Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1382
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
 

İlk yardım: 

Qida borusunun spontan cırılması zamanı  xəstə  təcili cərrahi 

klinikaya çatdırılmalıdır.  

 

Döş qəfəsi xəstəlikləri 

Döş  qəfəsində meydana çıxan döş  qəfəsinin bilavasitə 

zədələnməsi ilə  əlaqədar ağrıların səbəbini vertebrogen (onurğanın 

döş  şöbəsinin distrofik zədələnmələri – spondilyoz, osteoxondroz; 

döş şöbəsi disklərinin yırtıqları) və qeyri-vertebrogen (mielit, Herpes 

Zoster, miofassial ağrı sindromu) olmaqla iki qrupa bölmək  olar. 

 

Vertebrogen ağrılar 

Osteoxondroz, gənclik kifozu, hormonal spondilopatiya, vərəm 

spondiliti, qabırğa oynaqlarının artriti və artrozu, distrofik 

dəyişikliklər (spondilyoz), döş  şöbəsi disklərinin yırtıqları  əksərən 

xroniki gedişə malik olur. Bəzən travmalardan sonra kəskin və 

yarımkəskin gedişli ola bilər.  

 

Ağrı bu zaman kürək və döş nahiyəsində lokalizasiya olunur  



 

Hərəkətlər zamanı onurğa sütununda meydana çıxır 

 

Döş  şöbəsi disklərinin orta lokalizasiyalı  yırtıqları zamanı 



kəskin aşağı paraplegiya meydana çıxa bilər 

 

Yan yırtıqlarda sinir kötüklərinin sıxılması ilə əlaqədar olaraq 



döş  qəfəsində meydana çıxan ağrı stenokardiya, plevral 

ağrıları imitasiya edə bilər 

 

Kompression-işemik mielo- və radikulopatiyalardan başqa 



əksərən qabırğaarası nevropatiyalar da meydana çıxır (spinal 

pozulmalarla müşayiət olunmur) 

 

Diaqnostika 

 



Döş qəfəsinin yırtıqları zamanı R-qrafiya ya norma daxilindədir

ya da degenerativ dəyişikliklər aşkar olunur 

 

KT və MRT daha informativ üsuldur (diskin yırtığı  və onurğa 



kanalının stenozu aşkar olunur) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 29


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin