2.Uşaq alveri anlayışı
İnsan alverinin beynəlxalq səviyyədə qəbul edilmiş anlayışı “uşaq” qurbanların müəyyənləşdirilməsinə və müdafiə olunmasına imkan yaratmaq və insan alverçilərinin təqib olunmasını təmin etmək üçün vacibdir. BMT-nin İnsan Alverinə dair Protokolu beynəlxalq səviyyədə qəbul olunmuş anlayışı təmin etmişdir və 3-cü maddədə insan alverinin anlayışı verilir.Protokola əsasən, əməlin ümumi məqsədi uşağın istismarı o (c) uşağın istismar edilməsi məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri″ hesab edilir; (d) ″Uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür. lduğu halda uşağın razılığı və ya bu razılığa nail olmaq üçün vasitələr nəzərə alınmır.
Beynəlxalq hüquqda insan alveri cinayətinin anlayışı və elmi konsepsiyalar.
İnsan alveri cinayətinin mahiyyəti və onunla mübarizə məsələlərinin araşdırılması zamanı ən mühüm nəzəri və konseptual əhəmiyyətli problemlərdən biri bu transmilli cinayətin anlayışının verilməsidir. Çünki, dünyanın müxtəlif hüquq sistemlərinə və ayrı-ayrı ölkələrinin milli qanunvericiliklərinə diqqət yetirdikdə insan alveri fenomeninə münasibətin birmənalı olmadığı, o cümlədən insan alverinin anlayışı və növləri arasında müəyyən fəqliliklərin olduğunu görmək mümkündür. Bununla əlaqədar tanınmış hüquqşünas alim A.B.Bekmaqambetov qeyd edir ki, insan alveri kompleks, çoxtərəfli bir fenomen olub, öz təbiəti və parametrləri baxımından dialektik cəhətdən vahid multidisiplinar yanaşma tələb edir. O yazır ki, "İnsan alveri" və "insan alveri ilə bağlı cinayətlər" və onların tərkib elementləri (cinayət tərkibi) və tam tərkibi (insanların istismarına yönəlmiş ümumi xüsusiyyətləri) arasındakı qarşılıqlı əlaqə terminlərinin doktrinal, hüquqi və məhkəmə təfsirlərinin unifikasiyası problemi açıq qalmaqdadır.4 Qeyd olunan fikirlərə şərik çıxaraq vurğulamaq lazımdır ki, insan alveri cinayəti və bununla bağlı anlayışlar beynəlxalq hüquqda, həmçinin milli hüquqi implementasiya baxımından hal hazırda inkişaf mərhələsində olan proses hesab edilir. İnsan alverinə hüquq sferasında diqqət yetirilməklə bu termin köləlik və “köləliyə bənzər” praktikalar, o cümlədən məcburi köləlik və məcburi əmək termininlərini əvəz etməklə istifadə edilir. 2000-ci ilin 15 dekabrında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi BMT-nin İnsan Alverinə dair Protokolu, əsasən “Palermo Protokolu” kimi tanınan İnsan Alverinin qarşısının alınması, dayandırılması və cəzalandırılması Protokolunu 5 qəbul etdi. Bu sənəd beynəlxalq standartlara uyğun olduğu üçün insan alveri ilə qlobal səviyyədə mübarizədə digər dövlətlərə də tövsiyə edilir. Beynəlxalq hüquq insan alverinin qurbanları ilə o baxımdan əlaqəlidir ki, insan alveri cinayətləri iki və daha çox ölkədə baş verə bilər, işəgötürənlər və insan alveri qurbanları ticarət məqsədləri üçün başqa ölkələrə göndərilə bilərlər. İnsan alveri qlobal xarakterə malik olduğu üçün beynəlxalq səviyyədə ona ümumqəbul olunmuş anlayış verilməklə, onun tərkib ünsürləri müəyyən olunur. Bununla yanaşı, onun müxtəlif formaları və növləri müəyyən edilir, milli və ya transmilli cinayət olduğu aşkarlanır. İnsan alveri özünün müasir formasında qlobal miqrasiyanın dinamikası ilə ayrılmaz şəkildə əlaqəli olan və bununla formalaşan bir hadisədir. Bir çox təyinat ölkələrində immiqrasiya qanunlarının və siyasətinin sərtləşdirilməsi beynəlxalq miqrasiya üçün qanuni imkanların azalmasına gətirib çıxararaq miqrant qaçaqmalçılığına çox münbit mühit yaratmışdır. Araşdırma onu göstərir ki, immiqrasiyanın məhdudlaşdırılmasına önəm verilən tədbirlər miqrantların müdafiəsizliyini artıra və sui-istifadə hallarına şərait yarada bilər. Bu gün insan alveri bütün dünyada, o cümlədən Avropada əsas problemlərdən biridir. Hər il minlərlə adam, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində, ya da xaricdə seksual istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. İnsan alveri əleyhinə fəaliyyət bütün dünyada diqqət mərkəzindədir, çünki o, insan hüquqları və demokratik cəmiyyətlərin fundamental dəyərləri üçün təhlükə yaradır. İnsan alveri keçmişdə bütün dünyada geniş yayılmış qul alverinin müasir formasıdır. İnsanlara alınıb-satıla bilən bir əşya kimi baxılır, onlar əsasən seks sənayesi, eləcə də kənd təsərrüfatı sahəsində tər tökməyə, qəpikquruşa, çox vaxt isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər. Alver qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlardır, lakin bəzən kişilər də alver qurbanına çevrilirlər. Bundan əlavə, zərər çəkənlərin çoxu gənclərdir, bəzən isə uşaqlardır. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin - ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə, yoxsulluğa qarşı zəiflik, demokratik mədəni dəyərin olmaması, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial inteqrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq əməyi və ayrı-seçkilikdən irəli gəlir. Bu əmələ güctətbiqetmə, məcburetmə, oğurluq, dələduzluq, aldatma, səlahiyyətdən və ya müdafiəsiz vəziyyətdən sui-istifadəetmə yolu ilə, şəxslərin istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması aiddir. İnsan alverinə məruz qalanlar fahişəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar. İnsan alveri həm milli, həm də transmilli xarakter daşıyır. İnsan alveri, eyni zamanda, fərdi səviyyədə təsirə malikdir və qurbanların sağlamlığına və rifahına təsir göstərə bilər. O, korrupsiyaya səbəb olur, qanunun aliliyini zəiflədir və təhlükəsizliyi təhlükə altına alır. İnsan alverinin nisbətən aşağı riskləri və böyük gəlirlər, cinayətkarları digər, daha riskli cinayətkar əməllərə deyıl, məhz İnsan alverinə meylləndirir. ABŞ Dövlət Derpartamenitinin 2020-ci il üçün hesabtında qeyd olunur ki, 20 ildir ki, İnsan Alveri Hesabatı (TIP Report) ABŞ-ın insan alverinin qlobal bir cavab tələb edən qlobal bir təhlükə olduğuna inandığını nümayiş etdirir. İnsan alveri cinayətkarları 25 milyona yaxın insanı təməl 19 azadlıq hüquqlarını inkar edir, kölə vəziyyətdə yaşamağa və istismarçı qazancları üçün zəhmət çəkməyə məcbur edirlər. Bu hesabat insan alverçilərinin təqibini artırmaq, insan alveri qurbanları üçün qurban mərkəzli və travma məlumatlı qoruma təmin etmək və bu cinayətin qarşısını almaq üçün lazım olan məlumatlarla hökumətləri silahlandırır. İnsan alverinə qarşı mübarizən hər zaman aktual olsa da, COVID-19 pandemiyasının nəticələri bütün maraqlı tərəflərin mübarizədə hər zamankindən daha çox birlikdə çalışması zərurətini artırdı. İnsan alverçilərinin ən həssas insanları ovladığını və onları istismar etmək üçün imkanlar axtardığını bilirik. Pandemiyanın yaratdığı qeyri-sabitlik və kritik xidmətlərə çatışmazlıq insan alverçiləri tərəfindən istismara məruz qalan insanların sayının sürətlə artdığını göstərir.
Dostları ilə paylaş: |