2. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil
və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil
kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və
ya fransız dillərini seçə bilərlər.
İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30
olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:
Dostları ilə paylaş: |