Qida borusu xəstəlikləri
Qida borusu xəstəlikləri ilə əlaqədar meydana çıxan ağrı
sindromunun xüsusiyyətləri:
Döş sümüyünün arxasında, qida borusunun gedişi boyunca,
bəzən tutmaşəkilli
Daimi, müxtəlif intensivlikli yanğı, dolma və ya təzyiq hissi
(axalaziya zamanı), bəzən isə çox intensiv (“xəncər “ağrısı)
olur (bu, diafraqma dəliyi yırtığının boğulması əlamətidir)
Boyuna, bəzən çənəyə, kürək nahiyəsinə irradiasiya edir
Reflüks-ezofagitdə antasidlərin qəbulundan keçir, ezofaqospazm
zamanı nitroqliserin effektiv ola bilər
Odinofagiya (kəskin ezofagitdə – əksərən soyuq, isti qidalar,
xronik ezofagitdə – kobud, bərk qidalar)
Qida qəbulu ilə əlaqəli (ezofageal spazmda, axalaziyada),
uzandıqda, önə əyildikdə meydana çıxır (reflüks-ezofagitdə),
disfagiya, qıcqırma, turş möhtəviyyatla gəyirmə, qida borusu
qusması, requrgitasiya ilə müşayiət olunur
Dostları ilə paylaş: |