30-
1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə
rəhbəri tərəfindən həyata keçirilir.
30-
1.3. Dövlət
qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında
qiymətləndirilir:
30-
1.3.1. peşə bilikləri;
30-
1.3.2. xidməti vəzifələrə münasibət;
30-
1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-
1.3.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-
1.3.5. əmək intizamı;
30-
1.3.6. iş təcrübəsi və onu bölüşmə;
30-
1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.
30-
1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti
bu Qanunun 30-1.3-
cü maddəsində
göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-
1.4.1. təhlil və proqnozlaşdırma;
30-
1.4.2. idarəetmə;
30-
1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
30-1.4.4. komanda qurmaq baca
rığı.
30-
1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-
1.5.1. əla;
30-
1.5.2. yaxşı;
30-1.5.3. kafi;
30-1.5.4. qeyri-kafi.
30-
1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu sənəddə
dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı
şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti
qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.
30-
1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına
dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun
şəxsi işinə əlavə edilir.
M a d d ə 3 2 .
Dövlət qulluğunda irəli çəkilmək hüququ
32.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə,
habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
[159]
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini
müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant
vəzifə olması, habelə vakant vəzifənin
tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə
alınmaqla həyata keçirilir.
Dostları ilə paylaş: