Bilməlidir: yuxarı təşkilatların qərar və göstərişlərini; əməyin təşkili, əmək haqqı və istehsalın idarəedilməsi üzrə metodiki və normativ materialları; əmək qanunvericiliyini; əməyin iqtisadiyyatını; cari və perspektiv proqnozlaşdırmanı; əməyin elmi təşkilini, əmək məhsuldarlığının yüksəldilməsinin təşkilati-texniki üsullarını; istehlak fondu smetasının tərtib edilməsini; əməyin normalaşdırılması metodlarını işçilərin mükafatlandırılması üsullarını; işlərin və qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini, onlara tarif təyin edilmə qaydalarını; əmək və əmək haqqının proqnozlaşdırılması, uçotu və təhlili metodlarını, əməyin ödənilməsində ixtisas dərəcələrinə olan tələbləri; əmək haqqına əlavələrin verilməsi qaydalarını; bölmələr üzrə təlimatları, iş vaxtından istifadə metodlarını; əməyin təşkili üzrə beynəlxalq təcrübəni, normalaşdırmanın vəziyyətinin və normaların keyfiyyətinin təhlilini; istehsalın texnologiyasının əsaslarını; əmək psixologiyasının əsaslarını; iş vaxtı sərfinin ölçülməsi, texniki əsaslanmış normaları hesablamaq üçün texniki vəsaitləri; istehsalın idarəedilməsi üzrə qabaqcıl təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
l. Əsas şöbənin rəisi, müdiri Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq iş üzrə 5 ildən az olmayaraq iş stajı;
11-ci dərəcə: IV qrup müəssisədə əsas şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə;
12-ci dərəcə: III qrup müəssisədə əsas şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə;
13-cü dərəcə: II qrup müəssisədə əsas şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə; 14-cü dərəcə: I qrup müəssisədə əsas şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə.
2 .Köməkçi şöbənin rəisi, müdiri. Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq iş üzrə 5 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə: IV qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə;
11 -ci dərəcə: III qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə;
12-ci dərəcə: II qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə;
13-cü dərəcə: I qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə.