Dövri qanun



Yüklə 36,82 Kb.
səhifə4/4
tarix19.11.2022
ölçüsü36,82 Kb.
#69916
1   2   3   4
Mendeleyevin dövri qanunu və elementlərin dövri sistemi

Təsirsiz qazlar


VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna görə də onlar digər qruplara nibətən daha zəifdirlər. Helium təsirsiz qazlara misal göstərilə bilər.

Halogenlər


VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar) halogenlər adlanır. Buna görə də onlar reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox ftora aiddir.

Dövri cədvəlin strukturu


Elementin kimyəvi xassələrinin əsas təyinedicisi onun elektron konfiqurasiyasıdır (əsasən valent elektronları). Misal üçün, istənilən 4 valent elektronu olan atomun kimyəvi xassələri digər p- elementlərin kimyəvi xassələrinə müəyyən qədər oxşayacaq. Energetik səviyyələrin sayı elementin mənsub olduğu qrupun nömrəsini göstərir.
Hər energetik səviyyə atom kütlələri artdıqca aşağıdakı kimi dolan yarımsəviyyələrə bölünür:

Dövri cədvəlin tarixi


Qədim Yunanıstanda əsas 4 elementin mövcudluğuna inam var idi: hava, od, torpaq, su. Bütün elementlər isə bu 4 elementin birləşməsindən yaranır; məsələn, torpaq və od birləşib lavanı əmələ gətirir. Lakin bu inam ilk kimyəvi elementlərin kəşfindən sonra itdi.
Artıq XVI–XVIII əsrlərdə əksər elementlər tapılmışdı. Buna görə də elementlərlə işləməni sadələşdirmək üçün cədvələ ehtiyac var idi. Belə cədvəllər Kvant fizikasının inkişafı, atomun quruluşunun izahından sonra yaradılmağa başladı. 1829-cu ildə alman alimi İohan Volfanq Dobereyner triadalardan (üçlüklərdən) təşkil olunmuş dövri cədvəli qurdu.
Bu cədvələ əsasən Dobereyner triadalar qanununu təklif etdi: Triadanın ortasında yerləşən elementin atom kütləsi digər iki elementin atom kütlələrinin cəminin yarısına bərabərdir.
Bu qanun təkmilləşdirən ingilis kimyaçısı Con Nyuland 1865-ci ildə oktavalar qanununu kəşf etdi.
Nəhayət, 1869-cu ildə rus kimyaçısı Dmitri İvanoviç Mendeleyev və ondan 4 ay sonra Yulius Lotar Meyer elementlırin dövri cədvəlini qurdular. Bu cədvəldəki qanunauyğunluqlara əsasən, gələcəkdə tapılacaq elementlərin atom kütlələrini, elektronların sayını və s. parametrlərini tapmaq olar.
Yüklə 36,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin