DöVLƏT İmtahan məRKƏZİ 2022/2023-cü TƏDRİS İLİ ÜÇÜn azərbaycan respublikasinin ali TƏHSİl müƏSSİSƏLƏRİNİn bakalavriat səVİYYƏSİNƏ



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix09.04.2022
ölçüsü0,87 Mb.
#55018
1   ...   23   24   25   26   27   28   29   30   ...   47
Elan ali 2022 (2)

Xarici dil 


 

 

-  Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 3 və yazılı 



şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq; 

-  Qapalı tipli 16 tapşırıq; 

-  Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 4 və yazılı şəkildə cavablandırılması tələb 

olunan açıq tipli 4 tapşırıq. 



Azərbaycan (rus) dili 

-  Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq; 

-  Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): 

qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 tapşırıq. 



Riyaziyyat 

-  Qapalı tipli 13 tapşırıq; 

-  Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;  

-  Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq. 

 

Qəbul  imtahanının  birinci  mərhələsində  abituriyentlərin  toplaya  biləcəyi  maksimal  bal  hər  fənn  üzrə  100  bal 



olmaqla, cəmi 300 baldır. İmtahan üzrə balların hesablanma (ümumi və fənlər üzrə) qaydası 22-ci səhifədə təqdim 

olunub. İmtahanın müddəti 3 saatdır. 

Qəbul  imtahanlarının  birinci  mərhələsinin  (buraxılış  imtahanlarının)  nəticəsi  2  il  qüvvədə  olur.  Abituriyent 

müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil 

müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV 

ixtisas  qrupları  üzrə  müsabiqəyə  buraxılması  üçün  müvafiq  illərdə  qəbul  imtahanının  ikinci  mərhələsində  iştirakı 

zəruridir. Beləliklə, 2021-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz 

istəyindən  asılı  olaraq  cari  ildə  keçirilən  qəbul  imtahanının  I  mərhələsində  iştirak  edə  və  ya  etməyə  bilər.  İştirak 

etmədiyi  halda  abituriyentin  qəbul  imtahanının  I  mərhələsindəki  nəticəsi  kimi  ötənilki  imtahanın  nəticəsi  əsas 

götürülür.  İmtahanda  iştirak  etdiyi  halda  isə    müsabiqəyə  hansı  imtahanın  nəticəsi  ilə  qatılacağını  ixtisas  seçimi 

zamanı özü müəyyən edir. 2021-ci ildəki qəbul imtahanının I mərhələsinin (buraxılış imtahanının) nəticəsinə əsasən 

cari ildə ali təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak etmək istəyənlər elanın “Ərizə qəbulu” bölməsinin 

2-ci bəndində göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər). 

 

XQTİ-lərin  müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi  yalnız abituriyentin 



imtahan verdiyi il qüvvədə olduğu üçün, XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq 

qabiliyyət imtahanlarında iştirak etməlidirlər. 

 

Qəbul  imtahanının  ikinci  mərhələsində  (I-IV  ixtisas  qrupları,  o  cümlədən  III  ixtisas  qrupunun  DT  və  TC 



altqrupları üzrə) abituriyentlər ixtisas qrupları və altqrupları üzrə 3 fəndən imtahan verirlər. Hər bir fəndən 30 tapşırıq 

(ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-

i cavabların kodlaşdırılması  tələb olunan  hesablama, seçim  və  ya  uyğunluğu  müəyyən etmək tipli tapşırıqlardır. 

Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən 

qiymətləndirilən situasiya, mətn və mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, 

biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə 

mənbə əsasında hazırlanır. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri aşağıdakılardır:  


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin