Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   10   11   12   13   14   15   16   17   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
22 
 
 
 
 
***  
 
Girdim yarın bağçasına, 
Dedim, dərim gülə-gülə. 
Mən ona elə müştağam
Necə bülbül gülə-gülə. 
 
Naşı bağban satma gülü, 
Haramdı axçası, pulu, 
Küsdürdün şeyda bülbülü
Daha gəlməz gülə-gülə. 
 
Qurbaniyəm, erməmişəm, 
Yar qəsrinə girməmişəm, 
Belə cəllad görməmişəm, 
Aldı canım gülə-gülə. 
 
 


 
 
23 
 
 
 
ALDIĞIM 
 
Səhərin dan yeli kimi
Əsmə, qadasın aldığım! 
Mənim səbrü-qərarımı 
Kəsmə, qadasın aldığım! 
 
Bizim bağda gül dərginən, 
Sıx könlümə, tel hörgünən
Ağ üzdən busə verginən, 
Əsmə, qadasın aldığım! 
 
Qurbani aşiq üzünə
Qurbandı ala gözünə, 
Baxma yadların sözünə, 
Küsmə, qadasın aldığım! 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin