Seçmə aşıq şeirləri
10
GƏL GÖR MƏNĠ EġQ NEYLƏDĠ
Mən yürürüm yana-yana,
Eşq boyadı məni qana,
Nə aqiləm, nə divana,
Gəl gör məni eşq neylədi!
Gah əsərim yellər gibi,
Gah tozarım yollar gibi,
Gah axarım sellər gibi,
Gəl gör məni eşq neylədi!
Axar sularam çağlaram,
Dərdli ciyərim dağlaram,
Şeyxim anuban ağlaram,
Gəl gör məni eşq neylədi!
Ya əlim al qaldır məni,
Ya vəslinə erdir məni.
Çox ağlatdın, güldür məni,
Gəl gör məni eşq neylədi!
Mən yürürüm eldən-elə
Şeyx anaram dildən-dilə,
Qürbətdə halim kim bilə,
Gəl gör məni eşq neylədi!
Məcnun oluban yürürüm,
O yari düştə görürüm,
Oyanıb məlul olurum,
Gəl gör məni eşq neylədi!
Miskin Yunus biçarəyim,
Baştan ayağa yarəyim,
Dost elindən avarəyim,
Gəl gör məni eşq neylədi!
|