I ixtisas qrupu
- riyaziyyat, fizika, kimya;
II ixtisas qrupu - riyaziyyat, coğrafiya, tarix;
III ixtisas qrupu
DT altqrupu -
qəbul imtahanı dilinə uyğun
olaraq Azərbaycan və ya rus
dili, tarix, ədəbiyyat;
TC altqrupu -
qəbul imtahanı dilinə uyğun
olaraq Azərbaycan və ya rus
dili, tarix, coğrafiya;
IV ixtisas qrupu -
biologiya, kimya, fizika.
III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC)
altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər ödəniş etməklə əlavə olaraq
coğrafiya fənnindən fərq imtahanı verirlər.
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür (jurnalın
15-ci səhifəsində balların hesablanma qaydası təqdim olunub). Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə
3 saat vaxt ayrılır.
Dostları ilə paylaş: |