal  psixoterapiya  və  s. 

meydana çıxdı.  

İstənilən  elm  başqa  elmlərlə  qarşılıqlı  əlaqədə  və  onların    təsiri  altında 

inkişaf  edir.  Müasir  dövrdə  elmi-texniki  tərəqqi  elmlər  arasında  inteqrasiya 




 

- 6 - 


proseslərini  daha  da  gücləndirmişdir.  Bunun  sayəsində  yeni  qovuşuq  və  sərhəd 

elmlər meydana gəlir. 

Bəzi  elmlər  bir-biri ilə  üfiqi, bəziləri  isə şaquli  qarşılıqlı  təsirdə  formalaşır. 

Məsələn,  klinik  psixologiya  ilə  fəlsəfə  şaquli  qarşılıqlı  təsirdədir.  Fəlsəfə  klinik 

psixologiyanın metodoloji prinsiplərini müəyyənləşdirir. 

Klinik psixologiya elminin baza mənbələri ümumi psixologiya və psixiatriya 

elmləridir. 

Psixiatriya tibbə aid olsa da, klinik psixologiya ilə sıx əlaqədədir. 

Həm  klinik  psixologiyanın,  həm  də  psixologiyanın  tədqiq  etdiyi  məsələlər 

psixi  pozğunluqlar  olsa  da,  klinik  psixologiya  həm  də  xəstəlik  hesab  edilməyən 

problemləri  (məsələn,  ər-arvadlıq,  tərəfdaşlıq  problemlərini)  habelə,  somatik 

pozğunluqların psixi dəyişmələrə təsirini öyrənir. 

Klinik  psixologiya  psixiatriyanın  nəzəriyyə  və  praktikasının  inkişafına, 

nevrologiya,  neyrocərrahiyə,  daxili  xəstəliklər  və  digər  tibb  fənlərinin  inkişafına 

təsir göstərir. 

İnsanlarda  patopsixoloji  pozğunluqlar  adətən  eksteremal  şəraitdə  üzə  çıxır 

ki,  bunlar  da  digər  psixologiya  elmləri,  məsələn,  aviasiya  və  kosmik  psixologiya 

tərəfindən  öyrənilir.  Bununla  əlaqədar  yeni  elm  sahəsi  –  eksteremal  psixologiya 

elmi meydana gəlmişdir. 

Patopsixologiya  neyropsixologiya  ilə  də  ortaq  sahələrə  malikdir. 

Neyropsixologiya  psixi  funksiyaların  dinamik  lokallaşmasını,  psixi  cəhətdən 

şərtlənmiş funksional strukturların beyinin morfoloji makro və mikrostrukturları ilə 

normada olub-olmamasını araşdırır. 

Klinik  psixologiya  kliniki  diaqnostika,  psixoformokologiya,  psixoterapiya, 

patopsixologiya  kimi  elmlərlə  əlqədə  inkişaf  edir.  Burada  məhkəmə-tibbi 

psixiatriya,  hüquq  psixologiyası,  məhkəmə  psixiatriyası,  əmək  psixologiyası, 

defektologiya və s. də əlavə oluna bilər. 

Metodologiya  nəzəri  və  praktik  tədqiqatların  qurulması,  təşkili  və  həyata 

keçirilməsinin prinsip və üsullarının sistemidir. Onun fəlsəfi, ümumelmi, konkret-

elmi  olmaqla  bir  neçə  səviyyələri  vardır.  Metodologiya  dünyagörüşü  ilə  sıx 

bağlıdır.  Klinik  psixologiyanın  metodologiyasıkonkret-elmi  səciyyə  daşıyır  və 

tədqiqatçının dünyagörüşü səviyyəsi ilə bağlıdır. 

Metodologiya  konkret  elmi-priyom  və  metodları  əks  etdirir.  Məsələn, 

eksperiment,  müşahidə,  modelləşdirmə,  testlər  və  s.  Klinik  psixologiya  bir 

psixoloji fənn olaraq ümumi psixologiyanın metod və prinsiplərinə istinad edir. 

Rus  alimi  Plotonova  görə  klinik  psixologiya  üçün  ümumi  psixologiyanın 

prinsipləri – inkişaf prinsipi, determinizm prinsipi, strukturluluq prinsipi müstəsna  

əhəmiyyətə malikdir. 



Klinik psixologiyanın spesifik prinsiplərindən biri şəxsi yanaşma prinsipidir.  

  

Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin