Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları


Meksika 2 fevral 2012 ci ildə Senatının qəbul etdiyi qərarda DQ-nın Xocalı şəhərinə baş vermiş hadisə soyqrım adlandırılıb.Pakistan



Yüklə 179,56 Kb.
səhifə18/21
tarix02.01.2022
ölçüsü179,56 Kb.
#1094
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   21
Meksika 2 fevral 2012 ci ildə Senatının qəbul etdiyi qərarda DQ-nın Xocalı şəhərinə baş vermiş hadisə soyqrım adlandırılıb.Pakistan (2012) Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqrımı pisləyən qətnamə qəbul edib.Kolumbiya parlamenti 2012 ci ilin 24 aprel tarxində 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır. Çexiya parlamenti 2013 cü ilin 19 fevralında rəsmən tanımışdır.Bosniya və Herseqovina parlamenti 2013 cü ilin 26 fevralında bu soyqrımı rəsmən tanımışdır. Peru 2013, Honduras 2014 də. Texas və Nuyucersi(2011), Corciya(2012.02.28), Nyu-Meksiko(2013.01.28), Missisipi(2013.02.25), Florida( 2013.08.21) kimi ABŞ ştatları da Xocalı soyqrımını rəsmən tanımışdir.

118.Bayraq meydani.

Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu ilnoyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.Bayraq dirəyinin hündürlüyü 162 metrdir.



119.Əhmed Cavad ve Üzeyir Hacibəyov.

Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) — şair, tərcüməçi. Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli  azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.



120.Avropa ittifaqi ile Avropa birliyinin ferqi.

Avropa Birliyi və ya Avropa İttifaqı (ing. European Union) — 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır.Aİ 23 iyul 1952 ci ildə yaradılan regional təşkilatdır.Mərkəzi Bürüssel,Lüksemburqdur.İlk əvvəl adı Avropa Birliyi olmuşdur.1 noyabr 1993 cü il Maastirix sazışındən sonara Aİ adlanmışdır.



121.Maliyyə nədir?

Maliyyə --  İqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.



122.Kredit nədir?

Kredit — (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.



123.Qrant nədir?

Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır.

Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant alanla münasibətlərində qrant verən donor sayılır. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.

124.2014-cü il dövlət büdcəsinin gəlir və xərcləri?

Gəlirlər: 18 384 000,0 min manat

Xərclər: 20 063 000,0 min manat

125.2015-ci il dövlət büdcəsinin gəlir və xərcləri?

Gəlirlər: 19 438 000,0 min manat

Xərclər: 21 100 000,0 min manat

126.Azərbaycan Respublikasının maliyyə ehtiyatları nə qədərdir?

Qızıl ehtiyyatı-791 kiloqram

Valyuta ehtiyyatı-53 mlrd dollar

127.Azərbaycanın enerji lahiyələri?

Şahdəniz-2

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində ŞD Mərhələ 1 layihəsindən hazırda hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Bu, dunyanın ən böyük qaz işlənməsi layihəsindən biridir. Layihə ilə bağlı planlara körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxildir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.

Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsi, eləcə də boru kəmərinin və platformanın quraşdırılması işləri 2014-cü ildən başlayaraq 2017-ci ilin sonuna qədər davam edəcək. Hal-hazırda proqnozlaşdırılır ki, ilkin qaz Müqavilə Sahəsinin şimal cinahında (ŞC) quraşdırma və işəsalma işləri tamamlandıqdan sonra 2018-ci ildə təmin olunacaq. Bundan sonra 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında olan quyular (QC, CŞ, CQ və ŞŞ) mərhələlərlə tamamlanacaq və istismara veriləcək. 

Şahdəniz konsorsiumu 28 iyun 2013-cü ildə etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 13 fevral 2013-də Yunanıstan, İtaliya və Albaniya hökümətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökümətlərarası saziş imazalayıb. Şahdəniz qazının Xəzər dənizindən götürülərək 4000km məsafə boyunca nəql edilib Avropaya çatdırılması üçün bəzi mövcud infrastrukturun genişləndirilməsi və bir sıra yeni boru kəmərlərinin inşa edilməsi tələb olunur.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni parallel boru kəməri vasitəsi ilə genişləndiriləcək.

Türkiyədə Şahdəniz qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə nəql olunacaq.

Avropada qazı Yunanıstan və Albaniya ərazisindən İtaliyaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) tikiləcək.



128.BMT-nin tərkibində olan maliyyə qurumları?

Beynəlxalq Valyuta Fondu (BVF)

Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Dünya Bankı (DB)

Dünya Bankı (ing. World Bank)– dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

129.Maliyyə sahəsində beynəlxalq qurumlar?

Beynəlxalq maliyyə təşkilatları:

Beynəlxalq Pul Fondu ;

Beynəlxalq finans Qurumu;

Beynəlxalq İnkişaf Birliyi;

Birləşmiş Millətlər İnkişaf problemi;

Çoxtərəfli investisiya zəmanəti agentliyi;

İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;



Digər regional maliyyə təşkilatları:

Asiya İnkişaf Bankı ;

Afrika İnkişaf Bankı;

İslam İnkişaf Bankı;

Kariblər İnkişaf Bankı;

Orta Amerika İqtisadi İnteqrasiya Bankı;

Ərəb Pul Fondu;

Avropa Yenidənqurma və İnkişaf Bankı.



130.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı?

Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, (BİYB ing. International Bank for Reconstruction and Development ) - beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı. [1]

BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Bankının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının məqsədi aşağıdakıları əhatə edir:

üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq;

xarici maliyyə qaynaqlarından daxilolan investisiya vəsaitləri ilə üzv ölkəri təmin etmək;

ölkələrin xarici dövlət borcu mexanizmni normal hala gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan qaldırmaq;

ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəyyən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;

üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə yaranan ehtiyacın aradan qaldırılması və s.

Bu maliyyə qrumu öz tərkibində Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); Beynəlxalq Maliyyə Korparasiyası (BMK); İnvestisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik (İZÇA)-yi birləşdirir.

131.Azərbaycanın daxil olduğu maliyyə təşkilatları?

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür.Azərbaycan, demək olarki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununlada ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində) Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır: 

İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il; 

İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il; 

Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı – 1992 – ci il; 

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il; 

Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il; 

Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il; 

Avropa Şurası – 25 yanvar 2001-ci il.  



132.Dünya bankının strukturu?

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)



133.Yaşayış minimumu nədir və nə qədərdir?

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

1.2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.

2. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

3. 2014-cü il üçün ehtiyac meyarının həddi 100  manat məbləğində təsdiq edilib. 

4. 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.



134.Yoxsulluq və işsizlik.Azərbaycanda səviyyəsi?

Yoxsulluq- Yoxsul hal, yoxsul vəziyyət,kasıblıq, ehtiyac. 2014-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz olmuşdur.

İşsizlik (ing. unemployment) — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən makroiqtisadiproblemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır 2014-cü ildə Azərbaycanda işsizlik səviyyəsi 4,9 faiz olmuşdur.

135.ÜDM nədir?

Ümumi Daxili Məhsul (eng. Gross Domestic Product) (ÜDM) verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir. Bu tərifin izahı isə aşağıdakı kimidir:

“ÜDM, verilmiş zaman müddətində....istehsal olunan...”ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

“...ölkə daxilində...”

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinəAzərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.

...bütün...”

ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

136.Bazar iqtisadiyyatı?

Bаzаr iqtisаdiyyаtı — dünyаdа mövcud оlаn iqtisadi sistemlərdən ən gеniş yаyılmışı. Bаzаr iqtisаdiyyаtı məfhumundаkı "bаzаr" iqtisаdiyyаtın sifətini, nеcəliyini, оnun bаzаr təbiətli оlmаsını bildirir. Bаzаr təbiətli оlmаq о dеməkdir ki, iqtisаdiyyаt bаzаr üçün işləyir, bаzаr mехаnizmi və bаzаr qаnunlаrı ilə tənzim оlunur. Tаriхən bаzаr bаzаr iqtisаdiyyаtındаn əvvəl mеydаnа gəlmişdi. Аncаq о bаzаr iqtisаdi sistеmində fəаliyyət göstərir və bunа görə də əvvəl bаzаr iqtisаdiyyаtının mаhiyyəti, əsаslаrı ilə bаğlı məsələləri nəzərdən kеçirmək lаzımdır.

Bаzаr istеhsаlçı və istеhlаkçılаrın qаrşılıqlı fəаliyyətini təmin еdən mехаnizmdir, оnlаrın mövcudluq üsuludur. Bаzаr əsаsən tədаvül sfеrаsı, аlqı-sаtqı ilə bаğlıdır.

Bаzаr iqtisаdiyyаtı dаhа gеniş, əhаtəlidir. О, istеhsаlı, bölgünü, mübаdiləni və istеhlаk sаhələrinin hаmısını əhаtə еdir, оnlаrın tаm hаlındа mövcudluğunu təmin еdir.İqtisаdi bir sistеm kimi bаzаr iqtisаdiyyаtının tаm fоrmаlаşmаsı kаpitаlizm cəmiyyətində bаş vеrmişdir. Bаzаr iqtisаdiyyаtı ilə kаpitаlizm iqtisаdiyyаtı еyni mənаlıdır. Bаzаr iqtisаdiyyаtı kаpitаlizmin iqtisаdi əsаsını təşkil еdir. Bunа görə də АBŞ iqtisаdçılаrı "bаzаr iqtisаdiyyаtı - kаpitаlizm" ifаdəsini işlədirlər.

Bаzаr iqtisаdiyyаtı bütün iqtisаdi məktəblər və cərəyаnlаr tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir. Bаzаr iqtisаdiyyаtının özünə хаs оlаn gеnеtik əsаslаrı vаrdır. Bu iqtisаdi sistеmin əsаsını əmtəə istеhsаlı təşkil еdir. Əmtəə istеhsаlının mеydаnа gəlməsilə pul mеydаnа gəlir. Əmtəə-pul münаsibətləri əsаsındа bаzаr yаrаnır və iqtisаdiyyаtın bütün sаhələrini əlаqələndirir. О, kаpitаlizm cəmiyyətində özünün yüksək zirvəsinə çаtır və müstəqil iqtisаdi sistеm kimi fəаliyyət göstərir.

137.ÜDM-nin tərkib hissələri?

Resursların məhdudluğu şəraitində iqtisadiyyatın fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün alimlər müxtəlif növ xərclər üzrə ÜDM-un tərkibini aşağıdakı kimi təhlil edirlər. ÜDM-un həcmi (Y kimi işarə olunur) dörd əsas tərkib hissəsinə ayrılır: istehlak (C),  investisiyalar (I), dövlət sifarişləri (G) və xalis ixrac (NX): Y=C+I+G+NXBu tənlik əslində ona daxil olan dəyişənlərin istənilən qiymətində doğru olan bərabərlikdir, ona görə ki, ÜDM-da hesablanan hər dollar öz əksini dörd növ xərclərdən birində tapır. 


ÜDM-un hər tərkib hissəsini ayrılıqda bir sadə misalla nəzərdən keçirək. 
Istehlak -ev təsərrüfatlarının əmtəə və xidmətlərin əldə olunmasına çəkdiyi xərclər.

Investisiyalar – avadanlıqların və daşınmaz əmlakın alınmasına çəkilən xərclər.Buraya əslində investisiya olan, lakin formal olaraq ev təsərrüfatlarının məsrəflərini özündə əks etdirən yeni evlərin alınmasına çəkilən xərclər də aiddir.  

Dövlət xərcləri – istənilən səviyyələrdə dövlət hakimiyyəti orqanlarının saxlanılması üçün zəruri olan bütün əmtəə və xidmətlərin alınmasına çəkilən xərclər buraya aiddir.

Xalis ixrac – yerli malların xarici bazarlarda satışından (ixrac) əldə olunan gəlirlərin məbləği ilə xarici malların alınmasına (idxal) çəkilən xərclərin məbləği arasında fərqi əks etdirir.



138.YUNESKO nədir və nə iş görür?

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifələri müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Azərbaycan 1992-ci il 3 iyul tarixindən bu qurumun üzvüdür.



139. 20 Yanvar faciəsi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.



140.Azərbaycanda Milli Dirçəliş Günü .

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.17 noyabr Milli Dirçəliş günü 2006-cı il dən rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

141.G-20 sammiti haqqinda

15-16 nyabr 2015 Antaliya şəhəri. Toplanti hansı ölkede kecirilirse o olke 2 olkeni qonaq olke kimi istirak etmeye devet edir azerbaycan ve sinqapur turkiyenin qonagi kimi devet olunub



142. Multikulturalizm nedir?


Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin