detektirləmə blokunun ekranı «K» vəziyyətinə qoyulur və yarımdiapazonlar çevircəyinin qolunun x0,1; x1; x10; x100 və x1000 vəziyyətlərində cihazın iş qabiliyyəti yoxlanılır: çevircəyin qolunun x0,1 və x1 vəziyyətlərində mikroampermetrin əqrəbi şkalanın son göstəricisini keçir, baş telefonlarında uğultu eşidilir, çevircəyin qolunun x10 vəziyyətində əqrəb müəyyən bir rəqəmi (yuxarı şkalada) göstərir, telefonlarda şıqqıltılar eşidilir. Cihazın bu göstərişi formulyarın 12-ci bölməsindəki göstərişlə müqasiyə edilir və əgər onlar üst-üstə düşərsə, cihaz işə yararlıdır. Çevircəyin qolunun x100 və x1000 vəziyyətlərində əqrəbin yerindən tərpənməsi elementlərin aktivliyindən asılıdır. Çevircəyin qolunun x100 vəziyyətində baş telefonlarında 30-40 saniyədən sonra bir şıqqıltı eşidilə bilər. 1-ci yarımdiapazonda cihazın iş qabiliyyəti yoxlanılmır;
çevircəyin qolu “O” vəziyyətinə qoyulur;
detektirləmə blokunun ekranı "Q" vəziyyətinə qoyulur.
Cihaz işə hazırdır.
DP-5V cihazı ilə işləmə qaydası
Qamma-fonun təyin edilməsi Qamma-fonu təyin etmək üçün detektirləmə blokunun ekranını "Q" vəziyyətinə qoyub, yer səthindən 1,5 m, radioaktiv zəhərlənmiş obyektdən 10-15 m aralı məsafədə cihazın göstərişini qeyd edirik.
Ölçmə ardıcıllıqla: 200, x1000, x100 və növbəti yarımdiapazonlara keçməklə cihazın əqrəbi müəyyən bir rəqəmin üzərində dayanana qədər aparılır.
"200" yarımdiapazonunda cihazın göstərişi aşağı şkaladan götürülür (ölçü vahidi r/saat-dır). Qalan yarımdiapazonda isə cihazın göstərişi yuxarı şkaladan götürülüb yarımdiapazonun əmsalına vurulur (ölçü vahidi mr/saat-dır).