Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   2   3   4   5   6   7   8   9   ...   125
 
 
 
© 
Dünya Gənc Türk Yazarlar Birliyi2011
 
 
 


 
 

 
 
 
 
 
 
 
 
 
Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri-hökumət TəĢkilatlarına Dövlət Dəstəyi ġurası tərə-
findən maliyyələĢdirilən “Yazarlardan milli sənətə töhfə” 
adlı layihə çərçivəsində nəĢr olunub 
 


 
 
Seçmə aşıq şeirləri 
 

 


 
 

AġIQ SƏNƏTĠNƏ LAYĠQLĠ TÖHFƏ 
 
Aşıq sənəti, qədim tarixə və zəngin ənənələrə malik mədəniyyə-
timizin qollarından biridir. Saz bizim qan yaddaşımız, tariximizdir. 
Xalq şairi Zəlimxan Yaqub demiş: 
 
Millətimi saz anladar, saz anlar
Saza baxsın tariximi yazanlar. 
 
Mədəniyyət  və  Turizm  naziri  hörmətli  Əbülfəs  Qarayev  isə  çı-
xışlarının birində belə demişdir: “Aşıq sənəti nə qədər sadə, xəlqi 
olsa da, özündə olduqca zəngin, mən deyərdim ki, mürəkkəb ifaçılıq 
mədəniyyəti  strukturunu  birləşdirir.  Bir  aşıq  sanki  bir  ansamblı 
əvəz  edir.  Eyni  zamanda  o,  mizrab  vurur,  oxuyur,  danışır  və  rəqs 
edir. İş bununla bitmir. Aşıq sadəcə ifaçı deyil, o, həm də bəstəkar-
dır, havalar qoşur, o həm də şairdir, kamil poeziya nümunələri ya-
radır. Aşıq eyni zamanda salnaməçidir, şahidi olduğu həyat hadisə-
lərini eldən elə daşıyır. Nağıl, dastan, atalar sözü, bayatılarımızın 
yaşadılmasında, yayılmasında da aşıqların xidməti əvəzsizdir”. 
Bu  sənətə  və  onun  daşıyıcılarına  hər  zaman  böyük  hörmət  və 
rəğbət  olub.  Haqqın  carçısı  və  nəğməkarı  olan  aşığa  xalqımız 
“haqq aşığı”, “el anası” deyib.  
Azərbaycan  öz  müstəqilliyini  əldə  etdikdən  sonra  isə  bu  sənətə 
qayğı  və  diqqət  daha  da  artıb,  unikal  milli  sərvətimiz  olan  aşıq 
sənətinin  dünyada  tanıdılması,  onun  qorunması  və  yeni  şəraitdə 
inkişaf  etdirilməsi  istiqamətində  bir  sıra  önəmli  tədbirlər  həyata 
keçirilib.  
Ulu  öndər  Heydər  Əliyevin  xalq  yaradıcılığına  bəslədiyi  həssas 
münasibətin nəticəsidir ki, aşıq sənətinin inkişafına geniş imkanlar 
açılmaqdadır.  Böyük  qürur  hissi  ilə  deyə  bilərik  ki,  bu  gün  aşıq 
sənətinin  inkişafı  yeni  mərhələyə  qədəm  qoyub.  Bu  sahəyə  dövlət 
qayğısının  artması,  muğam  sənətindən  sonra  Azərbaycan  aşıq 
sənətinin də YUNESKO-nun Qeyri-maddi irs siyahısına daxil edil-
məsi,  üç  il  öncə  Aşıqlar  Birliyinin  yenidən  qurulması  və  məq-
sədyönlü  çalışmalara  başlaması  da  bu  sənətin  gələcəyinə  olan 
ümidləri artırır.  



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin