Qeyri-normativ aktlar- konkret teşkilati,nezaret ve ya serencamverici tedbirlerin heyata kecirilmesi meqsedile qebul edilen, birdefelik tetbiq hallari ucun nezerde tutulan huquqi aktlar:
1.AR Milli Meclisin qerarlari
2.AR Prezidentinin serencamlari
3.AR Nazirler Kabinetinin serencamlari
4.Vetendaşliq veziyyeti aktlarinin dovlet qeydiyyatini heyata keciren orqanlarin aktlari.
Normativ xarakterli akt- dovlet ve ya yerli ozunuidare orqani terefinden qebul edilmiş,mehddud subyektler dairesi ucun mecburi davraniş qaydalarini eks etdiren ve defelerle tetbiq olunmaq ucun nezerde tutulmuş sened:
1.AR Merkezi Secki Komissiyasinin qerarlari, telimatlari ve izahlari
2.AR Merkezi Bankinin qerarlari
3.Mehkeme -Huquq Surasinin qerarlari
4.Milli televiziya ve Radio Surasinin qerarlari
5.Yerli ozunuidare orqanlarinin qerarlari
7.Yerli icra hakimiyyeti orqanlarinin qerarlari.
62.Referendum.
Latin sozu olub melumat verirem,meruze edirem demekdir ve ilk defe 1739-cu ilde isvecrede kecirilmisdir. Azerbaycanda referendum ilk defe 1991-ci il martin 17-de ssri-nin saxlanmasi ile elaqedar kecirilib. 1991-ci ilde dekabrin 29-da AR-sinin dovlet musteqilliyi ile elaqedar; 1993-cu ilde avqustun 29-da prezident Elcibeye etimad gosterilmesi ile bagli; 1995-ci il noyabrin 12-de AR-sinin Konstitutsiyanin qebulu ile bagli; 2002-ci avqustun 24-de ve 2009-cu ilin martin 18-de AR-nin Konstitutsiyasinda deyisikliklerle bagli.
63. Dağlıq Qarabağ Muxtar Vilayəti .
Azərbaycan SSR-in dağlıq Qarabağ bölgəsində 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahididir. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb. Ermənistan və Azərbaycan SSR arasında 1987-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir. 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti DQMV-nin muxtariyyət statusu ləğv edir və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürür.Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi.
64.Milli Qehremanlarimiz.
211 Milli Qehremanimiz var. sonuncu Milli Qehremanlarimiz- Elton Xaləddin oğlu İsgəndərov (ölümündən sonra) — 25.06.2009; İbrahimov Mübariz Ağakərim oğlu (ölümündən sonra) — 2010 . Milli Qadin Qehremanlarimiz- Salatın Əsgərova(1992) ve Gültəkin Əsgərovadir. Elman Hüseynov ( ö.s.1995),Rövşən Abdullayev ( ö.s.1995), Əfqan Hüseynov (ö.s. 1995),Eldar Məmədov (ö.s. 1994), Rövşən Əbkərov(1994), Rasim İbrahimov (ö.s. 1994), Məzahir Rüstəmov (ö.s. 1993), Aqil Məməddov (ö.s. 1993), Asif Məhərrəmov (ö.s. 1992), Rövşən Əliyev (ö.s. 1992), Ələkbər Əliyev(ö.s. 1992).
65.AR KONSTITUSIYASI.
Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunub və 1995 il noyabrın 27-dən qüvvəyə minib.
Azərbaycan Respublikasının Konstitusiyası preambula, 5 bölmə ( Ümumi müddəalar; Əsas hüquqlar, azadlıqlar və vəzifələr; Dövlət hakimiyyəti; Yerli özünüidarəetmə; Hüquq və qanun), 12 fəsil (Xalq hakimiyyəti; Dövlətin əsasları; Əsas insan və vətəndaş hüquqları və azadlıqları; Vətəndaşların əsas vəzifələri; Qanunvericilik hakimiyyəti; İcra hakimiyyəti; Məhkəmə hakimiyyəti; Naxçıvan Muxtar Respublikası; Bələdiyyələr; Qanunvericilik sistemi; Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər; Azərbaycan Respublıkasının Konstitusiyasına əlavələr), 158 maddə və keçid müddəalarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin Əsas Qanunudur. Konstitusiya ilə Azərbaycanın dövlət quruculuğunun hüquqi əsasları müəyyən edilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq Konstitusiya qanunvericilik hakimiyyətinin respublikanın Milli Məclisinə, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsubluğunu, məhkəmə hakimiyyətinin isə məhkəmələr tərəfindən həyata keçirilməsini təsbit edir. Qanunvericilik hakimiyyətini təmsil edən Milli Məclis bir palatalı parlamentdir. Bütün xalqın təmsilçisi qismində çıxış edən Milli Məclis qanunvericilik orqanı olduğundan onun əsas funksiyası qanun yaradıcılığıdır. Milli Məclisdən başqa, heç bir orqan və ya şəxs qanunlar qəbul etmək səlahiyyətinə malik deyildir. Azərbaycanda parlamentin digər bir funksiyası da icra hakimiyyətinin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsidir. Bu funksiya Nazirlər Kabinetinin parlament qarşısında məsuliyyətinin və Milli Məclisin ona etimadsızlıq göstərmək hüququnun olmasında, respublika Prezidentinin vəzifədən kənarlaşdırılmasının mümkünlüyündə, dövlət büdcəsinin icrası üzərində nəzarətdə və belə nəzarəti həyata keçirən orqanların yaradılmasında, beynəlxalq müqavilələri ratifikasiya etmək hüququnda ifadə olunur. Milli Məclis hər il iki - növbəti yaz və payız sessiyalarına yığışır. Onun iclasları 83 deputat iştirak etdikdə səlahiyyətli hesab olunur. Növbədənkənar sessiyalar Milli Məclisin sədri, Prezident və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır. Milli Məclisin deputatlarının toxunulmazlıq hüququ vardır və bu hüquqa o, yalnız cinayət başında yaxalandıqda Baş Prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Azərbaycanda Prezident təsisatı ikili hüquqi təbiətə malikdir, yəni icra hakimiyyətini təmsil etməklə yanaşı, o həm də dövlətin başçısı funksiyasını yerinə yetirir. Prezident bütün seçki korpusu tərəfindən birbaşa seçildiyindən, o, Azərbaycan xalqını bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir. Eyni zamanda, Prezident dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı qismində çıxış edir. Bu öhdəliklər onun Ali Baş Komandan qismində funksiyasını şərtləndirir.
Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu bölgə üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Ona görə də Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu vermişdir.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər isə 2009-cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası zamanı qəbul olunub, Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilib.
2002-ci il avqustun 24-də referendumla Konstitusiyaya edilmiş dəyişikliyə görə majoritar və proporsional seçki sisteminin birlikdə tətbiqi ləğv edilmiş və ümumi majoritar seçki sistemi müəyyən olunub. Bundan əlavə, dəyişikliklərdə fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, həmçinin Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu (50+1 faiz) prinsipi ilə hesablanmasını, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika Prokurorluğuna və Ali Məhkəməsinə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tutulurdu. 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.
66.Rüşvət.
Rüşvət vəzifəli şəxsin sırf "xidməti vəzifələrinin icrası" ilə əlaqədar aldğı və yaxud da istədiyi, yaxud ona verilən və ya təklif olunan maddi və ya sair nemət, imtiyaz və ya güzəştdir.. yəni vəzifəli şəxs yalnız dırnaqarası öz xidməti vəzifələrini yerinə yetirir. korrupsiya isə daha geniş anlayışdır.. bu zaman vəzifəli şəxs həm öz statusundan, həm təmsil etdiyi orqanın statusundan,həm vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn hər hansı imkandan istifadə edir.
67.Konstitusiya nedir ve ne demekdir?
Latin sozu olub qurmag tesis etmek demekdir.
68.O hansi olkedir ki yazili Konstitusiaya malik deyil?
Boyuk Britaniya.
69.Konstitusiyada hansi əsas məsələlər öz əksini tapır?
- cəmiyyət və dövlət quruculuğunun əsas prinsipləri təsbit olunur.
- Dövlət hakimiyyətinin məxsusluğu və onu həyata keçirilməsi mexanizmi müəyyən olunur.
- Insan və vətəndaşın dövlət tərəfindən etiraf və mühafizə olunan hüquqları, azadlıqları və vəzifələri təsbit olunur.
70.AR Konstitusiyasina nevaxt elave ve deyisiklikler edilmisdir?
2002-ci ilin 24 avqustunda və 19 mart 2009-cu il tarixdə keçirilən referendum nəticəsində ona bəzi əlavə və dəyişikliklər edilmişdir.
71. AR Konstitusiyanın hüquqi xassələrinə neler daxildir?
- alilik
- ən yüksək hüquqi qüvvəyə malik olması
- hüquqi sistemin əsasını təşkil etməsi
- xüsusi hüquqi mühafizəsi
- qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.
72.Konstitusiyanin esas subyetktleri kimdir?
dovlet ve xalq
73. Konstitusiyanın 7-ci mad-nin 3-cü hissəsinə əsasən.
1) qanunvericilik hakimiyyətini Milli Məclis
2) icra hakimiyyəti AR prezidentin
3) məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.
Bu cür bölgü onunla əsaslandırılır ki, dövlət 3 əsas funksiyanı yerinə yetirməlidir.Bu funksiyalar hansilardir?
__ 1) qanunların qəbul edilməsi.
2) Qanunların icra edilməsi.
3) ədalət mühakiməsinin həyata keçirilməsi.
74.10 iyun 1997-ci il tarixli qanuna əsasən AR məhkəmə sisteminə hansi mehkemeler daxildir?
1) rayon( şəhər ) məhkəmələri.
2) Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi
3) Hərbi məhkəmələr
4) Ağır cinayətlərə dair işlər üzrə AR Hərbi Məhkəməsi
5) Yerli iqtisad məhkəmələri
6) Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair AR İqtisad Məhkəməsi
7) NMR-nın Ali Məhkəməsi
8) AR Apellyasiya Məhkəməsi
9) AR Ali Məhkəməsi.
75. Konstitusiyada səlahiyyəti, fəaliyyət istiqamətləri daha ətraflı şəkildə təsbit olunmuş yeganə məhkəmə hakimiyyəti orqan hansidir? Mehz hemin orqan vasitesile Konstitusiyaya nəzarət tənzimlənir.
konstitusiya mehkemesi
76.Vetendasliq dedikde ne basa dusursuz?
__Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir.
77. Azərbaycan Respublikası Konstitusiyası müəyyən edir ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (24-cü maddə).Sualim beledir.Toxunulmaz,pozulmaz ve ayrilmaz dedikde ne basa dusursuz?
Dostları ilə paylaş: |