Dünya əDƏBİyyati 42 MÜƏLLİM: f.ü. f d. M. R. Yaqubova VII mühaziRƏ Mövzu: XIX əsr amerika əDƏBİyyati



Yüklə 48,89 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü48,89 Kb.
#42611
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire 7

Edqar Alan Po

Edqar Alan Po (1809-1849) Bostonda (Massaçusets ştat) anadan olmuşdur. Onun yaradıcılığı daim Amerika və bir sıra xarici ölkələrin ədəbi tənqidçilərinin diqqət mərkəzində olmuşdur. Onun ədəbiyyata gətirdiyi yeniliklər, üslub rəngarənglikləri Po yaradıcılığına olan ehtirasları daha da alovlandırmış və onu Amerika ədəbiyyatının klassikləri cərgəsinə qədər yüksəldə bilmişdir. E.A.Po elmi-fantastik janrla yanaşı, detektiv janrda yazdığı əsərləri ilə məşhur olduğu qədər də öz poeziyası ilə də həmişə oxucularının rəğbətini qazanmışdır. Onun şeirləri həddən ziyadə şaxəli olmuş, lirikliyi ilə seçilmişdir. E.A.Po bir-birinin ardınca gözəl şeirlər yazmış və ömrünün axırlarına yaxın məşhurlaşmağa başlamışdır. O özünün yaradıcılığında təsvir etdiyi bir sıra surətlər kimi dəli olmaq dərəcəsinə qədər gedib çıxmışdır. E.Po təkcə şair simvolist kimi deyil, eləcə də güclü erudisiya, məntiqə və analitik düşüncəyə söykənərək faciəvi və dramatik konfliktlərin qaynağı olan kriminal araşdırmaların nəql edilməsinin ustadı, yəni özünün dediyi kimi «məntiqi hekayələri» (tales of ratiocination) yaradıcısı kimi Amerika və eləcə də dünya ədəbiyyatında özünəməxsus yerini tutmuşdur. Detektiv ədəbiyyatın təməlini qoyan E.Ponun əvəzsiz xidməti cinayət təhqiqatının belletristik nəql etmə obyektinə çevirmək mümkünlüyündən istifadə etməsidir. E.Poya dünya ədəbiyyatında detektiv janrının yaradıcısı adını qazandıran onun dörd hekayəsi «The murder in the Rue Morgue» («Morq küçəsində qətl» (1841), «The mystery of Marie Roget» («Mari Rojenin sirləri») (1842), «The Gold Bug» («Qızıl böcək») 1843 və «The purloined Letter» («Oğurlanmış məktüb») (1844) olmuşdur. Onun iki detektiv hekayəsinin baş qəhrəmanları olan Düpen və Leqranın fərdi xüsusiyyətlərini A.Konan Doyl, A.Kristi və digər detektiv yazıçıların yaratdıqları obrazlarda görmək mümkündür. Məsələn, E.Ponun detektiv hekayələrinin qəhrəmanı olan Öqust Dupenin deduktiv metodlardan istifadəsi, analitik təhlil etmə üsulları, bəzi xarakterik xüsusiyyətləri, polisləri gülünc vəziyyətə salma istedadı, polisləri dolaşıq və çətin hadisələrdə çox vax ona üz tutması, şəxsi deduktiv metodlarından istifadə etməsi ilə ağır cinayətlərin açmaq qabiliyyəti və s. kimi keyfiyyətləri Artur Konan Doylın təxminən 50 ildən sonra yazdığı detektiv hekayələrinin qəhrəmanı olan filosof Şerlok Holmsda da nisbətən fərqli tərzdə müşahidə etmək mümkündür. Düpen və Ş.Holmusun ayrı-ayrı müəlliflərin yaratdıqları qəhrəmanların oxşar cəhətləri, əlbəttə, diqqətimizdən yan ötmədi. Məsələn, məşhur ingilis yazıçısı Artur Konan Doylun 1892-ci ildə yazdığı «The Red-headed League» («Qırmızı başlı Liq») detektiv hekayəsində törədilmiş qatı cinayətin açılmasında çətinliklərlə üzləşən və artıq Scotland Yardda öz deduktiv metodları məşhur sayılan, belə cinayətlərin açılmasının mahir ustadı kimi tanınan Şerlok Holms polis məmuru Mr.Cons tərəfindən təsvir olunur. E.Po hesab edirdi ki, məntiqi hekayə anlamı olduqca geniş və çoxşaxəlidir. Əsərin qəhrəmanı təhlil aparır, faktları üst-üstə qoyur, hər bir detalı və fərziyyəni şübhə altına alaraq onu dərindən analiz edir. Güclü erudisiya və məntiqlə düşünmə qabiliyyəti işə salınır. Onun intellekti səhvən qurulmuş fərziyyələri yox edərək yerində məsələnin həllində yardımçı ola bilən danılmaz konsepsiyaları qurur. Detektiv hekayələrin əsas pafosu məhz əqlin düzgün etdiyi nəticələrin ifadəsində və açıqlanmasındadır. Yazıçıya təbiət tərəfindən bəxş olunmuş analitik düşüncə tərzi və insan psixologiyasının dərindən bilməsi, onun yazdığı hekayələrdə buna müvəffəq olmağa imkan yaradırdı.Onu da qeyd etmək lazımdır ki, Avropa və eləcə də Amerika E.Ponu həm də qorxulu hekayələr ustadı və banisi kimi tanımışdır. Onun qəhrəmanları əksər hallarda qeyri-sağlam iradə və psixi durumu olan, özünü qorxu və vahiməsi içində yaşayan, cinayət törədən insanlardır. O öz hekayələrində böyük maraqla və bütün detalları ilə cinayətin törədilmə planını və onun harda və necə baş verəcəyini təsvir edir, canlı varlıqların fiziki parçalanması və dağılmasının formalarını göstərməyə çalışır. O, «The narrative of Gordon Pym» («Qordon Pubun söhbəti») (1838) hekayəsində aclığın və susuzluğun verdiyi əzablarının təsviri, detektiv janrda yazılmış «The Detath in the Rue Morque» («Ru Morqda ölüm») hekayəsində isə, meyidlərin üzərindəki zədə yerlərinin bütün xırda detallarına kimi qələmə almışdır. «The Case with Mr. Valdemar» («Mister Voldemarın əhvalatı») hekayəsi insan öldükdən sonra cəsədin çürümə prosesi səhnələri ön plana çəkilir. Ümumiyyətlə, onun bu mövzuda yazdığı hekayələrində, canlı varlıqlar – insan bədənin, heyvanın parçalanmış, didilmiş, eybəcər hala salınmış vəziyyətinin təsvirinə daha çox diqqət yetirilir. «The Black Cat» («Qara pişik») (1843) hekayəsindəki qəhrəman sadist hisslərlə idarə olunaraq sevdiyi pişiyi əvvəlcə şikəst edir, sonra isə asaraq onu öldürür. E.Ponun yaradıcılığının ilkin dövrlərinə təsadüf edən lirikasında yuxu anlamı xəyallar, xatirələr, bir antireallığın təcəssümüdür, ötən anları əks etdirə bilən emosiyalar dünyasının təsviridir. Şairin birinci şeir toplusuna daxil olmuş şeirləri özünəməxsusluğu ilə fərqlənir. Şeirlərdə şairin nəzərindən insanlar, hadisələr, hal-vəziyyət kimi kateqoriyaların keçməsi deyil, əslində hiss və duyğuların, arzu və fantaziyaların keçmişdən qaytarıb onların gözləri önündə canlandırılmasıdır. Onun keçmişi həqiqətin qanunlarına tabe olmayan yuxu, xəyal formasını alan emosiyalar, hisslərin, arzuların dünyasıdır. E.Po poeziyasında məkan və zaman anlayışı minimum həddə çatdırılır, bəzən isə yox dərəcəsində olur. Real həyat yuxularda mövcud olan dünya ilə, görüntülərlə, xatirələrlə əvəzlənir. Yada düşən məhz hadisələr deyil, yaşananlar, hiss və həyəcanlar, emosiyalardır. Romantik incəsənətdə ikili dünya konsepsiyasında reallığın bir yuxu, xəyal kimi təsvirləri ilə rastlaşdığımız kimi, E.Ponun şeirlər toplusuna daxil olan əsərlərində də bu kimi xarakterik xüsusiyyətlər müşahidə edilə bilər. Şairin təsəvvüründə canlanan ideal aləmdən fərqli olaraq, ətraf aləm bəşər övladına layiq olmayan qeyri-təbii, yalnız boş görüntüdür. Əsərin qəhrəmanına bəzən elə gəlir ki, onun ətrafında cərəyan edən hadisələr sadəcə bir yuxu, qəribə, izahedilməz bir xülyadır. Reallıq isə ondan çox-çox uzaqlarda, əlçatmaz bir məkanda mövcuddur. Ümumiyyətlə, obrazlı yuxu motivi romantik incəsənətdə ikili mənalılığı özündə əks etdirir. Romantiklərin təsəvvüründə «şirin röya» real dünyada həyata keçirə bilmədikləri idealları, «acı röya» isə ona zidd olan real həyatın elə özünün təsviri öz əksini tapırdı. Romantiklər belə xəyal edirdilər ki, acı röyadan oyanıb onun əsarətindən qurtaran kimi, insana layiq olan ideal, işıqlı, bəşər övladının yalnız orda xoşbəxt ola biləcəyi bir dünyaya düşəcəklər. Romantiklər əmin idilər ki, məhz əsl həyat, dünya belə olmalıdır. Lakin onlar real aləmin məhz xəyal etdikləri kimi mövcud olması üçün nə edəcəklərini təsvir etmirdilər. Belə bir metod ikili dünya konsepsiyasını meydana gətirdi, bu da sonralar incəsənətdə simvolik tendensiyaların meydana gəlməsinə zəmin yaratmış oldu. E.Po yaradıcılığında da, iki fərqli dünyanın real və fantastik aləmin bir araya gəlməsinin təsvirləri ilə tez-tez rastlaşa bilərik. Təsadüfi deyil ki, ilk şeir kitabına (1827) daxil olan 7 şeirdə üçünün adı xəyal, yuxu, röya anlamları ilə bağlıdır. Ömrünün son illərində, yəni 1849-cu ildə yazdığı «The Bells» («Zənglər») şeiri məşhur bəstəkar S.Raxmaninovun 1913-cü ildə eyni adlı musiqili əsərinin əsasını təşkil etməsi buna nümunə ola bilər. E.Po poeziyası ilə ilkin tanışlıqdan şeirdəki melonxolik, pessimistik, bədbinlik gətirən düşüncələrin təsiri altına düşür, önə çəkilən ölüm motivi, sevdiyi qadının itkisi və bu itkinin ona verdiyi əzab və işgəncələrin simvolik obrazlarda təcəssümü və öz əksini tapması, əlbəttə, heç bir oxucunu biganə qoya bilməz. Onun simvolik dünyası, əsasən özünün incəliyi, fəlsəfi dərinliyi, poetikliyi və ən əsası isə düzgün psixoloji təsir etmə gücü ilə xarakterizə oluna bilər. Simvolist şair kimi E.Po ayrı-ayrı elementlərdən simvolik obraz kimi istifadə etmiş və bu obrazlarla sanki bu dünya ilə axirət dünyası arasında bir kontakt, əlaqə yaratmağa çalışmışdır. Qara rəngli quş da, sanki o dünyadan göndərilən bir müjdəçi kimi təsvir olunmuşdur. Ümumiyyətlə, quzğun obrazı bir çox xalqların mifologiyasında, xristian aləmində qara xəbəri gətirən, bəd xəbərin elçisinin simvoludur. Bu şeirdə isə Quzğun obrazı hüzn və kədərin, heç vaxt bitməyən xatirələrin simvoludur. E.Po hesab edirdi ki, daha təsir etmə qüvvəsinə malikdir və əldə etmək istədiyi effekti məhz «Nevermore» kəlməsi ilə ala biləcək. «Nevermore», əvvəlcə sadəcə bir söz, bir məna daşımayan bir kəlmə deyil, həm də fələyin hökmü ilə əbədi tənhalığa düçar olmağın simvolunu özündə əks etdirir. Şeirin əvvəlində təsvir olunan qəhrəmanın bədbin əhval-ruhiyyəsi, sevdiyi qadının itkisindən ah-nalə çəkməsi, bütün bu atmosfer şeirin sonunda tükürpədici, insanı riqqətə gətirən səhnə, quşun gözlərindən oxunana məna ilə müqayisədə çox adi və əhəmiyyətsiz görünür. Qəhrəman anlayır ki, artıq bitməz iztirabın, hüzn və kədəri özündə cəmləşdirmiş bu obraz – Quzğun onu heç bir zaman tərk etməyəcək.

H.Melvill



Melvill yaradıcılığında da dinə bu tip yanaşmalar sürəkli nəzərə çarpan məqamlardandır. Analoji olaraq Melvill insanın dinə bağlılığının köklərini araşdırmağa cəhd edir. “Mobi Dik”də “Allaha inan, özün isə yanılma” çağırışında müəllif insanın Allaha inamının qnoseoloji, psixoloji, ideoloji və sosial köklərinin fəlsəfi təhlilini personajlarının dili ilə onların həyat hekayətlərindən gətirilmiş nümunələrlə verməyə cəhd edir. Belə personajlardan olan, “Mobi Dik”in əsas qəhrəmanlarından biri, Bibliyanı demək olar ki, əzbər bilən, bütün vəziyyətlərə dair ondan sitatlar gətirən qoca dindar Vildada görə, “Din bir şeydir, bizim real dünyamız başqa şey. Real dünya dividendlər ödəyir.” Bibliyadan “İnam olan yerdə özünüzə qızıl yığmayın” kəlamını xatırladan xəsis qoca, bundan sonra dənizçilərə çox az qənimətə qane olmağı tövsiyə edir. Lakin bu kəlamı özünə şamil etmədiyi aydınlaşır. Melvill heç bir ümmətin Allahına inanmayan, heç bir mənəviyyat qanunlarını tanımayan mənfi insan tipi kimi Ahav obrazının fərdi psixologiyasını araşdırır. Müəllif Ahav obrazının nümunəsində bir psixoloq, filosof kimi tədqiqatçı ustalığı ilə mənfi tiplərin daxili istəkləri, xarakterin mühitə təsiri və sair bu qəbildən olan tərəflərini real situasiyalar vasitəsilə açmağa nail olur. Ahav üçün digərləri onun məqsədini reallaşdırmağa kömək edə biləcək vasitədən başqa bir şey deyil. H.Melvillin “Mobi Dik” romanında birbaşa balıq ovu süjet xətti olsa da, əsər sosial-psixoloji məzmun kəsb edir, fəlsəfi mahiyyət daşıyır. Əsərdə balinanın bioloji canlı kimi surəti öz hüdudlarını adlayır və insanı daim qorxu altında saxlayan təhlükə, daim onu izləyən mistik vahimə, bizi öz təhlükələri ilə narahat edən cəmiyyət kimi təsvir edilir. Melvill “Mobi Dik”də bu vəziyyəti qismən alleqorik şəkildə sətiraltı ifadələrlə şərh edirdi. Amerika ədəbiyyatında 40-50-сi illər dövrü utopik eksperimentlərin sınağı kimi səciyyələndirilir. Belə ki, icmalar, koloniyalar (məsələn, «Bruk Farm») mənəvi-əxlaqi özüllərə əsaslanan yeni tipli sosial-iqtisadi sistemin təzahürü idi. Romantiklərin hər birinin əsərlərində real həyatda gözləmələrinin əksi olan ictimai quruluşa qarşı ideal, sosial utopiya formalaşır. Bu nöqteyi-nəzərdən Melvill XIX əsrin 30-40-cı illərində Amerikada mövcud siyasi, ictimai və mənəvi reallığa narazılığının bədii inikasını «Taypi»də ifadə etmişdi. Melvill romantik sənətkarların arzu etdikləri, görmək istədiyi Amerika həyatının ideal obrazını sosial utopiyasının ifadəsi olan «Taypi» (Typee) əsərində ümumi cəhətlərini verə bilmişdi və ehtimal ki, əsərin müasirləri arasında doğurduğu əks-səda bununla bağlı idi. Melvillin sosial utopiyasının inikası kimi səciyyələndirilən «Taypi» povesti Polineziyanın Hannibal tayfalarına əsir düşmüş sadə bir dənizçinin dilindən nəql edilir. 15 Taypi vadisinin adət-ənənələri, sosial həyat tərzi, təbii gözəllikləri, zəngin təcrübələri və əhvalatları elə maraqlı və real cizgilərlə təsvir edilir ki, oxucu müasir sivilizasiyanın insanı cansıxıcı həyata və tənhalığa məhkum edən sosial mühitə qarşı qoyulmuş bu «cənnətin» mövcudluğuna inanmaya bilmir. Müəllif sosial utopiyasını əks etdirdiyi məkanda cərəyan edən hadisələri, nəql olunan əhvalatları israrla əsaslandırır. Melvill Polineziyanın təbii həyat tərzini kultlaşdırarkən ideal cəmiyyəti sivilizasiyaya qarşı qoyurdu. Melvillin qənaətinə görə, sivilizasiya şəxsiyyətin təkcə mənəvi keyfiyyətlərinin aşınmasına səbəb olmaqla kifayətlənmir, o həm də insanın tədricən fiziki simasının itirilməsinin əsasına çevrilir. Romantik mütəfəkkirin fikrincə, sivilizasiyanın iki əsas şəri olan pul və mülkiyyətə yiyələnməyən Taypi azadlığından həzz ala bildiyi üçün xeyirxah və xoşbəxtdir. Melvill bunu demokratiyanın əsas atributu kimi dəyərləndirir. Romantik yazar barbar və sivil cəmiyyət arasındakı ziddiyyətləri yalnız tərəqqi, intellekt, sosial təşkilatlanmanın səviyyələri ilə müəyyənləşdirmir. Bu ziddiyyət həm də özünü anlayan insanın təbii vəziyyətinə münasibətində büruzə verir.


Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin