Müstəqil Dövlətlər Birliyi – İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəki stan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.Ukrayna 2014-ci ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
49.Azerbaycan dunyevi,unitar,demokratik,respublika deyende ne basa dusursuz?
Demokratiya müasir dövrdə siyasi-hüquqi fikir tarixinin ən əsas ideyalarından biridir. İlk dəfə F i k i d i d tərəfindən işlədilən demokratiya anlayışı xalq hakimiyyətini ifadə edirdi. Bu gün insan hüquqları, hüquqi dövlət, hakimiyyət bölgüsü demokratiyanı ifadə edir və artıq onun tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respub-likası Konstitusiyası məhz bu fundamental prinsiplərə söykənir.
-Hüquqilik. –Hüquqi dövlət dedikdə, respublikada qanunun aliliyi, dövlətin, hakimiyyətin və xalqın idarə olunmasında yalnız qanuna əsaslanmaqla səciyyələnir.
Dünyəvilik hal-hazırda demokratik dövlətin əsas əlamətlə-rindən biridir. Dünyəvilik din ilə dövlət arasındakı münasibətləri ifadə edir. Hüquqi aspekdən dinlə dövlətin ayrılması – dünyəvilik onu ifadə edir ki, dövlətin rəsmi qəbul olunmuş dini ideologiyası olmur, dövlət orqanlarının işində və təşkilatlanmasında din iştirak etmir, təsil din ilə bağlı olmur. AR Konstitusiyasının 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eləcə də Konstitusiya İnsanpərvərlik prinsiplərinə zidd olan dini cəryanların yayılmasını qadağan edir.
Unitarizm:Məlumdur ki, istənilən dövlətin maddi əsası onun ərazisidir. Hər bir dövlət müəyyən ərazidə yaranır və fəaliyyət göstərir. Unitar dövlətlərdə dövlət ərazisi mərkəzdən birbaşa asılı olan inzibati - ərazi vahidlərinə bölünür. Bu ərazi qurumları birbaşa mərkəzdən formalaşdırılır və ya mərkəzin daimi və güclü nəzarəti altında olur. Daxili məsələlərdə müstəqil deyillər və özünün qanunvericiliyi, xususi orqanları yoxdur. Unitar dövlətlərdə yerli hakimiyyət orqanları mərkəzdən formalaşdırılır maliyyələşdirilir, onların beynəlxalq münasibətlərə birbaşa çıxış imkanı yoxdur.
50.Prezidentin seferleri 2013,2014, 2015- de.
Dostları ilə paylaş: |