Maddə 29
-1.
Müsahibənin nəticələrinə yenidən baxılması
Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının
yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.
[143]
M a d d ə 3 0 .
Dövlət qulluğunun şərtləri
30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı
-
ayrı
kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı
müəyyən edilə bilər.
30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını
ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş
vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər
saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
30.3. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30
təqvim günü müddətində
haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən
əlavə
məzuniyyət aşağıdakı qaydada verilir:
[144]
30.3.1. 5 ildən 10 ilədək
əmək stajına görə
—2
təqvim günü;
30.3.2. 10 ildən 15 ilədək
əmək stajına görə—4 təqvim günü;
30.3.3. 15
ildən çox
əmək stajına görə
—6 təqvim günü;
Dostları ilə paylaş: