Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 390,33 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix26.01.2020
ölçüsü390,33 Kb.
#30308
1   2   3
civil service


 

 

22-1.1.  Dövlət  qulluqçusunun  əlavə  təhsili  fasiləsiz  təhsilin  və  peşə  hazırlığının 



tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi 

olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş 

şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir.

 

 

       22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildir.



 

 

22-1.3. Dövlət qulluqçusunun 



əlavə təhsil alması

 üçün aşağıdakılar əsasdır:



 

 

22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi; 



22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi; 

22-1.3.3. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi; 

22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü. 

22-1.4.  Dövlət  qulluqçusunun 

əlavə  təhsil  alması

  həmin  dövlət  orqanının  rəhbəri 

tərəfindən müəyyən edilir. 

22-1.5.  Dövlət  qulluqçusunun  əlavə  təhsili  ixtisasartırma  və  yenidənhazırlanma 

qurumlarında,  peşə-ixtisas  təhsili  müəssisələrində  yaradılmış  müvafiq  strukturlarda, 

stajkeçmə  və  peşə  hazırlığı  kurslarında  və  bu  sahə  üzrə  fəaliyyətinə  xüsusi  razılıq 

verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata 

keçirilir.

 

22-1.6. Dövlət qulluqçusu əlavə 



təhsil 

almaq üçün xarici ölkələrə ezam edilə bilər.



 

 

22-1.7. Dövlət qulluqçusunun əlavə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla 



və ya ayrılmamaqla həyata keçirilir.

 

 

22-1.8. Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir. 

22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali 

Məhkəməsinin,  Azərbaycan  Respublikası  Məhkəmə-Hüquq  Şurasının  və  Azərbaycan 

Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci-5-ci 

kateqoriya  dövlət  orqanlarında  ali  hüquq  təhsili  tələb  edən  vəzifələrdə  qulluq  keçən  dövlət 

qulluqçuları  mütəmadi  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanının  tədris-elm  müəssisəsində 

peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. 


M a d d ə   2 3 .

 Dövlət qulluqçularının pensiya təminatı  

23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” 

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 

23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından 

və  dövlət  məvacibinin  məbləğindən  asılıdır.  Dövlət  qulluqçusuna  “Əmək  pensiyaları  haqqında” 

Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin 

edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur

.

 

23.3.  Müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına  çatmasına  ,  əlilliyinə  və  ya 



sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu 

Qanunun  23.2-ci  maddəsi  ilə  müəyyən  edilmiş  minimum  qulluq  stajına  və  əmək  pensiyası  almaq 

hüququna  malik  olmayan  dövlət  qulluqçusuna  qanunvericiliklə  müəyyən  edilmiş  miqdarda 

ömürlük müavinət təyin edilir.  

23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət 

qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.  

23.5. Çıxarılıb

 

M a d d ə   2 4 .



 Dövlət qulluqçularının mükafatlandırılması  

 24.1.  Dövlət  qulluqçusunun  vəzifə  borclarını  yerinə  yetirərkən  səylə  çalışması  hərtərəfli 

mükafatlandırılır.  Dövlət  qulluqçularının    mükafatlandırılmasının  növləri  və  qaydaları 

qanunvericiliklə müəyyənləşdirilir. 

 24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və 

andına sədaqəti dövlət tərəfindən  qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən 

təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət  qulluğunda fərqlənməyə 

görə»  medalı  ilə,  digər  orden  və  medallarla  təltif  olunmasından,  habelə  Azərbaycan 

Respublikasının  fəxri  adlarını    almasından  ibarətdir.  Dövlət  qulluqçularının  orden  və 

medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və  qaydalar 

qanunvericiliklə müəyyən edilir. 

M a d d ə   2 5 .



 

Dövlət qulluqçusunun məsuliyyəti

 

 

25.1.  Dövlət  qulluqçusuna  həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməməsi  və  ya  lazımi 



şəkildə  yerinə  yetirilməməsi,  habelə  bu  Qanunla  müəyyən  edilmiş  məhdudiyyətlərə  əməl 

olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 

25.2.  Dövlət  qulluqçusu  bu  Qanunun  18-ci,  20-ci  və  ya  25.11-ci  maddələrində  nəzərdə 

tutulmuş  tələbləri  pozduqda,  onun  barəsində  aşağıdakı  intizam  tənbeh  tədbirlərindən  biri 

tətbiq edilə bilər:  

25.2.1. töhmət; 

25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 

25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 

25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 

25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 

25.2.6. dövlət qulluğundan azad edilməsi. 

25.3.  Bu  Qanunun  25.2-ci  maddəsinə  uyğun  olaraq  intizam  tənbehinin  tətbiqinə  əsaslar 

olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan 

yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin 

edir.  Dövlət  qulluqçusunun  yazılı  izahat  verməkdən  imtina  etməsi  rəsmiləşdirilir  və  bu, 

intizam tənbehinin tətbiqinə mane olmur. 



25.4.  Xidməti  yoxlamanın  aparılması  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

25.5.  Dövlət  qulluqçularına  intizam  tənbehi  bu  Qanunun  25.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  əsaslar  aşkar  edildiyi  gündən  bir  ay  keçənədək  verilə  bilər.  Dövlət  qulluqçusunun 

məzuniyyətdə,  ezamiyyətdə  olduğu,  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  barəsində 

xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 

25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin 

icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci 

maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 

25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri 

dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində 

nəzərdə  tutulmuş  intizam  tənbeh  tədbiri  isə,  habelə  dövlət  qulluqçusunun  qulluq  keçdiyi 

dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq 

oluna bilər. 

25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 

iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin 

orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə 

saxlanılmalıdır.  Tətbiq  olunmuş  intizam  tənbeh  tədbirindən  şikayət  verilməsi  qaydası 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və 

cinayət məsuliyyətinə cəlb oluna bilər. 

25.10.  Dövlət  qulluqçusu  onun  təqsiri  üzündən  dəymiş  zərər  üçün  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət  daşıyır.  Dövlət  qulluqçusunun  qanuna  uyğun 

hərəkətləri  nəticəsində  dəymiş  zərərin  əvəzi  tam  həcmdə  Azərbaycan  Respublikasının  dövlət 



büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən 

müvafiq  icra  hakimiyyəti  orqanının  və  işsizlikdən  sığorta  fondunun  büdcəsinin  vəsaiti  hesabına 

ödənilir.



 

 

25.11.  Dövlət  qulluqçusu  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan 



Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya 

həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya 

cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

 

 



M a d d ə   2 6 .

  Qanunsuz  göstərişin  yerinə  yetirilməsi  üstündə  dövlət 

qulluqçusunun məsuliyyəti  

 26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. 

 26.2.  Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan  dövlət  qulluqçusunun  etirazına 

baxmayaraq,  həmin  rəhbər  işçi  öz  göstərişini  qüvvədə    saxlayırsa  və  ondan  yuxarı  vəzifəli 

rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. 

 

V   f ə s i l  



 DÖVLƏT QULLUĞU KEÇMƏ 

 

M a d d ə   2 7 .



 Dövlət qulluğuna qəbul edilmək hüququ 

 27.1.  Azərbaycan  Respublikasının  16  yaşına  çatmış,  irqindən, 

etnik  mənsubiyyətindən

dinindən,  dilindən,  cinsindən,  sosial  mənşəyindən,  əmlak  vəziyyətindən,  yaşayış  yerindən, 



əqidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  müvafiq  vəzifənin  

tələblərinə  uyğun  peşə  hazırlığına  malik  olan  və  Azərbaycan  Respublikasının  dövlət  dilini 

sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. 

 27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz: 

 27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə 

malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə; 

 27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə; 

 27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın 

qohumluq  və  ya  qudalıq  (ər-arvadlar,  onların    valideynləri,  qardaşları,  bacıları,  övladları) 

əlaqəsi olduqda;  

27.2.4.  barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinə  dair  məhkəmənin  qanuni 

qüvvəyə minmiş qərarı olarsa;

 

 27.2.5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda. 



 27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət 

qulluğuna  qəbul  edilməsinin  mümkün  olub-olmaması  qabaqcadan  yoxlanılır.  Yoxlamanın  

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı 

yoxlanmamalıdır. 



 

M a d d ə  28. Dövlət qulluğuna qəbul 

 

28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və 

müsahibədən ibarətdir. 

28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin 

təsnifat  toplusuna  uyğun  olaraq  inzibati  vəzifələr  üzrə  dövlət  qulluğuna  qəbul  üçün  ayda  bir 

dəfədən az olmayaraq test imtahanları təşkil edir. 

Test  nümunələrinin  hazırlanması,  ekspertizası,  təsdiqi,  test  imtahanının  təşkili, 

keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən 

edir. 

Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı 

müəyyən edir. 

28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə 

inzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusuna  uyğun  olaraq  inzibati  vəzifə  üzrə  test 

imtahanından  keçdiyini  təsdiq  edən  sertifikat  verir.  Forması  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyən  edilən  sertifikatın  qüvvədəolma  müddəti  beş  ildir.  Şəxs  dövlət  qulluğu 

vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. 

28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. 

Müsahibənin  keçirilməsi  haqqında  elan,  sənədlərin  qəbulu  üçün  müəyyən  edilmiş  son 

müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun,  dövlət qulluğu 

vəzifəsinin  aid  olduğu  dövlət  orqanının  internet  saytında  və  digər  kütləvi  informasiya 

vasitələrində verilir. 

28.5.  Dövlət  qulluğunun  müvafiq  vəzifəsi  üzrə  test  imtahanından  keçdiyini  təsdiq  edən 

sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs 

müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid 

olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin 

qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. 

Dövlət  qulluğu  vəzifəsinin  aid  olduğu  dövlət  orqanı  müsahibənin  keçirilməsi  üçün 

müsahibə  komissiyası  yaradır.  Müsahibə  komissiyası  3  nəfərdən  ibarət  tərkibdə,  müvafiq  icra 

hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə 

yaradılır.  Müsahibə  komissiyası  üzvünün  müsahibənin  nəticələri  barədə  xüsusi  rəyi 

müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. 

Müsahibə  komissiyasının  reqlamenti,  o  cümlədən  müsahibə  komissiyası  tərkibinin 

formalaşdırılması,  müsahibənin  keçirilməsi,  qiymətləndirmənin  aparılması,  müsahibənin 

nəticələrinin  araşdırılması  qaydası  və  keçid  balları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

28.7.  Müsabiqədən  müvəffəqiyyətlə  keçmiş  namizədlər  vakant  dövlət  qulluğu  vəzifəsinə 

təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət 

orqanının  rəhbəri  təqdim  olunmuş  namizədlərdən  birini seçərək,  altı  ay  müddətinə  stajçı  kimi 

qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət 

orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir 

və  staj  müddəti  qurtardıqdan  sonra  stajçının  sınaq  müddəti  ilə  dövlət  qulluğuna  qəbul 

edilməsinin  məqsədəuyğun  olub-olmadığı  barədə  tövsiyə  təqdim  edir.  Tövsiyə  müsbət  olarsa, 

stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. 

Əmək  müqaviləsində  sınaq  müddəti  ərzində  qulluq  keçmənin  şərtləri  müəyyənləşdirilir. Sınaq 

müddəti  ilə  dövlət  qulluğuna  qəbul  edilən  şəxslə  bağlanan  əmək  müqaviləsinin  nümunəsi 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir.  Sınaq  müddəti  ərzində  əmək 

müqaviləsi  pozulmayıbsa,  həmin  müddət  qurtardıqdan  sonra  dövlət  orqanının  rəhbəri 

müqavilənin  şərtlərinə  uyğun  olaraq,  həmin  şəxsin  daimi  dövlət  qulluğuna  qəbul  edilməsi 

haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul 

edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. 

28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə 

uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj 

müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci 

maddəsinə  uyğun  olaraq  yenidən  müsabiqədən  keçdikdə,  əvvəlki  sınaq  müddəti  nəzərə 

alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. 

28.9.  Daimi  dövlət  qulluğuna  qəbul  edilmiş  və  bu  Qanunun  33.1-ci  maddəsinə  uyğun 

olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) 

yenidən  dövlət  qulluğuna  qəbul  edildikdə,  onlar  barəsində  bu  Qanunun  28.7-ci  maddəsində 

nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. 

28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət 

orqanının sənədi ilə təsdiq edilir. 

28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, 

lakin  vakant  vəzifəyə  təyin  edilməmiş  namizədlər  iki  il  müddətində  həmin  dövlət  orqanında 

ehtiyat  kadr  kimi  saxlanılır.  Bu müddət  ərzində həmin  dövlət  orqanında analoji  vakant  vəzifə 

olduqda,  namizədlər  onların  razılığı  ilə  həmin  vəzifələrə  təyin  edilir.  Həmin  müddət  ərzində 

inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət 

orqanında  ehtiyat  kadr  kimi  saxlanılması  digər  dövlət  orqanında  dövlət  qulluğuna  qəbul  üzrə 

keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır. 

Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq 

vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və 

ümumi müsahibəyə çıxarılmasına yol verilmir. 

28.12.  Bu  Qanunun  28-ci  maddəsinin  müddəaları  ali  kateqoriya  dövlət  orqanlarında 

inzibati  vəzifələrin  ali,  birinci,  ikinci  və  üçüncü  təsnifatı  vəzifələrinə,  Azərbaycan 

Respublikasının  xarici  ölkələrdə  fəaliyyət  göstərən  səfirlik  və  konsulluqlarında  təyin  olunan 

ticarət nümayəndələri vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula 

və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula 

şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa 

(xidmətə)  qəbul  qaydaları  Azərbaycan  Respublikasının  dövlət  qulluğunun  xüsusi  növünü 

tənzimləyən qanunları ilə müəyyən edilir. 

28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  təsdiq  olunmuş  dövlət  proqramı  çərçivəsində  xaricdə  təhsil  almış  şəxslərin  dövlət 

qulluğuna  qəbulu  ilə  bağlı  bu  Qanunun  28.1-ci  maddəsi  tətbiq  edilmir.  Həmin  şəxs  vakant 

dövlət  qulluğu  vəzifəsinin  aid  olduğu  dövlət  orqanına  müraciət  edərək,  tələb  olunan  sənədləri 

təqdim  etməlidir.  Sənədlər  təqdim  edildikdən  sonra  həmin  şəxs  5  iş  günü  müddətində  dövlət 

orqanının  rəhbərinə  təqdim  olunur.  Dövlət  orqanının  rəhbəri  həmin  şəxsi  stajçı  kimi  qulluğa 

qəbul  etməli  və  vakant  dövlət  qulluğu  vəzifəsinə  təyin  etməlidir.  Həmin  şəxsin  stajçı  kimi 

qulluğu,  habelə  onun  sınaq  müddəti  ərzində  qulluq  keçməsi  və  daimi  dövlət  qulluğuna  qəbul 

edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir. 

 

M a d d ə  28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi 



 

28-1.1.  Dövlət  qulluqçusu  kimi  fəaliyyətini  davam  etdirmək  istəyən  şəxs  sertifikatın 

qüvvədə  olma  müddətinin  son  ilində  növbəti  sertifikat  almaq  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat 

almalıdır. 

28-1.2.  Sertifikat  alaraq  dövlət  qulluğuna  qəbul  edilən  şəxs  sonradan  iki  dəfə  sertifikat 

aldıqda,  sonuncu  sertifikat  şəxsə  ömürlük  verilir  və  həmin  şəxs  dövlət  qulluqçusu  kimi 

fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. 

28-1.3.  Sertifikat  alaraq  dövlət  qulluğuna  qəbul  edilən  şəxsi  işlədiyi  dövlət  orqanının 

rəhbəri  bu  Qanuna  əsasən  digər  oxşar  vəzifəyə  təyin  edə,  habelə  sertifikatına  uyğun  olaraq, 

vəzifədə irəli çəkə bilər. 

 

Maddə 29. İnzibati vəzifələrin tutulması  



 

29.1. 


Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına

 uyğun 


olan  vəzifələrin  tutulması  müsahibə  keçirilməklə  və  ya  qulluqda  yüksəliş  yolu  ilə  həyata 

keçirilir.



 

 

29.2. 



Birinci-beşinci  kateqoriya  dövlət  orqanlarında  (müvafiq  icra  hakimiyyəti  orqanı  və 

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin 

olunan  ticarət  nümayəndələri  vəzifələri  istisna  olmaqla)  inzibati  vəzifələrin  birinci-yeddinci 

təsnifatlarına uyğun olan vəzifələrin

 tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında 



bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-

29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 



Birinci-beşinci kateqoriya 

dövlət orqanının

  rəhbəri  inzibati  vəzifələrin 



birinci

-yeddinci  təsnifatlarına  uyğun  olan  vakant 

vəzifə  yarandığı  gündən  bir  ay  ərzində  müsabiqənin,  ümumi  müsahibənin  və  ya  daxili 

müsahibənin  keçirilməsi  barədə  qərar  qəbul  etməlidir. 



Müvafiq  icra  hakimiyyəti  orqanının 

yaratdığı  qurum

  və  müsabiqə  (müsahibə)  barədə  qərar  qəbul  edən  müvafiq  dövlət  orqanı 

həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər. 

Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə 

tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə keçirilərkən bu 

maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir. 

Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında (bu 

maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər 

müvafiq  icra  hakimiyyəti  orqanında)  tutduğu  inzibati  vəzifə  ilə  eyni  təsnifatdan  və  ya  aşağı 

təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər. 

Müvafiq  icra  hakimiyyəti  orqanında  inzibati  vəzifələrin  beşinci-yeddinci  təsnifatlarına 

uyğun  olan  vakant  vəzifələrin  tutulması  həmin  dövlət  orqanı  rəhbərinin  qərarı  əsasında  bu 

qanunun  29.4-cü,  29.6-29.8-ci  maddələrinə  uyğun  olaraq  yalnız  müsahibə  yolu  ilə  həyata 

keçirilir. 



Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda 

ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə 

bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

 

29.3. 



Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna 

olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin

 həmin dövlət 

orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin 

təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və 

dövlət  orqanında  inzibatı  vəzifələrdə  çalışmış  şəxslər  tərəfindən  tutulması  müsahibə  yolu  ilə 

həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun 



olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. 

Birinci-beşinci  kateqoriya  dövlət  orqanlarında  (müvafiq  icra  hakimiyyəti  orqanı  istisna  olmaqla) 

inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət 

orqanı  rəhbərinin  qərarı  əsasında,  ilk  növbədə,  həmin  dövlət  orqanında  inzibati  vəzifələrdə 

qulluq  keçən  və  inzibati  vəzifələrin  təsnifatına  uyğun  ixtisas  dərəcəsi  olan  dövlət 

qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu 

Qanunun  29.4-29.9-cu  maddələrinin  tələbləri  nəzərə  alınmaqla,  bu  Qanunun  29.6-cı 

maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

  

Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati 



vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-

cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin 

iştirakını  nəzərdə  tutan  müsahibə  (ümumi  müsahibə)  və  ya  bu  Qanunun  28-ci  maddəsində 

nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. 

Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata 

keçirildikdə  qanunvericiliklə  müəyyən  edilmiş  vakant  vəzifələrin  tutulmasının  ümumi 

şərtlərinin tələbləri gözlənilməlidir. 

29.4.  Bu  Qanunun  29.3-cü  maddəsinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  hal  istisna 

olmaqla,  müsahibə  barədə  elan  müvafiq  dövlət  orqanının  müraciəti  əsasında 

müvafiq  icra 

hakimiyyəti  orqanının  yaratdığı  qurum

  tərəfindən  kütləvi  informasiya  vasitələri  ilə 

müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir. 


Müsahibənin  bu  Qanunun  29.3-cü  maddəsinin  ikinci  hissəsinə  uyğun  keçirilməsi  barədə 

dövlət  orqanı  rəhbərinin  qərarı  müsahibənin  keçirilməsi  tarixinə  bir  ay  qalmış  həmin  dövlət 

orqanında rəsmi elan olunur. 

29.5.  Müsahibədə  barəsində  müsahibə  elan  edilən  vəzifənin  təsnifatından  ən  çoxu  iki 

təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat 

aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. 

Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və 

müsabiqəyə buraxılmırlar. 

Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-

yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı 

ilə tutulmasına şamil olunmur

29.6.  Müsahibə  müvafiq  dövlət  orqanı  rəhbərinin  yaratdığı  komissiya  tərəfindən  müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir. 

29.7.  Bu  Qanunun  29.6-cı  maddəsində  nəzərdə  tutulmuş  komissiya  müvafiq  icra  hakimiyyəti 

orqanının  yaratdığı  qurumun  1  nümayəndəsi  və  1  müstəqil  ekspert  daxil  edilməklə,  3  nəfərdən  ibarət 

tərkibdə yaradılır.

 

29.8.  Müsahibə  zamanı  müsahibədə  iştirak  edən  şəxsin  bilik  səviyyəsi,  peşə  hazırlığı, 



ümumi  dünyagörüşü,  barəsində  müsahibə  elan  edilən  vəzifə  üçün  zəruri  olan  keyfiyyətləri 

yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. 

29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır: 

29.9.1. ixtisas dərəcəsi

29.9.2. çıxarılıb 

29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma.  

29.10.  Müsahibənin  nəticələrinə  görə  müvafiq  inzibati  vəzifənin  tutulması  barədə  qərar 

qəbul edilir. 

29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin 

həmin  vəzifənin  müsabiqə  əsasında  tutulması  barədə  qərarı  əsasında  bu  Qanunun  28-ci 

maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilir. 

29.12.  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  fəaliyyət  göstərən  səfirlik  və 

konsulluqlarında  ticarət  nümayəndələri  müvafiq  icra  hakimiyyəti  orqanının  rəhbəri  tərəfindən 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

 

 



Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması 

Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının 

yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.

 

 



M a d d ə   3 0 .

 Dövlət qulluğunun şərtləri 

 30.1.  Dövlət  qulluğunda  iş  vaxtı  həftədə  40  saatdır.  Dövlət  qulluqçularının  ayrı-ayrı 

kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı  müəyyən edilə bilər. 

 30.2.  Qulluq  üçün  zəruri  olduqda  dövlət  orqanının  rəhbəri  müstəsna  hallarda  iş  vaxtını 

ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş  vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər 

saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. 

 30.3. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində 

haqqı  ödənilən  əsas  məzuniyyət  verilir.  Uzun  illər  işləməyə  görə  haqqı  ödənilən    əlavə 

məzuniyyət aşağıdakı qaydada verilir: 

30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü



 30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü; 

 30.3.3. 15 ildən çox əmək stajına görə —6 təqvim günü; 

 

Dövlət  qulluqçusu  öz  arzusu  ilə  və  dövlət  orqanı  rəhbərinin  razılığı  ilə  ödənişsiz 

məzuniyyətə göndərilə bilər.

 

 30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur: 



 30.4.1.  mehmanxanada  və  ya  xidməti  yaşayış  sahəsində  yer,  altı  aydan  çox  müddətə 

ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil  sahəsi; 

 30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı; 

 30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən 

orqanın vəsaiti hesabına xidmətlər.  

30.5. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə 

aparmağa  ixtiyarı  vardır.  Ona  müəyyən  edilmiş    yaşayış  normalarına  uyğun  gələn  məişət 

ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki 

yaşayış  sahəsi  saxlanılır.  Dövlət  qulluqçusunun  ailə  üzvlərinə  işə  və  ya  təhsil  müəssisəsinə 

düzəlməkdə  kömək  göstərilir,  məktəbəqədər  təhsil  müəssisələrində  yer  verilir  və  lazım 

gəldikdə,  onu  göndərən  orqanın  vəsaiti  hesabına  haqqı  ödənilən  tibbi  xidmət  göstərilir. 

Müvəqqəti    olaraq  başqa  yerə  qulluğa  keçirilməklə  bağlı  olan  digər  məsələlər  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur. 

30.6.  Yardımçı  vəzifələr  tutun  dövlət  qulluqçularının  əmək  münasibətləri  bu  Qanunun 

müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

 

 



Maddə 30-1. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

 

 

30-1.1.  İnzibati  vəzifə  tutan  dövlət  qulluqçusunun  xidməti  fəaliyyəti  hər  təqvim 



ilinin  sonunda  qiymətləndirilir.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin 

qiymətləndirilməsinin  məqsədi  onun  il  ərzində  vəzifəsinin  öhdəsindən  gəlməsini, 

tutduğu  vəzifəyə  dair  tələblərin  yerinə  yetirilməsini  qiymətləndirməkdən  və  işçinin 

gələcək inkişafını müəyyən etməkdən ibarətdir. 

30-1.2.  Dövlət  qulluqçusunun  fəaliyyətinin  qiymətləndirilməsi  onun  bilavasitə 

rəhbəri tərəfindən həyata keçirilir. 

30-1.3.  Dövlət   qulluqçusunun  xidməti  fəaliyyəti  aşağıdakı  meyarlar  əsasında 

qiymətləndirilir: 

      30-1.3.1. peşə bilikləri; 

30-1.3.2. xidməti vəzifələrə münasibət

30-1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 

30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq; 

30-1.3.5. əmək intizamı; 

30-1.3.6. iş təcrübəsi və onu bölüşmə; 

30-1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər. 

30-1.4.  Rəhbər  işçilərin  xidməti  fəaliyyəti  bu  Qanunun  30-1.3-cü  maddəsində 

göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 

30-1.4.1. təhlil və proqnozlaşdırma; 

30-1.4.2. idarəetmə; 

30-1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; 

30-1.4.4. komanda qurmaq bacarığı. 

30-1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir: 



30-1.5.1. əla; 

30-1.5.2. yaxşı; 

30-1.5.3. kafi; 

30-1.5.4. qeyri-kafi. 

30-1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri 

xidməti  fəaliyyətin  qiymətləndirilməsi  barədə  sənədlə  rəsmiləşdirilir.  Bu  sənəddə 

dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı 

şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti 

qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir. 

30-1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına 

dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. 

30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri 

onun şəxsi işinə əlavə edilir. 

 

M a d d ə   3 1 .



 Çıxarılıb 

 

 



 

M a d d ə   3 2 .



 Dövlət qulluğunda irəli çəkilmək hüququ  

 32.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, 

habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər. 

 32.2.  Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət  qulluqçularının  öz  vəzifələrini 

müvəffəqiyyətlə və  vicdanla  yerinə  yetirməsi,  vakant    vəzifə  olması, habelə  vakant  vəzifənin 

tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə  alınmaqla həyata keçirilir. 

 32.3. Çıxarılıb 

 32.4. Çıxarılıb 

Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi  

32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.  

32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq 

dövlət  orqanının  rəhbəri  tərəfindən  hər  dəfə  1  ildən  çox  olmayaraq  uzadıla  bilər.  Dövlət 

qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.  

32-1.3.  İnzibati  vəzifələrin  ali-üçüncü  təsnifatına  aid  vəzifələrdə  qulluq  keçən  dövlət 

qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu 

Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.  

32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə 

dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının 

vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.  

32-1.5.  Dövlət  orqanının  aparatının  və  tabeliyində  olan  qurumun  çalışma  müddəti 

uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun 

işçilərinin sayının 2 faizindən artıq ola bilməz.  

32-1.6.  Dövlət  orqanının  aparatında  və  ya  tabeliyində  olan  qurumunda  dövlət 

qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat 

vahidinə qədər yuvarlaqlaşdırılır.  

32-1.7.  Dövlət  qulluqçusunun  dövlət  qulluğunda  olma  müddətinin  uzadılmasına  onun 

razılığı əsasında yol verilir.  


32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:  

32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;  

32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;  

32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;  

32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə. 

 

M a d d ə   3 3 .



 Dövlət qulluğuna xitam verilməsi 

33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 

33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə

33.1.2. dövlət orqanı ləğv edildikdə; 

33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 

33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 



33.1.5.  dövlət  qulluqçusunun  aldığı  sertifikatın  qüvvədəolma  müddəti  bitdikdə  və  dövlət 

qulluqçusu növbəti sertifikat ala bilmədikdə;

 

33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 



33.1.7. Azərbaycan Respublikası 

vətəndaşlığına xitam verildikdə

33.1.8.  qanunvericilik  və  ya  yerli  özünüidarə  orqanlarına  seçildikdə,  habelə  hakim  təyin 



edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 

33.1.9.  qanunvericilikdə  daha  uzun  müddət  müəyyən  edilməyibsə,  əmək  qabiliyyətinin 

fasiləsiz  olaraq  altı  aydan  çox  müddətə  tam  itirilməsi  ilə  əlaqədar  dövlət  qulluqçusu  əmək 

funksiyasını yerinə yetirə bilmədikdə; 

33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi 

tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 

33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş 

hesab edildikdə və ya ölmüş elan edildikdə; 

33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 

33.2.  Dövlət  qulluqçusu  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına  çatmasına 

görə  öz  arzusu  ilə  dövlət  qulluğundan  çıxdıqda,  ona  qanunvericiliyə  uyğun  olaraq  digər 

pensiya  növünün  təyin  edilməsindən  asılı  olmayaraq,  ümumi  qaydada  hesablanmış  aylıq 

pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 

33.3.  Dövlət  orqanı  rəhbərinin  dövlət  qulluğunu  davam  etdirmək  barədə  qərarı  olarsa, 

dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay 

ərzində  dövlət  qulluğunu  davam  etdirməlidir.  Zərurət  olduqda,  həmin  müddət  dövlət 

orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. 

 

I V   f ə s i l  



 YEKUN MÜDDƏALAR 

 

M a d d ə   3 4 .  Dövlət qulluğu keçmənin digər məsələləri  



 

 Bu  Qanunda  və  ona  uyğun  qəbul  edilmiş  qanunvericilik  aktlarında 

tənzimlənməyən  dövlət  qulluğu  keçmə  ilə  bağlı  digər  məsələlər  Azərbaycan 

Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

 

 

M a d d ə   3 5 .  Qanunun qüvvəyə minməsi  



 

 Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

 



 Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV 

 

 Bakı şəhəri, 21 iyul 2000-ci il 



№ 926-IQ 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 



 

1.  13 fevral 2001-ci il tarixli 74-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

2.  2 iyul 2002-ci il tarixli 359-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

3.  3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

4.  30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

5.  5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

6.  4 may 2004-cü il tarixli 646-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

7.  8 iyun 2004-cü il tarixli 684-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

8.  10 sentyabr 2004-cü il tarixli 751-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

9.  15 aprel 2005-ci il tarixli 886-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

10.  10 may 2005-ci il tarixli 914-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

11.  1 sentyabr 2005-ci il tarixli 980-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

12.  03 mart 2006-cı il tarixli 78-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

13.  12 may 2006-cı il tarixli 108-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

14.  30 may 2006-cı il tarixli 

122-IIIQD

 nömrəli Azərbaycan Respublikasının Qanunu  

15.  10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

16.  20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

17.  28 noyabr 2006-cı il tarixli 

179-IIIQD nömrəli



 Azərbaycan Respublikasının Qanunu  

18.  16 fevral 2007-ci il tarixli 246-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

19.  10 aprel 2007-ci il tarixli 303-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

20.  31 may 2007-ci il tarixli 356-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

21.  1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

22.  19 oktyabr 2007-ci il tarixli 458-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu 

23.  19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu 

24.  1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu 

25.  7 dekabr 2007-ci il tarixli 504-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu  

26.  7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu  

27.  1 fevral 2008-ci il tarixli 536-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu 

28.  12 fevral 2008-ci il tarixli 546-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu  

29.  1 aprel 2008-ci il tarixli 579-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

30.  2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

31.  13 iyun 2008-ci il tarixli 638-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

32.  13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

33.  13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

34.  24 iyun 2008-ci il tarixli 654-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

35.  30 dekabr 2008-ci il tarixli 755-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

36.  28 aprel 2009-cu il tarixli 806-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu  

37.  26 may 2009-cu il tarixli 820-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

38.  30 sentyabr 2009-cu il tarixli 885-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

39.  27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

40.  26 noyabr 2009-cu il tarixli 921-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

41.  5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

42.  21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

43.  01 fevral 2011-ci il tarixli 57-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

44.  17 may 2011-ci il tarixli 126-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

45.  20 aprel 2012-ci il tarixli 345-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

46.  1 oktyabr 2012-ci il tarixli 424-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

47.  16 oktyabr 2012-ci il tarixli 441-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu  

48. 

30 dekabr 2014-cü il tarixli 1160-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

49. 

03 aprel 2015-ci il tarixli 1241-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

50. 

30 sentyabr 2015-ci il tarixli 1339-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

51. 

31 may 2016-cı il tarixli 267-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

52. 

30 sentyabr 2016-cı il tarixli 329-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

53. 

14 oktyabr 2016-cı il tarixli 354-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

54. 

14 oktyabr 2016-cı il tarixli 358-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

55. 

25 aprel 2017-ci il tarixli 625-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

56. 

31 may 2017-ci il tarixli 693-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

57. 

31 may 2017-ci il tarixli 706-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

58. 

30 iyun 2017-ci il tarixli 764-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

59. 

31 oktyabr 2017-ci il tarixli 824-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

60. 

31 oktyabr 2017-ci il tarixli 850-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

61. 

29 dekabr 2017-ci il tarixli 967-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

62. 

29 dekabr 2017-ci il tarixli 968-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

63. 

6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

64. 

24 aprel 2018-ci il tarixli 1077-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

65. 

1 may 2018-ci il tarixli 1114-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  


66. 

18 may 2018-ci il tarixli 1147-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

67. 

31 may 2018-ci il tarixli 1171-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

68. 

29 iyun 2018-ci il tarixli 1212-VQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu  

69. 

7 dekabr 2018-ci il tarixli 1386-VQD nömrəli



 Azərbaycan Respublikasının Qanunu 

 

 

Document Outline

  • Dövlət qulluğu haqqında
    • 34TMaddə 8.34T Dövlət orqanlarının təsnifatı
    • 34TMaddə 11.34T İnzibati və yardımçı vəzifələrin təsnifatı
    • 34TMaddə 12.34T İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
    • 34TMaddə 13.34T İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri

Yüklə 390,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin