Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə4/4
tarix26.01.2020
ölçüsü179,56 Kb.
#30309
1   2   3   4
D vl t Qullu una q bul zr M sahib suallar


Beraber secki huquq – secicilere verilen huquqdur. Seciciler arasında hec bir ayrı-seckilik qoyulmur.Birbasa secki hüququ ile seciciler prezidentliye namizedleri birbasa secirler. Bu secki sistemi de en demokratik usuldur. Birbasa seckinin neticeleri secicilerin verdiyi seslerin sayindən asılı olaraq qəbul edilmis secki sistemine uygun mueyyen edilir.

Serbest secmek o demekdir ki, yeni seçici istediyi namizede ses vermekdə azaddır.

Sexsi ve gizli ses verme ise o demekdir ki, secici sexsin namizede ozu səs vermelidir. Secicinin evezine kiminse ses vermesine yol verilmir.

84. Hədiyyə nedir?Ve neler hediyye hesab edilir?

Hediyye bir şexsin digerine verdiyi nemetdir.Bele nemetler evezsiz olaraq verildikde, ya da heqiqi deyerinden aşagi qiymete satildiqda hediyye hesab edilir.



87.Rezident və qeyri-rezident.

13.2.5. Rezident:

13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;

təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;.

bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

daimi yaşayış yeri;

həyati mənafelərinin mərkəzi;

adətən yaşadığı yer;

Azərbaycan Respublikasının vətəndaşlığı.

13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;

13.2.5.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.

13.2.6. Qeyri-rezident:

13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;

13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;

13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;

13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
89.Prezdentin 2015 ci ildə verdiyi sərəncam və fərmanlar.

1.Polat Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında;2.Dövlət ümümtəhsil müəssisələrində çalışan bilik və bacarıqların dioqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün norması 1.5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması haqqında;3.AR SHXDX-nin hərbi quluqçularına “general-mayor”ali hərbi rütbəsinin verilməsi haqqında;


90. Cümhurriyyət dövründə başqa bayraq olubmu olbsa hansı rəngdə olub?

AXC-in ilk bayragi qirmizi ağ olub 1918 21 iyun dan 9 noyabr tarixinedek.9 noyabrdan bu gunedek indiki formada olub.Yəni ilk bayraq indiki türk bayrağı formasında olub,ama 8 ulduzlu olub.

91.Türkçülük, müasirlik, demokratiklik şurıyla ilk dəfə kim çıxış edib?

Əli Bəy Hüseyinzadə.

92. Əli bəy Hüseynzadə hansı jurnalın rəhbəri olub?

Füyuzat. 1 noyabr 1906 cı il. İctimai jurnal.

93.Celil Memmedquluzade hansi jurnalin rehberi idi?

Molla nəsrəddin.



94.Molla nəsrədinçilərlə fuyuzatçilar arasinda ferq nedi?

Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində,xüsusən də dil məsələlərində fərqlənir.1-ci lər realizimi, 2-ci lər isə neoromantizimi tərənnüm edirdilər.Molla Nəsrəddinçilərdə sənət xalq üçündür anlayışı əsas idi,sadə xalq dilində yazırdılar.Füyuzatçılar isə romantik idilər qəliz dildə,ərəb-fars ağırlığı dilində yazırdılar,sənət sənət üçündür məsələsini müdafiə edirdilər.

95.20 ci esrin bestekarlari?

Üzeyr Hacıbəyov; Fikrət Əmirov; Tofiq Quluyev; Ələkbər Tağıyev.

96.Azerbaycanda operanin banisi kim olub?

Üzeyr Hacıbəyov.

97.Postsovet olkelerinin hansinda bizdeki Qarabag problem kimi problem var? hansi olkede hansi erazi?

Ukrayna-Krım; Gürüstan-Abxaziya; Moldova-Dnestryani.

98.Azerbaycanin sulhmeramli quvveleri hansi olkelerde olub?

İraq, Əfqanıstan, Kossovo.2008 ci ildə Kossovo müstəqil olub və sülhməramlılar vətənə qayıdıb.İraqdakılarda qayıdıb.

99. Azerbaycan Kosovonun musteqilliyini taniyirmi?niye?

Tanımır.Çünki AZ -da da eyni problem var, yəni Qarabağ münaqişəsinə görə.

100. Azərbaycanın daxil olduğu beynəlxalq teşkilatlar?

BMT-1992.03.02; İKT-1991 dekabr; ATƏT-1992.01.30; AŞ-2000.01.17; MDB-1993.

Üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar:

İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT (1992), Qara Dəniz İƏT(1993), Dünya Bankı(1992), ÜTT müşahidəçi statusunda(1993), GUAM(1997).

101.Cumhuriyyet dovrunde yaradilan general qubernatorluglar hansilardi? Ne zaman yaradilib? General qubernatorlari kim olub?

Qarabağ general-qubernatorluğu 1919 cu il 15 yanvarda Xosrov bəy Sultanovun başçılıqı ilə yaradılıb.Cavanşir,Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir.

Naxçıvan general-qubernatorluğu 1919 cu il 28 fevralda Səməd bəy Cəmilinskinin başçılıqə ilə yaradılıb.

102.2008 ci ilde Rusiya ile Gurcustan hansi erazi uzerinde muharibe edirdi?

Cənubi Osetiya, Abxaziya.

103.Azerbaycan-Ermenistan munasibetlerinin tarixi kokleri.

Qarabağ müharibəsi — 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insane həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruzqalmışdır. Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələdə uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insane qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır.Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

104.Hansi emeliyyat sistemlerini taniyirsan?

PC/DOS, OS/2, MS DOS, UNİX, Windows.

105.Office proqramlarina hansilar daxildir?

Word, Excell, Access, Power Point.

106.Korrupsiya nedir?

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.



107.Azərbaycan dili nə vaxtdan rəsmi elan olunub?

27 iyun 1918 ci ildə.

108. Dövlət qulluğunda ikili vətəndaşlığa icazə verilirmi?

Verilmir.

109. Davos İqtisadi Forumu.

Davos İqtisadi Forumunun tarixi: Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial- mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonuncu dəfə 2015 ci il 22 yanvar tarixində İlham Əliyev DİF çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada işyirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlhan Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən,enerji sektorunda əldə olununan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən,ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından,Avropanın enerji təhlekəsizliyinin təmin olunmasında Azərbayacanın önəmli rolundan, “Cənub”qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

110.Charlie Hebdo qəzeti.

Parisdə Fransanın satirik Charlie Hebdo qəzetinə hücum Məhəmməd Peyğəmbərin qəzəb doğuran karikatularını dərc edən Qərb mətbuat orqanlarını hədəf alan hücumlar silsiləsində sonuncusudur. Qarşıdurma on il bundan əvvəl DanimarkanınYullands-Posten qəzeti Məhəmməd Peyğəmbərin 12 karikaturasını dərc etdiyi vaxt başlamışdır. Bundan bir neçə ay sonra müsəlman ölkələrində karikaturaların dərc olunması haqda xəbərlər zorakılıqlara yol açmış və hadisələrdə 200-dən çox insan həyatını itirmişdi. Parisin həftəlik Charlie Hebdo qəzeti və onun qətlə yetirilmiş redaktoru Stefani Şarbonniyer ifadə azadlığının çərçivələrini sınaqdan keçirən karikatura və məqalələrin önündə gedirdi. Lakin bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin karikaturaları və islama aid həcvlərə qəzəbli reaksiyalar verilmişdir. Vaşinqtonda ABŞ prezidenti Barak Obama Parisdə hücumu kəskin qınayıb. Lakin 2012-ci ildə Ağ Ev Məhəmməd Peyğəmbərin çılpaq təsvir edildiyi karikaturaya toxunmuşdu. Ağ Evin o zaman mətbuat katibi Cey Karni demişdi ki, ABŞ karikaturanın dərc edilməsi hüququnu sual etmir, lakin onun dərc edilməsi qərarının verilməsi ilə bağlı sual qaldırır.

Charlie Hebdo Fransada (Parisdə) 2011-ci ildə ilk dəfə Məhəmməd Peyğəmbərin (s.ə.v.s) karikaturasını çəkmiş mətbuat orqanıdi. Bu hadisədən sonar həmin mətbəə etiraz olaraq yandırılmışdır. 2012-ci ildə yenidən bu karikaturalar çəkilir. 2015 –ci il başlar-başlamaz revanş məqsədilə həmin metbəə orqanında terror aktı törədilir.Hadiseden 3 gun sonar isə 4 milyon tirajla yenidən bu karikaturalari çəkirlər və Amerika başda olmaqla Avropa da bunu mehdudlaşdira bilmərik, azadlığdir deyib dəstək oldular.Buna etiraz olaraq Çeçenistanda kütləvi mitinq olmuşdur.

111.Fedarativ dövlət nədir?

Fedarativ dövlət-vahid qanunverici və icraedici hakimiyyətlə yanaşı ölkənin ayrı-ayrı izibati ərazi bölgələrində (respublika, əyalət, ştat) özlərinin konstitusiyası,qanunverici, icraedici və s. Hakimiyyət orqanları fəaliyyət göstərən dövlətlərdir.ABŞ, Kanada, Meksiksa,Argentina, Belçika, Avstrya,İspaniya, Almaniya, Rusiya və s.

112.Normand dörtlüyü?

Ukrayna, Rusiya, Fransa prezdentləri və Almaniya kansleri arasında görüşdü. 12.02.2015 ci ildə olub. Ukrayna və Rusiya arasında atəşkəs sazişi imzalanıb.

113.Manatın məzənnəsi haqqında?

MB-ın idarə heyətinin 21 fevral 2015 ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN müəəyən edilib.MB-ın yaydığı məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin etmək məqsədilə qəbul edilib.Bu valyutanın devalivasiyası adlanır.Devalivasiya- pul vahidinin dəyərdən düşməsidir.Daha izahlı desək,pul digər ölkələrin valyutasına görə dəyərini itirirsə, o zaman pulumuz devalivasiya olunur.Bu zaman ölkəyə idxal olunan malların qiyməti qalxır, yerli malların isə qiyməti düşür.

114.Dağlıq Qarabağa daxil olan rayonlar?  

Dağlıq Qarabağ  Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti  yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur.[1] Vilayətin tərkibinə  Xankəndi  şəhəri,    Xocavənd,Xocalı və Şuşa inzibati rayonları daxildir.

115.Dövlət nədir?

Dövlət-siyasi hakimiyyət təsisatları sistemidir, ölkə ərzisi hüdudlarında ictimai həyatı özünəməxsus üsul və vasitələrlə nizamlayır.Bir siyasi birlik kimi müəyyən struktura malikdir,siyası hıyatı müəyyən cəhətdən təşkil edir və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edir.



116. Genosid nədir?

“Nəsli, tayfanı məhv etmə” deməkdir.İrqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsidir.Genosid bəşəriyyətə qarşı ən ağır cinayətdi.



117.Xoalı soyqrımı.

1992 ci il fevralın 25-dən 26 –na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366 cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini işğal etdi.Mühasirəyə alınan şəhərdə qlmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümüdi ilə şəhəri tərk etdi.Amma bir günün içərisində yer üzündən silinən şəhəri tərk edən 2500 xocalı sakinindən 613-ü düşmən güləsinə tuş gəlib qətliamın qurbanı oldu.Bu soyqrım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla- 613 nəfər xocalı sakini qtlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valdeyinini, 130 uşaq valdeyinlərindən birini itirdi.Yaralanan 487 nəfərdən 76-sı uşaq idi.1275 xocalılı əsir, 150-si əsir düşdü. Hazırda bu soyqrımın bütün dünyaya tanıdılması AZE xarici siyasətinin əsas istiqamətlərindən biridir.



Meksika 2 fevral 2012 ci ildə Senatının qəbul etdiyi qərarda DQ-nın Xocalı şəhərinə baş vermiş hadisə soyqrım adlandırılıb.Pakistan (2012) Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqrımı pisləyən qətnamə qəbul edib.Kolumbiya parlamenti 2012 ci ilin 24 aprel tarxində 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır. Çexiya parlamenti 2013 cü ilin 19 fevralında rəsmən tanımışdır.Bosniya və Herseqovina parlamenti 2013 cü ilin 26 fevralında bu soyqrımı rəsmən tanımışdır. Peru 2013, Honduras 2014 də. Texas və Nuyucersi(2011), Corciya(2012.02.28), Nyu-Meksiko(2013.01.28), Missisipi(2013.02.25), Florida( 2013.08.21) kimi ABŞ ştatları da Xocalı soyqrımını rəsmən tanımışdir.

118.Bayraq meydani.

Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu ilnoyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.Bayraq dirəyinin hündürlüyü 162 metrdir.



119.Əhmed Cavad ve Üzeyir Hacibəyov.

Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) — şair, tərcüməçi. Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli  azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.



120.Avropa ittifaqi ile Avropa birliyinin ferqi.

Avropa Birliyi və ya Avropa İttifaqı (ing. European Union) — 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır.Aİ 23 iyul 1952 ci ildə yaradılan regional təşkilatdır.Mərkəzi Bürüssel,Lüksemburqdur.İlk əvvəl adı Avropa Birliyi olmuşdur.1 noyabr 1993 cü il Maastirix sazışındən sonara Aİ adlanmışdır.



121.Maliyyə nədir?

Maliyyə --  İqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.



122.Kredit nədir?

Kredit — (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.



123.Qrant nədir?

Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır.

Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant alanla münasibətlərində qrant verən donor sayılır. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.

124.2014-cü il dövlət büdcəsinin gəlir və xərcləri?

Gəlirlər: 18 384 000,0 min manat

Xərclər: 20 063 000,0 min manat

125.2015-ci il dövlət büdcəsinin gəlir və xərcləri?

Gəlirlər: 19 438 000,0 min manat

Xərclər: 21 100 000,0 min manat

126.Azərbaycan Respublikasının maliyyə ehtiyatları nə qədərdir?

Qızıl ehtiyyatı-791 kiloqram

Valyuta ehtiyyatı-53 mlrd dollar

127.Azərbaycanın enerji lahiyələri?

Şahdəniz-2

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində ŞD Mərhələ 1 layihəsindən hazırda hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Bu, dunyanın ən böyük qaz işlənməsi layihəsindən biridir. Layihə ilə bağlı planlara körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxildir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.

Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsi, eləcə də boru kəmərinin və platformanın quraşdırılması işləri 2014-cü ildən başlayaraq 2017-ci ilin sonuna qədər davam edəcək. Hal-hazırda proqnozlaşdırılır ki, ilkin qaz Müqavilə Sahəsinin şimal cinahında (ŞC) quraşdırma və işəsalma işləri tamamlandıqdan sonra 2018-ci ildə təmin olunacaq. Bundan sonra 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında olan quyular (QC, CŞ, CQ və ŞŞ) mərhələlərlə tamamlanacaq və istismara veriləcək. 

Şahdəniz konsorsiumu 28 iyun 2013-cü ildə etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 13 fevral 2013-də Yunanıstan, İtaliya və Albaniya hökümətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökümətlərarası saziş imazalayıb. Şahdəniz qazının Xəzər dənizindən götürülərək 4000km məsafə boyunca nəql edilib Avropaya çatdırılması üçün bəzi mövcud infrastrukturun genişləndirilməsi və bir sıra yeni boru kəmərlərinin inşa edilməsi tələb olunur.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni parallel boru kəməri vasitəsi ilə genişləndiriləcək.

Türkiyədə Şahdəniz qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə nəql olunacaq.

Avropada qazı Yunanıstan və Albaniya ərazisindən İtaliyaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) tikiləcək.



128.BMT-nin tərkibində olan maliyyə qurumları?

Beynəlxalq Valyuta Fondu (BVF)

Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Dünya Bankı (DB)

Dünya Bankı (ing. World Bank)– dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

129.Maliyyə sahəsində beynəlxalq qurumlar?

Beynəlxalq maliyyə təşkilatları:

Beynəlxalq Pul Fondu ;

Beynəlxalq finans Qurumu;

Beynəlxalq İnkişaf Birliyi;

Birləşmiş Millətlər İnkişaf problemi;

Çoxtərəfli investisiya zəmanəti agentliyi;

İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;



Digər regional maliyyə təşkilatları:

Asiya İnkişaf Bankı ;

Afrika İnkişaf Bankı;

İslam İnkişaf Bankı;

Kariblər İnkişaf Bankı;

Orta Amerika İqtisadi İnteqrasiya Bankı;

Ərəb Pul Fondu;

Avropa Yenidənqurma və İnkişaf Bankı.



130.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı?

Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, (BİYB ing. International Bank for Reconstruction and Development ) - beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı. [1]

BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Bankının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının məqsədi aşağıdakıları əhatə edir:

üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq;

xarici maliyyə qaynaqlarından daxilolan investisiya vəsaitləri ilə üzv ölkəri təmin etmək;

ölkələrin xarici dövlət borcu mexanizmni normal hala gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan qaldırmaq;

ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəyyən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;

üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə yaranan ehtiyacın aradan qaldırılması və s.

Bu maliyyə qrumu öz tərkibində Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); Beynəlxalq Maliyyə Korparasiyası (BMK); İnvestisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik (İZÇA)-yi birləşdirir.

131.Azərbaycanın daxil olduğu maliyyə təşkilatları?

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür.Azərbaycan, demək olarki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununlada ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində) Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır: 

İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il; 

İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il; 

Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı – 1992 – ci il; 

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il; 

Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il; 

Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il; 

Avropa Şurası – 25 yanvar 2001-ci il.  



132.Dünya bankının strukturu?

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)



133.Yaşayış minimumu nədir və nə qədərdir?

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

1.2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.

2. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

3. 2014-cü il üçün ehtiyac meyarının həddi 100  manat məbləğində təsdiq edilib. 

4. 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.



134.Yoxsulluq və işsizlik.Azərbaycanda səviyyəsi?

Yoxsulluq- Yoxsul hal, yoxsul vəziyyət,kasıblıq, ehtiyac. 2014-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz olmuşdur.

İşsizlik (ing. unemployment) — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən makroiqtisadiproblemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır 2014-cü ildə Azərbaycanda işsizlik səviyyəsi 4,9 faiz olmuşdur.

135.ÜDM nədir?

Ümumi Daxili Məhsul (eng. Gross Domestic Product) (ÜDM) verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir. Bu tərifin izahı isə aşağıdakı kimidir:

“ÜDM, verilmiş zaman müddətində....istehsal olunan...”ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

“...ölkə daxilində...”

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinəAzərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.

...bütün...”

ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

136.Bazar iqtisadiyyatı?

Bаzаr iqtisаdiyyаtı — dünyаdа mövcud оlаn iqtisadi sistemlərdən ən gеniş yаyılmışı. Bаzаr iqtisаdiyyаtı məfhumundаkı "bаzаr" iqtisаdiyyаtın sifətini, nеcəliyini, оnun bаzаr təbiətli оlmаsını bildirir. Bаzаr təbiətli оlmаq о dеməkdir ki, iqtisаdiyyаt bаzаr üçün işləyir, bаzаr mехаnizmi və bаzаr qаnunlаrı ilə tənzim оlunur. Tаriхən bаzаr bаzаr iqtisаdiyyаtındаn əvvəl mеydаnа gəlmişdi. Аncаq о bаzаr iqtisаdi sistеmində fəаliyyət göstərir və bunа görə də əvvəl bаzаr iqtisаdiyyаtının mаhiyyəti, əsаslаrı ilə bаğlı məsələləri nəzərdən kеçirmək lаzımdır.

Bаzаr istеhsаlçı və istеhlаkçılаrın qаrşılıqlı fəаliyyətini təmin еdən mехаnizmdir, оnlаrın mövcudluq üsuludur. Bаzаr əsаsən tədаvül sfеrаsı, аlqı-sаtqı ilə bаğlıdır.

Bаzаr iqtisаdiyyаtı dаhа gеniş, əhаtəlidir. О, istеhsаlı, bölgünü, mübаdiləni və istеhlаk sаhələrinin hаmısını əhаtə еdir, оnlаrın tаm hаlındа mövcudluğunu təmin еdir.İqtisаdi bir sistеm kimi bаzаr iqtisаdiyyаtının tаm fоrmаlаşmаsı kаpitаlizm cəmiyyətində bаş vеrmişdir. Bаzаr iqtisаdiyyаtı ilə kаpitаlizm iqtisаdiyyаtı еyni mənаlıdır. Bаzаr iqtisаdiyyаtı kаpitаlizmin iqtisаdi əsаsını təşkil еdir. Bunа görə də АBŞ iqtisаdçılаrı "bаzаr iqtisаdiyyаtı - kаpitаlizm" ifаdəsini işlədirlər.

Bаzаr iqtisаdiyyаtı bütün iqtisаdi məktəblər və cərəyаnlаr tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir. Bаzаr iqtisаdiyyаtının özünə хаs оlаn gеnеtik əsаslаrı vаrdır. Bu iqtisаdi sistеmin əsаsını əmtəə istеhsаlı təşkil еdir. Əmtəə istеhsаlının mеydаnа gəlməsilə pul mеydаnа gəlir. Əmtəə-pul münаsibətləri əsаsındа bаzаr yаrаnır və iqtisаdiyyаtın bütün sаhələrini əlаqələndirir. О, kаpitаlizm cəmiyyətində özünün yüksək zirvəsinə çаtır və müstəqil iqtisаdi sistеm kimi fəаliyyət göstərir.

137.ÜDM-nin tərkib hissələri?

Resursların məhdudluğu şəraitində iqtisadiyyatın fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün alimlər müxtəlif növ xərclər üzrə ÜDM-un tərkibini aşağıdakı kimi təhlil edirlər. ÜDM-un həcmi (Y kimi işarə olunur) dörd əsas tərkib hissəsinə ayrılır: istehlak (C),  investisiyalar (I), dövlət sifarişləri (G) və xalis ixrac (NX): Y=C+I+G+NXBu tənlik əslində ona daxil olan dəyişənlərin istənilən qiymətində doğru olan bərabərlikdir, ona görə ki, ÜDM-da hesablanan hər dollar öz əksini dörd növ xərclərdən birində tapır. 


ÜDM-un hər tərkib hissəsini ayrılıqda bir sadə misalla nəzərdən keçirək. 
Istehlak -ev təsərrüfatlarının əmtəə və xidmətlərin əldə olunmasına çəkdiyi xərclər.

Investisiyalar – avadanlıqların və daşınmaz əmla­kın alınmasına çəkilən xərclər.Buraya əslində investisiya olan, lakin formal olaraq ev təsərrüfatlarının məsrəflərini özündə əks etdirən yeni evlərin alınmasına çəkilən xərclər də aiddir.  

Dövlət xərcləri – istənilən səviyyələrdə dövlət hakimiyyəti orqanlarının saxlanılması üçün zəruri olan bütün əmtəə və xidmətlərin alınmasına çəkilən xərclər buraya aiddir.

Xalis ixrac – yerli malların xarici bazarlarda satışından (ixrac) əldə olunan gəlirlərin məbləği ilə xarici malların alınmasına (idxal) çəkilən xərclərin məbləği arasında fərqi əks etdirir.



138.YUNESKO nədir və nə iş görür?

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifələri müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu qurumun üzvüdür.



139. 20 Yanvar faciəsi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.



140.Azərbaycanda Milli Dirçəliş Günü .

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.17 noyabr Milli Dirçəliş günü 2006-cı il dən rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

141.G-20 sammiti haqqinda

15-16 nyabr 2015 Antaliya şəhəri. Toplanti hansı ölkede kecirilirse o olke 2 olkeni qonaq olke kimi istirak etmeye devet edir azerbaycan ve sinqapur turkiyenin qonagi kimi devet olunub



142. Multikulturalizm nedir?

C: eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasət.

143. G20 sammitinde ishtirak etmeyen G20 lideri kim idi?

C: Fransua Olland

144. G8 olkeleri hansilardi?

C: Kanada, Fransa, Almanya, Italya, Yaponiya, Birlesmis Kralliq, ABS, Rusiya

145. Miqrantlari en cox qebul eden olke hansi Avropa olkesidir?

C: Yunanistan

Fermanla serencamin ferqi?

C: Ferman huquqi normativ akt hesab olunur. Huquqi quvvesi qanunlardan sonra ucuncudur. Milli meclis tesdiq etmese quvveye minmir. Nazirler kabinetinin qerar ve serencamlari fermana uygun olmalidir ve yalniz preizdent terefinden verilir. Serencam ise qeyri normativdir. Bu hem nazirler kabineti hem NMR-nin NK i terefinden verile biler. Her bir halda bunlar Prezidentin ferman ve serencamina zidd olmamalidir. Ferman umumi qaydalarla bagli, serencam ise konkret meselelere aid edilir. Meselen dovlet mukafatlari konkret shexslere shamil olundugu ucun prezident serencam imzalayir. Ancaq ferman o halda imzalanir ki, orda nezerde tutulan mesele butun sosiuma, ve ya cemiyyetin her hansi bir seqmentine meselen pensiyacilara , ishsizlere ve s shamil edilir

2015 ci il ucun ugurumuz ?

C: Avropa oyunlarinin kecirilməsi

2015 ci ildə ölkəmizdə baş vermiş hadisələr ?

C:MTN ləğv edildi əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradildi

2015-ci il həyatımızda hansı hadisələrlə yadda qaldı?
 Manatın birinci devalvasiyası 21 fevral 2015-ci ildə baş verdi. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi və manatın ilkin olaraq 33.8% ucuzlaşması qeydə alındı.


 19 may 2015-ci il - Bakıda penoplastla üzlənmiş bina külə döndü; Rəsmi rəqəmlərə görə 16 nəfər həyatını itirdi; ölənlərin daha çox olması barədə iddialar səsləndirilir; həyatını itirənlər arasında azyaşlı uşaqlar da var idi.


 Bu ilin ən yadda qalan hadisəsi kimi Birinci Avropa Oyunları (ing. 2015 European Games) Bakıda baş tutdu. 12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində və Mingəçevir şəhərində bir çox innovativ idman növünü özündə cəmləşdirən sayca 1-ci dəfə keçirilən Avropa oyunları Azərbaycanda bu günə qədər olan ən böyük idman yarışı kimi tarixə düşdü.


 İyulun 6-da Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki (Bakıdan 127 kilometr cənub-qərb) Telemexanika Zavodunda istehsalat qəzası baş verdi. Müdafiə Sənayesi Nazirliyinin məlumatında qeyd olunmuşdur ki, Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş verən qəza nəticəsində 1 nəfər həyatını itirib.


 İyulun 31-də hüquq müdafiəçisi Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Onun həyat yoldaşı Arif Yunusa da həmin ittihamlar irəli sürüldü.


 7 oktyabr 2015-ci il tarixində Avropa Şurası Azərbaycanla əməkdaşlığı rəsmən dayandırdı. Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan etdi.


 17 oktyabr 2015-ci ildə Prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda qeyd olundu ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldü.


 18 oktyabr tarixində adı müxtəlif maliyyə maxinasiyalarında hallanan Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edildi.
 Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri - 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlamentə seçki baş tutdu. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı və Milli Məclisdə çoxluğu qoruya bildi.


 13 noyabr 2015-ci ildə prezidentin fərmanı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifədən azad edildi. Onun Eldar Mahmudovun işinə görə vəzifədən getdiyi aydınlaşdı.


 24 Noyabr, 2015-ci il. Türkiyə hərbi hava qüvvələrinin qırıcısı ölkənin hava sərhədlərini pozmuş rus hərbi təyyarəsini vurdu. İki ölkə arasındakı gərginlik az qala müharibə həddinə çatdı.


 28 Noyabr 2015-ci il Putinin qərarı ilə Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Ankara və Moskva arasındakı bütün iqtisadi əlaqələr kəsildi. Azərbaycan rəsmiləri tərəflərin münasibətlərini normallaşdırması üçün vasitəçi ola biləcəklərini açıqladılar.


 4 dekabr 2015-ci il tarixində Xəzər dənizində SOCAR-a aid "Günəşli" yatağında dəhşətli yanğın baş verdi. Qeyri-rəsmi məlumata görə 30 nəfər dənizdə bataraq həyatını itirdi.
 8 dekabr 2015-ci il Rusiyanın türk yük maşınlarının hərəkətinə əngəl törətməsindən sonra Azərbaycan öz ərazisindən Türkiyənin yüklərinin daşınması üçün tariflərə 40% güzəşt etdi.
 13 dekabr 2015-ci il Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizini bərpa etdilər. Çindən Türkiyəyə gedən ilk qatar Tiflisdə Gürcüstan prezidenti tərəfindən təntənə ilə qarşılandı.


 17 dekabr 2015-ci il. ABŞ Konqresinə ermənipərəst konqressmen Smit tərəfindən hazırlanmış sənəd təqdim olundu. Sənəd Azərbaycan hökumətinə və onun üzvlərinə sanksiyalar tətbiq edilməsindən tutmuş bir sıra sahələrdə ölkəmizə təzyiq etmək üçün ABŞ hakimiyyət orqanlarına bəhanələr verir. Sənəd 2016-cı ilin fevral ayında son müzakirəyə çıxarılacaq.
 
21 dekabr 2015-ci il - Neftin qiymətləri 2004-cü ildən bu yana tarixi minimuma endi. "Brent" markalı neftin bir barelinin qiyməti dünya bazarlarında 36,17 dollara satıldı.
 
21 dekabr 2015-ci il Azərbaycan Mərkəzi bankı manatın kursunu üzən valyuta rejiminə keçirərək növbəti devalvasiyaya getdi. Milli valyutamızın dəyəri bir gündə 50% aşağı düşərək 1 dollara nisbətdə 1,55 manat təşkil etdi.

Prezident əfv fərmanını imzaladı və 210 nəfər azad edildi 28 dekabr 2015

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub 18-19 dekabr

Bu fikirlər isə iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

 

Bəyanatda bildirilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər.



 

"Prezidentlər həmsədrləin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirlməsini təsdqiləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilir.



Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin