Dünya dinləri Plan


Məzhəblər Etiqadi və hüquqi məzhəblər Ərəb dilində “məzhəb” sözü “gedilən yol” mənasına gəlir. I. Sünnilik



Yüklə 27,49 Kb.
səhifə4/4
tarix15.11.2022
ölçüsü27,49 Kb.
#69129
1   2   3   4
M 3

Məzhəblər
Etiqadi və hüquqi məzhəblər Ərəb dilində “məzhəb” sözü “gedilən yol” mənasına gəlir.
I. Sünnilik İslam dünyasında mənsublarının sayı baxımından ən böyük dini istiqamət sünnilik sayılır. Dünyadakı müsəlmanların təqribən 85-90 faizini sünni təmayüllü məzhəblərin mənsubları və ya sünnilər təşkil edir. Sünnilər özlərini “Əhli-sünnət vəl-cəmaət” və ya qısa olaraq “Əhli-sünnət” adlandırırlar. “Əhlisünnət vəl-cəmaət” dedikdə, Məhəmməd peyğəmbərin sünnəsinə tabe olanlar nəzərdə tutulur. Onlar da öz daxilində müxtəlif məktəblərə bölünür:
1. Hənəfilik. 2. Şafeilik. 3. Malikilik. 4. Hənbəlilik.
Qeyd etmək lazımdır ki, İslam tarixində Hənbəlilik məktəbi daxilində sələfilik etiqadı zəminində dinisiyasi hərəkatlar meydana gəlmişdir və onlardan biri vahhabilikdir. XVIII əsrdə Ərəbistan yarımadasında meydana gələn bu hərəkatın banisi Məhəmməd ibn Əbdülvahhabdır (1703-1792). Onu da qeyd edək ki, müasir dövrdə din pərdəsi altında gizlənib Yaxın Şərq və dünyanın digər qaynar nöqtələrində terror aktları törədərək, dinc sakinləri qətlə yetirən, guya böyük İslam xilafətinin qurulması uğrunda müqəddəs müharibə apardıqlarını elan edən “İŞİD” (“İraq Şam İslam Dövləti”), “əlQaidə” kimi terrorçu qruplaşmalar da özlərini sələfi ideologiyasının davamçıları olduğunu bəyan edirlər.
II. Şiəlik İslamın ikinci ən böyük istiqaməti şiəlikdir. Dünya müsəlmanlarının təqribən 10-20 faizi bu məzhəbə mənsubdur. Xəlifəlik məqamının Əli ibn Əbu Talibə və onun övladlarına məxsus olduğunu irəli sürən məzhəb və dini cərəyanlar “şiə” adlandırılmışdır. Ərəb sözü olan “şiə” Azərbaycan dilinə tərcümədə “tərəfdar” mənasını verir, yəni şiə dedikdə “Əli tərəfdarları” nəzərdə tutulur. Müasir dövrdə şiəliyin üç əsas qolu mövcuddur: 1. İmamilik (imamiyyə); 2. İsmaililik; 3. Zeydilik.
Azərbaycanda İslam
Azərbaycanda islam dininin yayılmağa başlaması ərəb fəthləri ilə bağlıdır. Ərəblərin Azərbaycana hücumu isə 639-cu ilə təsadüf edir. Döyüşlər bir neçə il çəkdi, nəticədə 642-ci ildə ərəblər çətinliklə Muğanı işğal edə bildilər. Nəhayət 705-ci ildə Qafqaz Albaniyası tamamilə müstəqilliyini itirərək xilafətin tərkibinə qatıldı. XIX əsrin əvvəllərində Qafqaz ərazisi, o cümlədən Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən istila edildikdən sonra çar hökuməti dini sahədə ayrıseçkiliyi rəsmiləşdirdi. II Aleksandr 5 aprel 1872-ci ildə “Şiə məzhəbinə mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması haqqında” və “Sünni məzhəbinə mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması haqqında” əsasnamələri təsdiq etdi. Bununla da 2 yanvar 1873-cü ildə Şiə məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və Sünni məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıldı.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarə “Məşyəxət-i islamiyyə” (“islam şeyxləri, ağsaqqalları, rəhbərləri, başçıları” mənasındadır) adlandırıldı. Xalq Maarifı və Dini Etiqad Nazirliyinə təqdim edilmiş ştat cədvəlinə görə, “Məşyəxət-i islamiyyə” idarəsi altında birləşdi.
28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində ölkədə sovet hakimiyyəti quruldu. Ateizm siyasəti yürüdən Sovetlər təkcə İkinci Dünya müharibəsi illərində sovet hakimiyyətinin dinlə bağlı siyasətində müəyyən dəyişiklik baş verdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə mərkəzi Bakı şəhərində yerləşən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi təsis olundu. 25-28 may 1944- cü ildə Bakıda Zaqafqaziya müsəlmanlarının I qurultayı keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların say nisbəti nəzərə alınaraq, bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni məzhəbinin nümayəndələri seçildi. 1989-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi təsis olundu. 1991-ci ildə həmin təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu (hazırda bu ali dini təhsil ocağı Bakı İslam Universiteti adı ilə fəaliyyət göstərir) yaradıldı. 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra ənənəvi islami dəyərlərə qayıdış prosesi başladı. İlk növbədə, sovet hakimiyyəti illərində bağlanılmış müsəlman ibadət yerləri və ziyarətgahların fəaliyyəti bərpa olundu, respublikanın bütün bölgələrində yeni məscidlər inşa edildi. Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Göstərilən qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.
Yüklə 27,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin