173
QARA DƏNĠZ ġƏRQĠSĠ
Yer əlimdən, göy telimdən öpürkən,
Mən Koroğlu,
Vaxt dəyirman,
Ömür dən...
Bir doyumluq möhlət umdum ömürdən,
Qara dəniz, heç şərqindən doymadım.
Kimsə demiş: ağ yalmanlı göy atdı,
Ürgə bilib boğazına ip atdım,
Daş sahili sahilindən qopartdım,
Qara dəniz, heç şərqindən doymadım.
Bu məqamda çarpanaq daş kimiyəm,
Qaşsız üzük,
üzüksüz qaş kimiyəm,
Ağlıma yad, yada yaddaş kimiyəm,
Qara dəniz, heç şərqindən doymadım.
Şərqi doğar bu damazlıq dalğalar,
Veysəl gözlü,
Şəmşir sazlı dalğalar,
Ömründə bir şüar yazdı dalğalar,
Qara dəniz, heç şərqindən doymadım!
Qucduğum qum,
itirdiyim dağ ləpə,
Öz içimdə “olmaz” adlı bir çəpər,
Öz içimdə “yox” doğacaq bir təpə...
Qara dəniz, heç şərqindən doymadım.
Pitsunda, 1983
|